Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 6,265
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 02Noy

    Müasir dövrün tələblərinə cavab verən gənclər yetişdirməliyik

    Prezident cənab İlham Əliyev qurultaydakı çıxışında “Bizim əsas məqsədimiz Azərbaycanın güclənməsidir” fikrini xüsusi vurğuladı. Bu məqsədin həyata keçirilməsində təhsil sahəsinin də üzərinə böyük məsuliyyət düşür.Çünki güclü dövlətin təməlində güclü insan, savadlı və vətənpərvər gənc nəsil dayanır.
    Müəllim olaraq hesab edirəm ki, YAP VIII Qurultayından irəli gələn vəzifələr sırasında gənc nəslin milli ruhda, vətənpərvərlik və dövlətçilik prinsipləri əsasında tərbiyəsi xüsusi yer tutur.
    Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunması bizim ən böyük tarixi nailiyyətimizdir. Bu Zəfərin mahiyyətini gələcək nəsillərə düzgün çatdırmaq hər birimizin, o cümlədən müəllimlərin müqəddəs borcudur. Biz şagirdlərimizə yalnız fənn bilikləri verməklə kifayətlənməməliyik. Onlarda Vətənə sevgi, dövlətə sədaqət, xalqımızın tarixinə və milli-mənəvi dəyərlərinə hörmət hisslərini daha da möhkəmləndirməliyik.
    Prezident İlham Əliyevin qurultayda qeyd etdiyi kimi, “Azərbaycan xalqı öz iradəsini ortaya qoydu, öz gücünü göstərdi.” Bu gücün gələ-cəkdə də qorunub saxlanılması üçün savadlı, dünyagörüşlü və milli düşüncəli gənclərin yetişdirilməsi olduqca vacibdir.
    Bu baxımdan müəllimin üzərinə böyük məsuliyyət düşür. Çünki bu gün sinif otağında yetişdirdiyimiz şagird sabah Azərbaycanın müxtəlif sahələrində çalışan mütəxəssis, dövlət qulluqçusu, alim, həkim, mühəndis və rəhbər olacaq. Deməli, hər bir dərs, hər bir tərbiyəvi söhbət, hər bir şagirdə göstərilən diqqət Azərbaycanın gələcəyinə qoyulan sərmayədir.
    Bu gün qarşımızda duran mühüm vəzifələrdən biri də müasir dövrün tələblərinə cavab verən, innovativ düşüncəyə malik, texnologiyalardan düzgün istifadə edən gənclər yetişdirməkdir. Eyni zamanda biz gənclərimizi milli kimliyindən, tarixindən və mənəvi dəyərlərindən uzaqlaşdırmamalıyıq.
    Müasirlik və milli dəyərlər bir-birini tamamlamalıdır.
    İnanıram ki, Prezidentimizin müəyyən etdiyi strateji hədəflər bundan sonra da təhsil sahəsində çalışan hər birimizin fəaliyyətinə istiqamət verəcək. Biz müəllimlər öz üzərimizə düşən vəzifəni məsuliyyətlə yerinə yetirərək, dövlətimizin inkişafına layiqli töhfə verməliyik.
    Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bundan sonra da öz inkişafının yeni və daha möhtəşəm mərhələlərinə qədəm qoyacaqdır.
    Biz də müəllim olaraq bu böyük inkişaf yolunda öz əməyimizlə, biliyimizlə və məsuliyyətimizlə Azərbaycanın gələcəyinə xidmət edə-cəyik.

    Zahirə Abbasova,
    əməkdar müəllim

    Müəllif: Redaktor, 09:18

İsmarıclar bağlıdır.