Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,818
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 18Sen

    UĞURLU OLSUN!

     

     

     

     

     

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov və şəhid ailələri ilə birlikdə “Bilik Günü” münasibəti ilə Tərtər şəhər 2 nömrəli məktəb-liseydə, 1, 5, 6 nömrəli və Bəyimsarov kənd tam orta məktəblərində olub.
    Yeni dərs ilinin başlanması münasibətilə ümumtəhsil məktəblərində keçirilən tədbirlərdə Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
    Tədbirlərdə çıxış edən rayon rəhbəri yeni tədris ilinin başlanması münasibəti ilə təhsil işçilərini və şagirdləri təbrik edib, onlara təhsildə uğurlar arzulayıb.
    Təhsil sahəsində görülən işlərdən və əldə olunan uğurlardan danışan rayon rəhbəri bildirib ki, ölkə rəhbərinin sərəncamı ilə rayonumuzda 432 şagird yerlik Xoruzlu kənd tam orta məktəbi,  Heydər Əliyev Fondu tərəfindən 320 şagird yerlik Azad Qaraqoyunlu kənd və Təhsil Nazirliyi tərəfindən 360 şagird yerlik şəhər 5 nömrəli tam orta məktəbləri üçün yeni binalar tikilib məktəblilərin istifadəsinə verilib.
    Cari ildə  Təhsil Nazirliyi tərəfindən Bəyimsarov kənd tam orta məktəbi, Kəngərli kənd körpələr evi-uşaq bağcası əsaslı, şəhər 1 nömrəli tam orta və Qazyan kənd ümumi orta məktəblərinin binaları cari təmir olunub. Hazırda Bəyimsarov, Qazyan və Hüsənli  kənd körpələr evi-uşaq bağçalarında əsaslı təmir işləri aparılır.
    Respublika üzrə XI sinif buraxılış imtahanlarında 23 nəfər şagird maksimum nəticə göstərərək 300 bal toplayıb ki, onlardan da biri Sarov kənd tam orta məktəbin məzunu Çinarə Quliyevadır. Şəhər 5 nömrəli  tam orta məktəbin məzunu Sevinc Əlizadə isə orta təhsili xüsusi nailiyyətlərlə başa vurduğuna görə “Xüsusi nümunəvi attestat” və qızıl medala layiq görülüb. Hər iki məzun Dövlət İdarəçilik Akademiyasının hüquq fakültəsinə daxil olub.
    Qeyd edək ki, rayonumuzun umumtəhsil məktəblərini bitirən  727 nəfər məzundan 387  nəfəri ali məktəblərə sənəd vermişdir. Ali məktəblərə sənəd verən məzunlardan 217 nəfər müxtəlif ali təhsil müəssisələrinə qəbul olunub ki, onlardan da 10 nəfər 600-dən, 19 nəfər isə 500-dən yuxarı bal toplayıb. Bu il 3 nəfər Polis Akademiyasına, 10 nəfər Qa-rabağ Universitetinə, 6 nəfər isə  Cəmşid Naxçıvanski adına hərbi liseyə  qəbul olmuşdur.  600-dən yuxarı bal toplayanla-rın sayı 1 nəfər artmışdır.
    İcra başçısı bir daha bütün müəllim və şagird kollektivini 15 sentyabr – “Bilik Günü” münasibəti ilə təbrik edib, onların hər birinə uzun ömür, cansağlığı və təhsildə uğurlar diləyib.
    Sonra ibtidai sinif şagirdləri Vətənə, anaya, məktəbə aid şeirlər söyləyiblər.

    Müəllif: Redaktor, 10:40

İsmarıclar bağlıdır.