Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,051
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19May

    Tərtər Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası rayon təşkilatının, Heydər Əliyev Mərkəzinin, Qarabağ və Şərql Zəngəzur Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin, Qarabağ Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə mərkəzdə “Milli Liderdən Prezidentə: Qarabağ müasir şəhər və memarlıq konsepsiyası” mövzusunda tədbir keçirilib.
    Tədbirdə təşkilatçı idarə və təşkilatların əməkdaşları, ziyalılar, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
    Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
    Sonra Ulu Öndər Heydər Əliyevin, torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Daha sonra Qarabağın bərpası, yenidən qurulması və müasir şəhərsalma konsepsiyasına həsr olunmuş videoçarx nümayiş etdirilib.
    Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Zabil Paşayev bildirib ki,”Milli Liderdən Prezidentə: Qarabağ müasir şəhər və memarlıq konsepsiyası” ifadəsi Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu milli dövlətçilik fəlsəfəsinin Prezident İlham Əliyev tərəfindən işğaldan azad edilmiş ərazilərdə yeni, qlobal səviyyəli bir şəhərsalma modelinə çevrilməsini ifadə edir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və Bakı şəhərinin BMT-nin 13-cü Dünya Şəhərsalma Forumuna (WU-F13) ev sahibliyi etməsi, Qarabağda tətbiq olunan bu müasir konsepsiyanın dünya miqyasında qəbul olunduğunu təsdiqləyir.
    Çıxışda vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Şuşa, Ağdam, Füzuli, Zəngilan, Laçın və digər yaşayış məntəqələrində milli memarlıq ənənələri ilə müasir şəhərsalma prinsiplərinin vəhdəti təmin olunur. Tarixi irsin qorunması, ekoloji tarazlığın saxlanılması və müasir infrastrukturun qurulması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
    Sonra YAP rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev, Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova, Qarabağ və Şərql Zəngəzur Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşı Camal Hacıyev, Qarabağ Gənclər və İdman İdarəsinin sektor müdiri Orxan Fəxrəddinov,Tarix-diyarşünaslıq muzeyinin direktoru Aybəniz Şahbazi mövzu ilə bağlı çıxış ediblər.Çıxışlarda qeyd olunub ki,, Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı olduğu kimi, Prezident İlham Əliyev də Qarabağın yeni inkişaf modelinin müəllifidir. Onun sözlərinə görə, azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri ölkəmizin iqtisadi gücünü, xalqımızın iradəsini və milli həmrəyliyini nümayiş etdirir.
    Qarabağda həyata keçirilən layihələr yalnız infrastrukturun bərpası deyil, eyni zamanda milli-mənəvi dəyərlərimizin, tarixi yaddaşımızın və memarlıq ənənələrimizin yenidən dirçəldilməsidir. Qeyd olunub ki, bu möhtəşəm quruculuq prosesi gələcək nəsillərə güclü və müasir Azərbaycan mirası ötürür.
    Sonda tədbir iştirakçıları Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı tikinti və abadlıq işlərinin Azərbaycanın davamlı inkişafının, milli dövlətçilik ənənələrinin və müasir memarlıq düşüncəsinin parlaq təcəssümü olduğunu vurğulayıblar.

     

    Müəllif: Redaktor, 10:57

İsmarıclar bağlıdır.