Tərtərdə Vətən müharibəsi iştirakçısı Elməddin Məmmədovun toy mərasimi keçirilib.
Toy şənliyində ailə üzvləri ilə bərabər Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, şəhid ailələri, Vətən müharibəsi qaziləri, veteranlar da iştirak ediblər.
Rayon rəhbəri toy mərasimində çıxış edərək yeni ailə quran gəncləri təbrik edib, onlara xoşbəxtlik, firavan həyat arzulayıb.
Toy mərasimində dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın daim şəhid və qazi ailələrinin yanında olduqları, onların problemlərinə diqqət və qayğı ilə yanaşdıqları və möhtərəm Prezidentin bütün dövlət qurumlarının qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən etdiyi vurğulanıb. Şəhid ailələrinə, qazilərə və veteranlara göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritetlərindən olduğu qeyd edilib.
Toy şənliyində digər çıxış edənlər də yeni ailə quran çütlüyü təbrik edib, onlara xoş arzularını çatdırıb, xoşbəxt, həyat arzulayıblar.
Qeyd edək ki, Elməddin Məmmədov Talış, Suqovuşan və Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” və Baş Nazir Əli Əsədovun sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. Onun 44 günlük Vətən müharibəsində göstərdiyi döyüş sücaətlərindən danışan icra başçısı Elməddinin öz Vətənini, torpaqlarımızın ərazi bü-tövlüyünü qəhrəmanlıqla qoruduğu kimi, yaxşı da ailə başçısı olacağını bil-dirib, “Vətəninin, torpağının qədrini bilən oğullar həm də yaxşı oğul, yaxşı qardaş, yaxşı ömür-gün yoldaşıdır” deyib.