Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,744
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 22May

    İlk müəllim ikinci ana deməkdir. Ana övladına həyat bəxş edir, ona bol sevgi verir. İlk müəllim isə körpə fidanla-rın əllərindən tutub onları addım-addım elmin zirvələrinə doğru aparır. Ana kimi bu insan da heç zaman unudulmur.
    Şəhər 1 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Ülviyyə Məmmədova da neçə-neçə şagirdin xatirində beləcə unudulmaz izlər qoyub.
    O deyir:
    – Müəllimlik ailəmizdə sevilən peşələrdən biri olub. Babam rəhmətlik Valeh Quliyev vaxtilə mənim təhsil aldığım və indi müəllim kimi çalışdığım məktəbin direktoru idi. Zəhmli, eyni zamanda çox qayğıkeş insan, əsl müəllim idi.
    Ülviyyə Məmmədovanın şagirdlərinin əksəriyyəti orta məktəbi müvəffəqiyyətlə bitirib, yüksək ballarla ali məktəblərə qəbul olublar və hal-hazırda müəllim, həkim və digər peşə sahibləri kimi çalışır, özlərini doğruldurlar. Onlardan bir neçəsi məktəbi qırmızı attestatla bitirib.
    Şagirdləri kimi övladları da analarını uğurları ilə sevindirirlər. Oğlu Murad Allahverdiyev nəinki rayonumuzun, respublikamızın fəxridir. O, boks üzrə mütəxəssisdir. Avropa, dünya çempionudur. Olimpiya oyunlaı mükafatçısıdır. Saysız-hesabsız titulların və medalların sahibidir. Qızı Firuzə xanım isə Bakı Dövlət Universitetini bitirib, Bakı şəhərindəki 20 nömrəli məktəb-liseyin rus bölməsində riyaziyyat müəllimi kimi fəaliyyət göstərir.
    Ülviyyə Məmmədova öz üzərində daim çalışır, müasir tədris üsullarını mənimsəməyə səy göstərir. Odur ki, müəllimlərin sertifikasiyası imtahanından yüksək bal toplayıb, uğur qazanıb.
    Təcrübəli müəllim cari tədris ilində yetirmələrindən ayrılıb, yenidən balacaları qəbul edəcək. O deyir ki, məktəbə ilk dəfə qədəm qoyan uşaq bir maraqlı dünyadır və onlarla ünsiyyətdə olmaq, böyümələrinə, addımlarının möhkəmlənməsinə şahidlik etmək olduqca qürurvericidir.
     

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:28

İsmarıclar bağlıdır.