Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 19Sen

    UŞAQLIQ İLLƏRİ

     

    O ötən illərdə biz də, ay ata,
    Gedərdik məktəbə çiynində çanta,
    Yığışıb məktəbin çölündə-orda,
    Uşaqlar birlikdə idman edərdi,
    Ah necə də qayğısız, xoşbəxt günlərdi!
    Evə çatıb hazır yemək tapardıq,
    O yeməyə min cürə naz satardıq,
    Evi dağıdardıq, sonra yığardıq,
    Anamızı incidib, söylədərdik,
    Ah necə də qayğısız, xoşbəxt günlərdi!
    O zamanlar gözəl anam var idi,
    Hər işimdə mənə dəstək, yar idi,
    Maaşım məqaləmə qonorar idi,
    Nübar müəllimlə şeirləşərdik,
    Ah necə də qayğısız, xoşbəxt günlərdi!
                                                   Vəfa Quliyeva
    Dərs qurtaranda qanad açardıq,
    Qəfəsdən quş kimi çölə uçardıq,
    Fantaldan bir ovuc sudan içərdik,
    Susuz olmasaq da, adətkər idik,
    Ah necə də qayğısız, xoşbəxt günlərdi!
    Dirrikdə, sahədə, evdə işlərdik,
    Bir-birimizin paylarını dişlərdik,
    Dostluq qurub ikilərdik, üçlərdik,
    Kitab oxuyub mübahisə edərdik.
    Ah necə də qayğısız, xoşbəxt günlərdi!
     

    Özümüzə məsafələr qoyardıq,
    Təpənin başına əvvəl çatardıq,
    Sarı darvazaya kimi qaçardıq,
    Yol qırağı meyvələrdən dərərdik,
    Ah necə də qayğısız, xoşbəxt günlərdi!

     

    Yalnız böyüməkdi böyük dərdimiz,
    Gündəlik “5”lərə qəpik şərtimiz,
    Şahmatı oynardıq evdə dördümüz,
    Atamızdan tərəfkeşlik istərdik,
    Ah necə də qayğısız, xoşbəxt günlərdi!

    Müəllif: Redaktor, 09:45

İsmarıclar bağlıdır.