Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,620
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 04Mar

    Tərtər Uşaq Gənclər İdman Şahmat məktəbində rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı soyqırımı”na həsr olunmuş inşa yazı müsabiqəsi keçirilib. Müsabi-qəyə rayonun 41 ümumtəhsil məktəbinin şagirdləri qatılıb.
    Əvvəlcə torpaqlarımızın suverenliyi uğrunda canından keçən şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
    Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatında İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, YAP rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev, rayon Təhsil Sektorunun əməkdaşı Lamiyə Məmmədova və Ələsgərli kənd tam orta məktəbin direktoru, Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ülviyyə Qəmbərova, Xocalı sakini İnqilab Baxışov çıxış edərək bu soyqırımın bütövlükdə bəşəriyyətə, insanlığa qarşı törədilmiş vəhşi cinayət aktı olduğunu bildiriblər. Çıxış edənlər şagirdlərə Xocalı faciəsi barədə ətraflı məlumat verib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində tarixi qələbə qazandığını, torpaqlarımızın düşmən tapdağından azad edildiyini, soyqırım qurbanları və şəhidlərimizin qisasının alındığını, artıq xocalıların öz yurd-yuvalarına qayıtdığını bildiriblər.
    Sonra müsabiqəyə start verilib. Bir akademik saat vaxt ayrılan inşa yazı müsabiqəsinin nəticələri müəyyən edildikdən sonra qaliblər Tərtər Rayon İcra Haki-miyyəti, YAP rayon təşkilatı və rayon təhsil sektoru tərəfindən diplom və fəxri fərmanlarla təltif ediliblər.

     

    Müəllif: Redaktor, 10:21

İsmarıclar bağlıdır.