Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,768
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 15İyl

    Adı hörmətlə çəkilir

    Müəllim olmaq böyük məsuliyyətdir. Onlar övladlarımıza elm öyrədir, cəmiyyətimizin sabahını yetişdirirlər.
    Müəllim elə bir işıqlı simadır ki, cəmiyyətin bütün üzvləri üçün hər zaman nü-munə olur, onlardan öyrənirlər, ona bənzəməyə çalışırlar.
    Əsl pedaqoqlar heç zaman unudulmur, daim minnətdarlıq hissi ilə xatırlanır. Onlardan biri də bu yaxınlarda dünyasını dəyişmiş Azadqaraqoyunlu kənd tam orta məktəbinin keçmiş direktoru Kərim Hüseynovdur. Azadqaraqoyunlu kənd İƏD üzrə icra nümayəndəsi Nazim Xəlilov deyir:
    – Hər bir insan ömrünün əvvəli olduğu kimi, sonu da olur. Ancaq mənalı, faydalı ömür sürənlər yaddaşlarda yaşayırlar. Kərim müəllim də belə insanlardan olub.
    O, 1939-cu ildə doğulub. 1957-ci ildə Azadqaraqoyunlu kənd orta məktəbinin ilk məzunlarındandır. Həmin illərdə Azadqaraqoyunlu məktəbində çox savadlı pedaqoqlar çalışırdı. Gənc Kərim də müəllim peşəsini seçib. Gəncə Dövlət Pedaqoji Universitetini müvəffəqiyyətlə bitirdikdən sonra doğma kəndinə qayıdıb. Bir il ozamankı rayon komsomol komitəsində çalışdıqdan sonra vaxtilə təhsil adığı doğma məktəbə müəllim kimi dönüb. Bir müddət təlim-tərbiyə işləri üzrə direktor müavini kimi fəaliyyət göstərib, 1978-ci ildə isə direktor təyin edilib. 1991-ci ilə qədər bu vəzifədə çalışıb. Yenidən müəllimlik fəaliyyəti ilə məşğul olub və 13 ildən sonra yenə də doğma kollektivinə rəhbərlik edib.
    Kərim müəllimin keçmiş şagirdi, Azadqaraqoyunlu kənd tam orta məktəbinin direktor müavini Sitarə Hacıyeva deyir:
    – Kərim müəllimin direktor olduğu illərdə məktəbimizdə həm təhsil, həm də tərbiyə məsələlərinə böyük diqqət göstərilirdi. Müxtəlif maraqlı tədbirlər keçirilirdi. O, öz fənnini, riyaziyyatı da çox sevir və çalışırdı ki, şagirdlərdə riyaziyyat elminə maraq oyatsın. Allah rəhmət eləsin. Qəlbimizdə xoş xatirələrlə yaşayacaq.
    Kərim Hüseynov işində olduğiu kimi, ailədə də həm qayğıkeş, həm də tələbkar olub. Beş övladından 3-ü ali, 2-si orta ixtisas təhsillidir.
    Bu gün Azadqaraqoyunlu kəndində neçə-neçə ailədə vaxtilə onun dərs dediyi, elm öyrətdiyi keçmiş şagirdləri var. Hər yerdə də adı hörmətlə çəkilir, minnətdarlıq hissi ilə xatırlanır.

    “YENİ TƏRTƏR”

    Müəllif: Redaktor, 09:55

İsmarıclar bağlıdır.