Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 28Apr

     

    “Ana tarla” tamaşasının premyerası keçirildi

    Aprelin 26-da Bakı Bələdiyyə Teatrının Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü ilə səhnələşdirdiyi “Ana tarla” tamaşasının premyerası keçirildi.

    Azərbaycanın siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi çərçivəsində baş tutan tamaşa, Türk dünyasının tanınmış yazıçısı Çingiz Aytmatovun “Ana Torpaq” əsərinin motivləri əsasında səhnələşdirilib.

    Ümummilli lideri Heydər Əliyev böyük yazıçı və ictimai xadim, türkçülüyün təbliğatçısı Çingiz Aytmatovun şəxsiyyətinə, yaradıcılığına və xidmətlərinə zamanında yüksək qiymət verərək demişdir: “Dünya ədəbiyyatı xəzinəsinə gözəl əsərlər bəxş etmiş Çingiz Aytmatov həm Qırğızıstanın, həm də bütün türk dünyasının fəxridir”.

    Çingiz Aytmatovun “Ana tarla” povesti, doğma yurda və torpağa sadiq olan sadə insanlar haqqındadır.

    Əsərdə dövrün əsas bəlası kimi II Dünya Müharibəsi və bu müharibənin timsalında insanların yarımçıq qalmış taleləri, məhv olmuş arzu və istəkləri, eyni zamanda insanlığa, gələcəyə olan ümidləri göstərilir.

    Ç.Aytmatov əsərdə ilk dəfə şərti formadan istifadə etmiş, əsərdəki hadisələri Tolqanay ananın torpaqla söhbəti şəklində göstərmişdir və tamaşadada rejissor Mərahim Fərzəlibəyov da yazıçının təxəyyül məhsulunu eynilə səhnəyə gətirməyə nail olub.

    Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçirilən premyerada ölkənin tanınmış incəsənət nümayəndələri, eləcə də

    bir çox qonaqlar iştirak edirdi.

    Tamaşanı səhnələşdirən və quruluşçu rejissoru, Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssam Əməkdar mədəniyyət işçisi İlham Əsgərov, plastik səhnələri quruluşu Əməkldar artist Bəhruz Vaqifoğlu, musiqi hissə müdiri Əməkdar mədəniyyət işçisi Nazim Əbidov, işıqçı rəssam Tərla Ələsgərli, kostyum sexinin müdiri Leyla Əkbərova, dizayn işləri üzrə tərtibatçı Elnur Ehtiramoğludur. Əsərin tərcüməsi Teymur Elçinə aiddir.

    Tamaşada iştirak edirlər:

    Tolqanay – Hüsniyyə Mürvətova (Əməkdar artist)

    Suvankul – Rəşad Kəsəmənli

    Qasım – Tural Əhməd

    Masılbek – Namiq Cavadov

    Caynaq – Elçin Muradov

    Aliman – Ülviyyə Rza

    Usanbay – İsmayıl Atakişiyev

    1-ci sünbül – Zülfiyyə Məmmədova

    2-ci sünbül – Günel Həmidova

    3-cü sünbül – Aynur Abbasova

    4-cü sünbül – Arzu Ağayeva

    Aişə – Səmayə Sadıqova(Əməkdar artist)

    Bakı Bələdiyyə Teatrı 1992-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə görkəmli teatr və kino xadimləri, Xalq artistləri Amaliya Pənahova və Yusif Muxtarov tərəfindən yaradılmışdır. Bu illər ərzində saysız-hesabsız səhnə əsərləri ilə milli teatr mədəniyyətini Azərbaycanda, eyni zamanda dünya ölkələrində təbliğ edən teatrın repertuarında Cəlil Məmmədquluzadənin, Nəriman Nərimanovun, Mirzə Fətəli Axundovun, Nazim Hikmətin, Əziz Nesinin, Cəfər Cabbarlının, eləcə də dünya klassiklərinin pyeslərini uğurla səhnələşdirilmişdir.

                                                                                                                                                           Bakı Bələdiyyə Teatrının Mətbuat Xidməti

     

     

     

     

     

     

     

     

     

    Müəllif: Redaktor, 08:31

İsmarıclar bağlıdır.