Saytın ümumi statistikası:
Saytda məqalələrin sayı - 5,620
Saytda ismarıcların sayı - 0
Arxiv
-
04Mar
Vəsfini ustadlar, ozanlar yazıb,
Çəkmirəm özümü önə, bənövşə.
Hüsnü, təravəti verən veribdi,
Nə yazım yaraşsın sənə, bənövşə? |
Açılıb qarışır mavin ağına,
Ətrin həyat qatır bahar çağına.
Gecədən can atır tər yanağına
Səhərin şehi də qona, bönövşə. |
Gəlişinlə gəlir cana təbiət,
Gül-naxış toxuyur hana təbiət.
Görsə üşüyürsən, ana təbiət
Bələyir dumana, çənə, bənövşə. |
Dönərsən, qəmlənmə xəzan yolanda,
Əbədi solacaq Talıb solanda.
Vücudum ovulub torpaq olanda
Əy zərif boynunu mənə, bənövşə.
Talıb MƏMMƏDLİ |
Müəllif: Redaktor, 09:01