Tərtər Rayon İcra Hakimiyyətinin təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Tərtər şəhəri ərazisində növbəti iməcilik aksiyası keçirilib.
İməcilikdə Tərtər Şəhər Kommunal Təsərrüfatı İdarəsinin və DOST İş Mərkəzinin işçiləri fəal iştirak ediblər.
Aksiya zamanı ərazi süpürülərək məişət tullantılarından, qurumuş yarpaq və budaqlardan təmizlənib, toplanmış tullantılar xüsusi qaydada daşınaraq ərazidən uzaqlaşdırılıb. Həmçinin ağaclar suvarılıb, alaq otları biçilib, ətrafda səliqə-sahman yaradılıb və ümumi abadlıq işləri görülüb.
-
02Mar
Müəllif: Redaktor, 11:49

