Qarabağ Universitetinin rektoru Şahin Bayramovun iştirakı ilə Tərtər rayonunda abituriyentlər üçün Qarabağ Universitetinə tələbə qəbuluna dair növbəti təbliğat görüşü keçirilib.
Tərtər şəhər 5 nömrəli tam orta məktəbdə keçirilən görüşdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, QRTİ-nin müdiri Sənan Mənsimli, rayonun təhsil işçiləri, 200-dən artıq abituriyent və onların valideynləri iştirak ediblər.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxışında abituriyentlərə universitetin tədris proqramları, imkanları və qəbul qaydaları haqqında ətraflı məlumat verib. Rektor universitetin peşəkar professor-müəllim heyəti, müasir infrastruktur və tələbələr üçün yaradılmış geniş sosial-mədəni mühit barədə danışıb. Şahin Bayramov həmçinin tələbələrin gələcək karyeraları üçün universitetdə əldə ediləcək bilik və bacarıqların əhəmiyyətini vurğulayıb.
Tədbirin sonunda abituriyentlərə qəbul prosesi ilə bağlı əlavə məsləhətlər verilib.