Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Noy

    Изображение 083Bu gün dövlət başçısı möhtərəm İlham Əliyevin sosialyönümlü siyasətinin mühüm hissəsini səhiyyənin müasirləşdirilməsi təşkil edir. Bu məqsədlə Prezident tərəfindən bir sıra sərəncamlar imzalanmış, Dövlət Proqramları qəbul olunmuşdur.
    Rayonumuzda əhaliyə göstərilən tibbi xidmətin vəziyyətini öyrənmək üçün qəzetin baş redaktorunun müavini Svetlana Bağırova Tərtər Rayon Mərkəzi Xəstəxanası Poliklinika Şöbəsinin müdiri Gülarə Əhmədovadan müsahibə almışdır.
    –Gülarə həkim, məlumdür ki, dövlət büdcə-sindən səhiyyənin inkişafına ayrılan xərclər ildən-ilə artır. Əgər 2005-ci ildə respublikamızda səhiyyəyə 115 milyon 300 min manat ayrılmışdırsa, 2010-cu ildə bu rəqəm 479 milyon, 2015-ci ildə isə 777 milyon 300 min manat olmuşdur. Bəs, bunun müqabilində rayonumuzun səhiyyə sahəsində hansı iş-lər görülüb?
    –Məlumdur ki, əhaliyə göstərilən tibbi xidmətin səviyyəsini yüksəltmək üçün ilk növbədə infrastrukturun yaxşılaşdırılması tələb olunur. “Biz artan iqtisadi imkanlarımızı ilk növbədə sosial sahələrin inkişafına, o cümlədən səhiyyənin problemlərinin həllinə yönəltməliyik”,–deyən dövlət başçısı xüsusilə regionlarda müasir xəstəxanaların, poliklinikaların, diaqnostika mərkəzlərinin tikintisini və təmirini diqqət mərkəzində saxlayır. O cümlədən də rayonumuzda son illərdə həm poliklinika binası, həm də mərkəzi xəstəxananın binası əsaslı təmir olunmuş və ən müasir, dünya standartlarına cavab verən tibbi avadanlıqlarla təchiz edilmişdir. Bundan əlavə Bəyimsarov kənd xəs-təxanasında əsaslı, Qazyan kənd həkim məntəqəsində cari təmir işləri görülmüşdür. Hazırda Qapanlı kəndində yeni tibb məntəqəsi tikilir.
    Hazırda ölkəmizdə bir sıra Dövlət Proqramları uğurla icra edilir. Həmin proqramlar çərçivəsində imtiyazlı xəstələr pulsuz dərmanlarla təmin olunurlar. Bunların arasında şəkərli diabet xəstələri çoxluq təşkil edir.
    –Bəli, respublikamızda olduğu kimi, rayonumuzda da bu sahədə bir sıra işlər görülür. Təkcə cari ilin doqquz ayı ərzində 235 min 750 manat dəyərində dərman preparatları və sarğı materialları alınaraq xəstələrin müalicəsinə sərf olunmuşdur. Şəkərli diabet xəstələri isə daim dövlət hesabına bütün lazimi dərmanları alırlar. Bundan başqa, pulsuz dərmanlar ruhi əsəb, vərəm və onkoloji xəstələrə verilir. Satışı qadağan olunmuş dərmanlar ancaq həkimin resepti əsasında buraxılır.
    Bəzən insanlar öz səhhətlərindəki problemlərdən xəbərsiz olurlar. Prezident İlham Əliyevin hər il əhalinin pulsuz müa-yinədən keçməsi haqqında verdiyi sərəncamlar bu sahədə həqiqi mənada böyük dönüş yaradıb.
    –Bəli, əksər hallarda insanlar müəyyən səbəblərdən həkimin qəuluna düşməyə tələsmirlər. Lakin pulsuz müayinə zamanı hər bir müəsisə və təşkilatda çalışanlar, fərdi vətəndaşlar, kəndlərimizin əhalisi öz sağlamlığını yoxlatdırır. Nəticələr bilir-siniz necədir? Təkcə builki müayinə zamanı rayonumuzda 27 nəfər ruhi əsəb, 34 nəfər vərəm, 127 nəfər şəkərli diabet, 73 nəfər onkoloji xəstə aşkar olunaraq müalicəyə cəlb edilib.
    –Möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının qərarı və sərəncamdan irəli gələn digər tədbirlərin həyata keçirilməsi rayonumuzun əhalisi tərəfindən razılıq hissi ilə qarşılanıb. Bu sahədə həkimlərin üzərinə hansı vəzifələr düşür və işinizdə nə kimi yeniliklər olacaq?
    –Möhtərəm Prezidentin sərəncamı bütün vətəndaşların, o cümlədən də həkimlərin ürəyindən xəbər verir. Çünki artıq dərman vasitələrinin satışında ümumi vahid bir qayda yaradılacaq ki, bu da həkimlərimizin işini xeyli asanlaşdıracaq. Müalicənin təsiri alınan dərmanlardan asılıdır. Yeniliklərə gəldikdə isə, artıq reseptlərdə dərman preparatlarının ticarət adı yox, tərkibini bildirən molekulları göstərilir. Bir reseptə ən çox üç adda dərman yazılır. Əgər xəstəyə dörd və daha çox dərman təyin olunarsa, bunlar əlavə resept blankına yazılır. İmtiyazlı əhaliyə verilən reseptlər 15-30 gün müddətində, imtiyazsız əhali qrupuna yazılan reseptlər 2-3 ay müddətinə etibarlıdır.
    Ümumiyyətlə, dərmanların əsassız qiymət artımının qarşısının alınması ilə bağlı görülən tədbirlər həkimlərimizin işinin yaxşılaşdırılmasına kömək edəcək.
    –Əhali sizə dünyada ən qiymətli nemətini–cansağlığını etibar edir. Arzulayırıq ki, işinizdə daim uğurlar qazanasınız. Müsahibəyə görə çox sağolun!

    Müəllif: Redaktor, 11:01

    Teqlər:

İsmarıclar bağlıdır.