Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,805
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 31İyl

    Fəxr edirəm ki, bu partiyanın üzvüyəm

    Yeni Azərbaycan Partiyası təsis olunduqdan 8 ay sonra –25 iyul 1993-cü il tarixdə rayonumuzda partiyanın ilk təşkilatı yarandı. Bu gün fəxr edirəm ki, partiya veteranlarından biriyəm.
    Əlbəttə, o dövrdə Yeni Azərbaycan Partiyasının üzvü olmaq elə də asan iş deyildi. Ancaq biz hər cür çətinliklərə dözürdük, çünki bu partiyanın rəhbəri hamımızın sevdiyi və inandığı bir insan – Heydər Əliyev idi.
    Artıq o vaxtdan 32 il ötüb və zaman göstərir ki, biz yanılmamışıq.
    Hazırda Yeni Azərbaycan Partiyasının üzvləri həyatımızın bütün sahələrində öndədirlər. Ulu Öndərimizin ideyalarını dönmədən həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük müharibədə möhtəşəm qələbə əldə edib. İndi bütün dünya liderləri Azərbaycanla hesablaşırlar.
    İşğaldan azad olunmuş yerlərə Böyük Qayıdış başlayıb. Vaxtilə düşmənin ayaq basdığı o yerlərdə möhtəşəm beynəlxalq tədbirlər keçirilir.
    Bütün bunlar məni və siyasi həmfikirlərimi, bütövlükdə Azərbaycan xalqını ürəkdən sevindirir.
    Qeyd etmək istəyirəm ki, YAP Tərtər Rayon Təşkilatı da ötən dövr ərzində inkişaf yolu keçib, onun sıraları qabaqcıl fəal gənclər hesabına möhkəmlənib. Sevindirici haldır ki, partiya üzvləri rayonumuzda keçirilən mühüm siyasi kampaniyalarda fəal iştirak edir və Yeni Azərbaycan Partiyasının əldə etdiyi qələbələrə öz töhfələrini verirlər.

    Adil Hüseynov,
    partiya veteranı

    Müəllif: Redaktor, 11:07

İsmarıclar bağlıdır.