Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,977
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 02Mar

    Problemlərin operativ həlli məmnunluqla qarşılanır

    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovun rayonumuzun kəndlərində və şəhərdə keçirdiyi səyyar qəbul-görüşlərin hər biri problemlərin həll olunması, operativ tədbirlərin görülməsi ilə sakinlərin yaddaşında qalır.
    Belə ki, Zolgəran, Hacıqərvənd və Köçərli kəndlərində keçirilən qəbullardan sonra sakinlərin müraciətləri əsasında Tərtər Su Meliorasiya Sistemləri İstismarı İdarəsi tərəfindən xüsusi texnikalar vasitəsilə bu kəndlərdən keçən suvarma arxları təmizlənərək qaydaya salınıb. Bu isə öz növbəsində əkinlərin suvarılmasını daha operativ həyata keçirməyə və sudan qənaətlə istifadə edilməsinə şərait yaradıb.
    Qəbula gələn şəhər sakini Ətlas Quliyeva isə qəzalı vəziyyətdə olan su borusunun təmir olnmasını xahiş etmişdir. Rayon rəhbərinin tapşırığı əsasında Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tərəfindən həmin müraciət qısa müddətdə həllini tapıb.
    Seydimli kənd sakinlərinin xahişi ilə 3000 metr məsafədə kəndin daxili yollarına çınqıl verilərək hamarlanıb.
    Həyat varsa, problemlər də olur, nöqsanlar da. Əsas məsələ bunlara yanaşmadır. Vətəndaşların rayon rəhbəri ilə görüşləri zamanı onların qaldırdıqları məsələlərə həsas münasibət göstərilməsi məmnunluqla qarşılanır.

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 12:03

İsmarıclar bağlıdır.