Birinci Qarabağ müharibəsi şəhidi Nofəl Əsgərovla
vida mərasimi keçirilib
Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan, 10 sentyabr 1965-ci ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olan Əsgərov Nofəl Cahangir oğlunun nəşi ailəsinin məs-kunlaşdığı Gəncə şəhərinə gətirilərək orada izdihamlı vida mərasimi keçirilib.
Mərasimdə Tərtər Rayon İcra Hakimiyəti başçısı aparatının və İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərin məsul əməkdaşları, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, bələdiyyə sədrləri, idarə, müəssisə və təşkilat rəhbərləri, müharibə iştirakçıları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Cənazə namazı qılındıqdan sonra şəhidin nəşi Gəncə şəhərində Şəhidlər xiyabanına gətirilib. Burada hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidin xatirəsinə yaylım atəşi açılıb. Qəhrəman döyüşçü dualarla torpağa tapşırılıb.
Xatırladaq ki, Əsgərov Nofəl Cahangir oğlu 10 sentyabr 1965-ci ildə Tərtər rayonunun Borsunlu kəndində anadan olub. 5-ci sinfə qədər Borsunlu kənd orta məktəbində oxuyub, sonra isə ailəsi ilə birlikdə Gəncə şəhərinə köçdüklərinə görə Gəncə şəhəri 20 saylı orta məktəbdə təhsilini davam etdirib. O, 15 iyun 1992-ci ildə Sırxavənd döyüşlərində 200 nəfərə yaxın əsgəri mühasirədən azad etdikdən sonra erməni gülləsinə tuş gələrək həlak olmuşdur.
* * *
Azərbaycan Respublikasının dövlət suverenliyinin və ərazi bütövlüyünün bərpası uğrunda şəhid olmuş şəxslərin ailələrinin və qazilərin sosial qayğılarının öyrənilməsi və həlli istiqamətində tədbirlərin davam etdirilməsi məqsədilə Tərtər Rayon İcra Hakimiyyəti başçısı Müstəqim Məmmədov Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən şəhidlərdən olan Əsgərov Nofəl Cahangir oğlunun ailəsində olub, ailənin qayğıları ilə maraqlanıb.
İcra başçısı bütün şəhid ailələrinin baş tacımız olduğunu bildirib. O, məğlubedilməz sərkərdə cənab İlham Əliyevin rəhbərliyi ilə ordumuzun Birinci Qarabağ müharibəsi şəhidlərinin də qisasını aldığını bildirib. Bu gün torpaqlarımızın işğaldan azad olması üçün şəhidlərə borclu olduğumuzu qeyd edib.

