Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,873
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Noy

    “ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV MÜSTƏQİL AZƏRBAYCAN KONSTİTUSİYASININ MÜƏLLİFİDİR”

    Bu mövzuya həsr olunmuş tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının sədri Eldar Əsədov, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr və bələdiyyə sədrləri iştirak ediblər.

    Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
    Tərtər Rayon İcra Hakimiyyətinin iclas zalında davam edən tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək, əvvəlcə qardaş Türkiyənin hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif edib, onlara Ulu Tanrıdan rəhmət diləyib.
    Rayon rəhbəri qeyd edib ki, Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi nəinki Azərbaycanı, bütöv bir xalqı məhv olmaq təhlükəsindən xilas etdi. 1993-cü ilin iyun hadisələrinə qiymət verməyi bacaran hər bir insan dərindən dərk edir ki, Ulu Öndər o dövrdə qardaş qırğınının, vətəndaş müharibəsinin qarşısını almağa həyatını təhlükəyə atmaqla, ölümdən çəkinməyərək nail oldu.
    Heydər Əliyev demokratik hüquqi dövlət qurmaq, köklü islahatlar aparmaq üçün ilk növbədə ölkədə ictimai-siyasi sabitliyi, qanunçuluğu bərqərar etdi, cəmiyyətdə hökm sürən hərc-mərcliyə və özbaşınalığa birdəfəlik son qoydu.
    Ulu Öndər Heydər Əliyevin Konstitusiyanın hazırlanmasında, qəbul edilməsində gərgin li-derlik əməyi və töhfəsi danılmaz-dır.
    Konstitusiyanın qəbulu dövlətçiliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyində nüfuzunun daha da artması baxı-mından çox mühüm ictimai-siyasi hadisə kimi qiymətləndirilməlidir. Konstitusiyanın qəbulu yalnız yeni ictimai sistemin hüquqi tanınmasını təsdiq edən fakt deyil, ölkəmizin inkişafının prinsipcə yeni mərhələyə qədəm qoymasının göstəricisi idi. Bu mərhələ isə ilk növbədə siyasi sistemin mərkəzində insanın və vətəndaşın, onun hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət ideallarının durması ilə səciyyələnir.
    1995-ci ilin mayında Ulu Öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin le-hinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi.
    Rayon rəhbəri çıxışında 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, torpaqlarımızın suverenliyinin tam bərpa olunmasından, respublika Prezidentinin Sərəncamı ilə 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsindən, müstəqil Azərbaycanın beynəlxalq aləmdə söz sahibinə çevrilməsindən, iş-ğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma işlərindən də danışıb.
    Sonra rayon Məhkəməsinin sədri Tahir Qubadov, YAP rayon təşkilatının sədri Eldar Əsədov, rayon prokurorunun köməkçisi, 3-cü dərəcəli hüquqşünas Azər Cəfərov, şəhər 5 saylı tam orta məktəbin tarix müəllimi Nigar Vəliyeva çıxış ediblər. Çıxışlarda bir fikir vurğulanıb: “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir”.

     

    Müəllif: Redaktor, 11:24

İsmarıclar bağlıdır.