2025-ci il yanvarın 1-i vəziyyətinə rayon ərazisində heyvanların, quşların və arı ailələrinin tam uçotu aparılmışdır. Uçotla rayonun bütün kənd təsərrüfatı müəssisə və təşkilatları, eləcə də kənd yerlərində yaşayan fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının hamısı, şəhər və qəsəbələrdə isə yalnız mal-qarası olan ev təsərrüfatları əhatə edilmişdir. Beləliklə, rayon üzrə müxtəlif təşkilati-hüquqi formalı 16848 uçot vahidi sorğuya cəlb olunmuşdur.
Ayrı-ayrı mal-qara növləri üzrə heyvanların baş sayının əvvəlki illə müqayisədə dəyişilməsi aşağıdakı kimi olmuşdur.
İribuynuzlu mal-qara. 2025-ci il yanvarın 1-i vəziyyətinə rayonda 34086 baş iribuynuzlu mal-qara, o cümlədən 13684 baş inək və camış olmuş və onların sayı il ərzində müvafiq olararq 0,4 və 1,7 faiz azalmışdır. Iribuynuzlu mal-qaranın sayı 2021-ci il yanvarın 1-nə nisbətən 4686 baş və ya 15,9 faiz artmışdır.
Sürü dövriyyəsinin təhlili göstərir ki, süd istehsalını artırmaq məqsədilə təsərrüfatlar ana malın sayının artırılmasına daha çox meyillidirlər. Belə ki, son 5 il ərzində inək və camışların sayı 12439 başdan 13684 başa çatmaqla 10,0 faiz artmışdır. Mövcud iribuynuzlu mal-qaranın 13684 başı və ya 40,2 faizini inək və camışlar, 1604 başı və ya 4,7 faizini düyələr təşkil etmişdir.
Mövcud iribuynuzlu mal-qaranın 33913 baş və ya 99,5 faizini inək naxırı, 173 baş və ya 0,5 faizini camış naxırı təşkil edir.
Rayonda mövcud olan iribuynuzlu mal-qaranın 98,4 faizi və ya 33530 başı ailə kəndli və ev təsərrüfatlarına, ümumilikdə isə kənd təsərrüfatı müəssisələri də daxil olmaqla 99,8 faizi və ya 34024 başı qeyri-dövlət bölməsinə məxsus olmuşdur.
Hazırda dövlət kənd təsərrüfatı müəssisələrində cəmi 62 baş iribuynuzlu mal-qara saxlanılır.
Qoyun və keçilər. Qoyunçuluq heyvandarlığın mühüm ənənəvi sahələrindəndir. 2025-ci il yanvar 1-i vəziyyətinə rayonda bütün təsərrüfat kateqoriyaları üzrə 42563 baş qoyun və keçi (o cümlədən 41816 baş qoyun, 747 baş keçi) mövcud olmuşdur. İl ərzində qoyun və keçilərin sayı 3668 baş və ya 7,9 faiz azalmışdır.
Qoyun sürüsünün tərkibində ana qoyunların, 1 yaşda və böyük şişəklərin xüsusi çəkisi 55,9 faiz, keçi sürüsünün tərkibində isə anoloji göstərici 59,3 faiz təşkil etmişdir.
Rayonda mövcud olan qoyun və keçilərin 100,0 faizi ailə kəndli və ev təsərrüfatlarına və kənd təsərrüfatı müəssi-sə və təşkilatlarına məxsus olmuşdur.
Atlar. 2025-ci il yanvarın 1-i vəziyyətinə atların ümumi sayı rayon üzrə 539 baş təşkil etmişdir. Atların ümumi sayının 99,4 faizi və ya 536 başı ailə kəndli və ev təsərrüfatlarına məxsus olmuşdur. Onların baş sayı 2024-cü il yanvarın 1-i ilə müqayisədə 9,0 faiz və yaxud 53 baş azalmışdır.
Quşlar. Uçot məlumatlarına görə cari ildə yanvarın əvvəlinə quşların sayı 205792 baş təşkil etmişdir ki, ötən illə müqayisədə 10,0 faiz və yaxud 22752 baş azalmışdur. Mövcud olan quşların hamısı ailə kəndli və ev təsərrüfatlarına məxsus olmuşdur.
Arı ailələri. 2025-ci il yanvarın əvvəlinə rayonda 5891 arı ailəsi qeydə alınmışdır. Onların sayı 2024-cü ilin yanvarın 1-i ilə müqayisədə 12,6 faiz azalmışdır. Hazırda rayonda 422 təsərrüfat arıçılıqla məşğul olur.