Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 5,924
Saytda ismarıcların sayı - 0
Arxiv
-
11Apr
İlahi, bu gözəl mən görəndimi?
Necə görmüşdümsə, elə həməndir.
Baxışı, duruşu, nazı, ədası –
Bahar təravətli ağ yasəməndir. |
Sevib-seviləcək paydır könlümə,
Dərdimdən ölməyə haydır könlümə,
Təpədir dizimə, haydır könlümə,
Ümid çırağımdır, şirin gümandır. |
|
Yıxıb can evimi, daşı qalmayıb,
Quruyub gözümün yaşı, qalmayıb,
Sevgidən dərs alıb, naşı qalmayıb,
Gözü badamıdır, qaşı kamandır. |
Deməyin, bu yaşda bu sevda nədir,
Susub dillənmirəm, can əldən gedir.
Ömrümə gün doğub, başıma xeyir,
Ay Mayıl, sevməyə əsl zamandır.
Mayıl Məmmədli |
Müəllif: Redaktor, 08:43