Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,873
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Noy

    Zəfər günündən 5 il ötür. 5 möhtəşəm il. Azərbaycanımızı dünyaya tanıdan, xalqımızın başını uca edən, bizləri məğlub olanlardan qaliblər sırasına çıxaran 44 günlük Vətən müharibəsi elə bir tarixdir ki, xalqımız yaşadıqca yaşayacaq.
    44 günün hər birinə şəhidlərimizin qanı hopub, anaların fəryadı qarışıb. Bu ahın, bu fəryadın içində bayrağımıza bükülmüş övladlarını qarşılayan valideynlərin “Vətən sağ olsun!” kəlmələri xalqın böyüklüyünü, Vətən sevgisinin hər şeydən uca olduğunu göstərib.
    Düşməni 44 gündə məğlub etsək də, Zəfərimizə aparan yol asan olmayıb. Uzun illər ərzində Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyev, Azərbaycan ictimaiyyəti, diasporu bütün beynəlxalq tədbirlərdə torpaqlarımızın işğal altında olması ilə bağlı məsələ qaldırıb, əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırıblar. Aparılan siyasi və diplomatik səylərin nəticəsi olaraq bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini tanıyıb. Bütün dünya görüb ki, beynəlxalq hüquq baxımından Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir.
    Bunlar Qələbəmizə zəmin yaradıb. Lakin Azərbaycan xalqı Şanlı Zəfəri döyüş meydanlarında, xalq-ordu-iqtidar birliyi, milli ruhumuz hesabına əldə edib.
    Azərbaycan Respubli-kasının Prezidenti, Müzəffər Ali Baş Komandan İl-ham Əliyev bu barədə deyib: “Biz bu qələbəni həm peşəkarlıq, qəhrəmanlıq hesabına, eyni zamanda, milli ruh hesabına qazanmışıq. Biz haqlı idk, haqqədalət bizim tərəfimizdə idi. Bizim əsgər və zabitlərimiz hücuma keçəndə bir amalla yaşayırdı ki, öz doğma torpaqlarını işğalçılardan azad etsinlər.”
    Mən tərtərliyəm. Burada orta təhsil almışam. Tərtərlilər 30 ildən artıq bir müddətdə cəbhə xəttində, düşmənlə üzbəüz yaşayıblar. Atəşkəs olsa da, bu illər ərzində elə bir gün olmayıb ki, sakinlər erməni terrorunun nəticələri ilə üzləşməsinlər. Onlar öz dözümlü-lükləri, qəhrəmanlıqları ilə düşmən qarşısında canlı sipər olublar, ölkənin təhlükəsizliyini qoruyublar.
    Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərtərlilər haqqında belə deyib: “Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada, döyüş bölgəsində, düşmənlə üz-üzə dayanıblar və atılan, evlərinə düşən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir.”
    44 gün ərzində hər bir vətəndaş kimi, hər bir azərbaycanlı kimi mən də cəbhədən gələn xəbərləri ürək çırpıntısı ilə izləyirdim.
    2020-ci il sentyabrın 27-də səhər saat 6.10-da düşmənin atdığı ilk artilleriya mərmilərindən biri də məhz Tərtər rayonunun Qapanlı kəndinin sakini Yaqut Məmmədovanın evinə düşüb və bundan sonra cavab atəşi açılıb.
    Bu müharibədə bizə qalibiyyət qazandıran xalqımızın Ali Baş Komandanın “dəmir yumruğu” ətrafında sıx birləşməsi oldu. Uşaqdan tutmuş böyüyədək hamının qəlbi cəbhədə olanlarla bir döyünürdü. Hər kəs bu müqəddəs savaşa gücü çatacaq qədər kömək etməyə çalışırdı.
    Müharibənin elə ilk günlərindən qeyrətli oğulları-mız düşmənin onilliklər ərzində qurduqları istehkamları darmadağın edərək, on-ları qaçmağa məcbur etdilər. O torpaqlar, yüksəkliklər, dağlar şəhid qanına boyanaraq əbədi azadlığına qovuşdu.
    Bir müəllim kimi qürur duyuram ki, vətənpərvərlik ruhunu aşıladığımız keçmiş şagirdlərimiz müharibədə dünyanı heyran qoyan qəh-rəmanlıqlar nümayiş etdirmişlər.
    Onlar Qarabağı heç zaman görməmişdilər. Baba-nənələrin, valideynlərin, müəllimlərin söhbətlərindən eşidib sevmişdilər.
    Onları döyüşlərə aparan sevgi ilə yanaşı həm də qisas hissi olub. Beləliklə də 200 illik erməni qəddarlığına, nankorluğuna, vəhşiliyinə gənclərimizin qanı, canı bahasına son qoyulub.
    Ölkəmizdə Vətən uğrunda canından keçən şəhid-lərimzin xatirəsinə daim yüksək ehtiram göstərilir, onların xatirəsi əbədiləşdi-rilir, qazilərimizin sağlamlığının bərpası diqqət mərkəzində saxlanılır.
    Bu gün Qarabağ və Şərqi Zəngəzur dedikdə hər bir azərbaycanlının üzü gülür. Artıq xəyallarımızda düşmənin viran qoyduğu xarabalıqlar deyil, dirçələn şəhərlər, müasir kəndlər, qəsəbələr, günü-gündən gözəlləşən Şuşamız canlanır. Əsrarəngiz təbiətinə insan əlilə vurulan naxışlar doğma yurdumuzu necə də təkrarolunmaz edir! Möhtərəm Prezidentimiz İlham Əliyevin qayğısı, əzmi, apardığı yorulmaz siyasət nəticəsində şəhid qanı ilə daha da müqəddəsləşən əzəli-əbədi torpaqlarımız bu gün əsl cənnətə dönür. Qoy dünya bu gözəlliyə heyran qalsın!

    Aygün Nəzərəliyeva,
    tarix üzrə fəlsəfə
    doktoru

    Müəllif: Redaktor, 10:51

İsmarıclar bağlıdır.