Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,977
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 02Mar

    Tərtər şəhərinin şəhid Maarif Mustafayev küçəsində asfalt örtüyünün salınması işlərinə başlanılıb

    2026-cı ilin ilk günlərindən etibarən, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Tərtər şəhərinin infrastrukturunun müasirləşdirilməsi, abadlıq və quruculuq tədbirləri geniş vüsət alıb. Hazırda şəhər daxilində yol infrastrukturunun yenilənməsi, küçə işıqlandırılması sistemlərinin bərpası və yol kənarlarında yeni yaşıllıq zolaqlarının salınması istiqamətində kompleks işlər həyata keçirilir.
    Bu tədbirlər çərçivəsində şəhərin şəhid Maarif Mustafayev küçəsində yeni asfalt örtüyünün salınması prosesinə başlanılıb. İşlərin ilkin mərhələsində yol yatağı qum-çınqıl qarışığı ilə doldurularaq xüsusi texnikalar vasitəsilə kipləşdirilir və hamarlanır. Hazırlıq mərhələsindən sonra küçəyə ümumilikdə 3150 kvadratmetr sahədə yeni asfalt örtüyü döşənir. Layihənin əsas üstünlüklərindən biri də odur ki, asfaltlanma ilə paralel olaraq küçədəki mövcud elektrik, qaz, su və telekommunikasiya xətləri də yenilənərək qaydaya salınır.
    Yaxın günlərdə şəhərin yol-nəqliyyat strukturunun təkmilləşdirilməsi məqsədilə Elman Mehdiyev, Polad Ərəbov və Hüseyn Cavid küçələrində, eləcə də Cavanşir küçəsinin 3-cü, Elman Səfərov küçəsinin isə 1, 2, 3, 4 və 5-ci döngələrində də asfaltlanma işlərinə başlanılması nəzərdə tutulub. Görülən bu işlər şəhərin estetik görünüşünün yaxşılaşdırılması ilə yanaşı, sakinlərin gediş-gəlişinin və gündəlik həyat şəraiti-nin daha da rahatlaşmasına xidmət edir.

    Müəllif: Redaktor, 11:53

İsmarıclar bağlıdır.