Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,674
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 22Apr

    Səhər 5 saylı tam orta məktəbin XI sinif şagirdi Sevinc Əlizadə Dövlət İmtahan Mərkəzi tərəfindən martın 2-də keçirilən buraxılış imtahanında 297 bal toplayıb.
    Sevinc deyir ki, məktəb illəri ərzində bu uğura pillə-pillə yaxınlaşıb. Həm dərslərini yaxşı oxuyub, həm də məktəbin ictimai həyatında yaxından iştirak edib. Dəfələrlə respublika fənn olimpiadalarında tarix fənni üzrə finalçı olub, “Zəfər tariximiz” inşa yazı müsabiqəsində rayon üzrə birinci yerə layiq görülüb. Milli-mənəvi dəyərlərimizin qorunmasına dair keçirilən komanda yarışlarında rayon üzrə 1-ci, region üzrə 2-ci olub. 9-cu sinif üzrə buraxılış imtahanında isə 258 bal toplayıb və fərqlənmə attestatı alıb.
    Sevincin anası Sevda xanım ibtidai sinif müəllimidir. O bildirdi ki, övladının qazandğı uğura görə özünü xoşbəxt hiss edir. Çünki bu uğur gərgin zəhmətin nəticəsidir. O, qızının uğur qazanmasında məktəbin pedaqoji kollektivinin rolunu xüsusi qeyd edərək dedi:
    –Sevincin təhsil aldığı, mənim isə işlədiyim şəhər 5 saylı tam orta məktəbin binası müharibə illərində ermənilərin atdığı mərmilər nəticəsində dağılmışdı. Elm və Təhsil Nazirliyinin vəsaiti hesabına məktəbimiz üçün yeni, yaraşıqlı bina tikildi. İndi burada uşaqlarımızın rahat təhsil almasından ötrü hər cür şərait var. Onların ixtiyarına müasir fənn kabinələri verilib, yeni kompüterlər gətirilib.
    Sevincdən öyrəndik ki, o, ailənin üçüncü övladıdır. Qardaşı Əyyub idarəetmə kollecində təhsil alır, Tural isə Bakı Mühəndislik Universitetinin İqtisadiyyat fakültəsinin tələbəsidir. Sevinc isə gələcəkdə hüquqşünas olmaq arzusundadır. İnanırıq ki, savadı, tərbiyəsi, dünyagörüşü ilə həmyaşıdlarına nümunə olan bu qız həm müəllimlərinin, həm də valideynlərinin ümidlərini doğruldacaq.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 11:07

İsmarıclar bağlıdır.