BİR ÜRƏYİN MANİFESTİ
Bu ürək bütün insanlarda olduğu kimi sahibinin köksündə döyünməkdədir. Onun haqqında fikir söyləməyim bəlkə öz sahibinə də gözlənilməz və təəccüblü görünə bilər. Amma mən inamla qələmi əlimə götürürəm… Çünki, 42 ilə yaxındır ki, bu ürəyi açıq bir kitab kimi oxuyuram. Bu ürək Tərtər rayonunda Rəşid Rəhimovun ailəsində doğulan Xocrova məxsusdur.
Biz ilk dəfə görüşüb tanış olanda onun on beş yaşı var idi. Yeniyetmə olmasına baxmayaraq, kamil insanlara xas təmkini, rəftarı, dinləmə və yerli-yerində dolğun cavablandırma qabiliyyəti ilə, duyğu həssaslığı ilə diqqətimi çəkmişdi.
Xosrov həyatda çox sərt enişli-yoxuşlu həyat yolu keçsə də, taleyinə düşən qismətə qane olan bəndədir. Mübarizliyindən zövq alaraq yaşayır.
Onun doğmalarına, dostlarına, ailəsinə olan məhəbbəti olduqca səmimi və sonsuzdur. Qohumları, yaxınları arayıb-axtarmaq, əlaqə yaratmaq, onları müntəzəm yoxlamaq– dinimizin də tövsiyəsi olan bu əlamətləri qürurla yaşadır və yaşayır.
Ömrünə zinət elədiyi sadəliyə qibtə eləməmək mümkün deyil. Bu yorulmaz insanın ürəyindən heyranlıqla oxuduqlarımın bir qismini ictimaiyyətə təqdim etməyi özümə borc bildim.
Qeyd edim ki, hazırda həmyerlimiz Xosrov Rə-himov Bakı şəhərində yaşasa da, doğma Tərtərimizlə əlaqəsini heç zaman kəsmir.ÜRƏKDİ
Hissi yanılmazdı, duyğusu dərin, Dünya gərdişindən həyan ürəkdi.
Üzlərdə qəmləri, təbəssümləri,
Sezib mətləbləri duyan ürəkdi.
Darılmaz bəxtinə Haqdan düşərə, Nəslinə-kökünə həyan ürəkdi.
Suyunu mərhəmət camından içən,
Yaxşını-yamanı qərəzsiz seçən.
Aydınlıq yolları içindən keçən,
Qaranlıq yolları əyən ürəkdi.
Müdrikanə dinər, tutar sözünü, Soyuq ürəklərə verər közünü.
Səbriylə ovudar özü-özünü,
Saysız tənə daşı dəyən ürəkdi.
Nə kinə yer verməz, əsla, nə şərə,
Sevgisi sonsuzdu cümlə bəşərə.
“Tale payım” deyər hər dəyən daşa,
Yaşatmaz dərdini qohum-qardaşa,
Etibar gördümü, dönər sirdaşa,
Talıb, ürək qızdır, bəyən, ÜRƏKDİ.
Talıb Məmmədli
-
19Noy
Müəllif: Redaktor, 09:56