Rayonumuzun Dəmirçilər kəndinə qaz çəkilişi başa çatmışdır. Bu münasibətlə keçirilən tədbirdə rayon icra hakimiyyətinin başçısı ilə birlikdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Prezidenti, millət vəkili Rövnəq Abdullayev, Milli Məclisin deputatı Sahib Alıyev də iştirak etmişlər.
Rayon icra hakimiyyəti başçısı aparatının aparıcı məsləhətçisi Tunarə Məmmədzadə tədbiri açaraq sakinləri salamlamış, qonaqlara Qarabağın dilbər guşəsi olan döyüşən qəhrəman Tərtərə “Xoş gəlmişsiniz”,- demişdir. Kənd ağsaqqalı Fazil Rəhimov, Dəmirçilər kənd tam orta məktəbinin müəllimi Ramidə Bəylərova sakinlər adından çıxış edərək kəndlərinin təbii qazla təmin olunmasına, cəbhə bölgəsinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirmişdir ki, Tərtər rayonunun düşmənlə 48 km təmas xətti var. Bugünədək tərtərlilər düşmənə bir qarış da torpaq verməyiblər. Əksinə, Ağdərə rayonunun işğal altında olan bir neçə kəndini işğaldan azad ediblər. Daha ətraflı »
-
18MayAçılışlar DƏMİRÇİLƏR KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ üçün şərhlər bağlıdır
Teqlər: Açılışlar
-
18MayAçılışlar KƏNDDAXİLİ YOLLAR TƏMİR OLUNARAQ SAKİNLƏRİN İSTİFADƏSİNƏ VERİLDİ üçün şərhlər bağlıdır
Tərtər rayonunun Hüsənli, Əskipara və Evoğlu kəndlərinin kənddaxili yolları təmirdən sonra sakinlərin istifadəsinə verilmişdir.
Tədbirə rayon icra hakimiyyətinin nümayəndələri, idarə, müəssisə rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri böyük sevinclə qatılmışlar.
Əvvəlcə Əskipara kənd ağsaqqalı Allahyar Allahverdiyev, Hüsənli kənd ağsaqqalı Yusif Ağayev, sakinlərdən Rəfail Kamalov, Şükür Həsənov və başqaları çıxış edərək yollarının təmir olunması ilə əlaqədar ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirmişlər. Qeyd olunmuşdur ki, əvvəllər kəndarası yolların vəziyyəti çox yarıtmaz idi. Şagirdlər bu yolla məktəbə çətinliklə gedirdilər. İndi isə təmirdən sonra yollarımız abad və rahatdır.
Çıxış edən iş icraçısı İlqar Qasımov bildirmişdir ki, yerli icma birliklərinin təşəbbüsü ilə təmir olunan yollar Hüsənli, Əskipara, Evoğlu kəndlərində 27 kilometr məsafəni əhatə edir. Yolun eni 5-8 metrdir, bəzi yerlərdə isə 10-15 metrə çatır. Daha ətraflı »Teqlər: Açılışlar
-
27AprAçılışlar İLXIÇILAR KƏNDİNƏ TƏBİİ QAZ VERİLDİ üçün şərhlər bağlıdır
Tərtər rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələrinin sırasına İlxıçılar kəndi də əlavə olunub. Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən tədbirə rayon icra hakimiyyətinin nümayəndələri, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri və kənd sakinləri böyük sevinclə qatıldılar.
Azadqaraqoyunlu kənd İƏD üzrə nümayəndə Nazim Xəlilov, Tərtər Regional Qaz İstismar İdarəsinin rəis müavini Elməddin Cəfərov, kənd ağsaqqalı Arif Hüseynov, sakinlərdən Namiq Rəcəbov, Elmira Hüseynova çıxış edərək regionların sosial-iqtisadi inkişafına, əhalinin sosial problemlərinin həllinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışdılar.
Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov təbii qazın verilməsi münasibəti ilə sakinləri təbrik etdi.
Sonra Müstəqim Məmmədov ağsaqqalların iştirakı ilə “mavi alov”un açılışını bildirən rəmzi məşəli alovlandırdı və kənd sakini Natiq Əliyevin fərdi yaşayış evində təbii qazın alovlandırılmasında iştirak etdi.
* * *
Həmin gün İlxıçılar kəndində rayon rəhbərinin səyyar görüş-qəbulu da keçirildi.“Yeni Tərtər”
Teqlər: Açılışlar
-
29MarAçılışlar SAROV KƏNDİNİN SAKİNLƏRİ İKİQAT BAYRAM SEVİNCİNİ YAŞADILAR üçün şərhlər bağlıdır
Rayonumuzun kəndlərində quruculuq-abadlıq işləri ilə yanaşı qaz çəkilişi də sürətlə davam etdirilir. Bu günlərdə – xalqımızın əziz günlərindən olan Novruz bayramı ərəfəsində iri yaşayış məntəqələrindən biri olan Sarov kəndində də qaz açılışı ilə bağlı tədbir keçirildi. Mərasimə bütün kənd camaatı toplanmışdı.
Sarov kənd icra nümayəndəsi Ramin Quliyev məlumat verərək bildirdi ki, nümayəndəliyimizin ərazisi beş kənddən – Sarov, Rəcəbli, Kovdadıq, Umudlu və Bildirçinli kəndlərindən ibarətdir. Bunların ən böyüyü olan Sarov kəndinə qaz çəkilib. Kənddə 297 evə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Bu gün mərasimə toplaşan insanların sevincinin həddi-hüdudu yoxdur. Tədbirdə çıxış edən kənd ağsaqqalları Mənsim Allahverdiyev, Surxay Muradov rayon mərkəzində və eləcə də kəndlərimizdə aparılan quruculuq-abadlıq işlərindən ətraflı bəhs etdilər. Daha ətraflı »Teqlər: Açılışlar
-
18MarAçılışlar DAHA BİR YAŞAYIŞ MƏNTƏQƏSİ TƏBİİ QAZLA TƏMİN OLUNDU üçün şərhlər bağlıdır
Tərtər rayonunun təbii qazla təmin olunan yaşayış məntəqələrinin sırasına Bəyimsarov kəndi də əlavə olunub. 691 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 20 min 969 metr müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib. Mənzillərə sayğac və fərdi tənzimləyici quraşdırılıb.
Çıxış edən sakinlər bayram ərəfəsində kəndlərinə təbii qazın verilməsinə, regionların inkişafına, əhalinin sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək təbii qazın verilməsi münasibəti ilə sakinləri təbrik etdi. Daha ətraflı »Teqlər: Açılışlar
-
29YanDigər YARIMÇIQ QALMIŞ ARZULAR… üçün şərhlər bağlıdır
İnsan dünyaya bir dəfə gəlir. Azmı, çoxmu yaşayır, bu, insan ömrünün öz ölçüsüdür. Onu isə biz yox, yaradan bilir.Dekabrın otuzu idi. Həmin gün axşamüstü dəhşətli bir xəbər eşitdim. Ağır qəza olub. Üç tələbə və bir məzun həyatını itirib. İnanmadım. İlk zəng etdiyim Alidə müəllimə oldu. Daha ətraflı »
-
25DekAçılışlar Qapanlıda həkim məntəqəsinin açılışı oldu üçün şərhlər bağlıdır
Ermənilərlə təmas xəttinə ən yaxın məsafədə yerləşən Qapanlı kəndində müasir üslubda inşa olunmuş həkim məntəqəsinin açılışı oldu. Daha ətraflı »
Teqlər: Açılışlar
-
25DekAçılışlar KƏNDLƏRİMİZƏ QAZ VERİLİR üçün şərhlər bağlıdır
31 dekabr–Dünya Azərbaycanlı-larının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Köçərli kəndinə də mavi yanacaq verilib. Daha ətraflı »
Teqlər: Açılışlar
-
11DekAçılışlar BORSUNLU KƏNDİNƏ DƏ QAZ ÇƏKİLDİ üçün şərhlər bağlıdır
“Düşmənlə təmas xəttində yerləşən Borsunlu kəndində 1160 nəfər əhali yaşayır. Uzun illər yanacaq sarıdan çətinlik çəkən kənd sakinlərinin indi sevincinin həddi-hüdudu yoxdur. Çunki kəndə qaz çəkilmiş, evlərə hərarət, ocaqlara istilik gəlmişdir”. Daha ətraflı »
Teqlər: Açılışlar
-
19NoyAçılışlar DAHA BİR KƏNDƏ MAVİ YANACAQ VERİLDİ üçün şərhlər bağlıdır
Bu günlərdə rayonumuzun Yuxarı Sarıcalı kəndinə mavi qaz yanacağı verilməsinin açılışı oldu. Tədbiri giriş sözü ilə kənd icra nümayəndəsi Ramiz Zeynalov açdı. Kəndə qaz çəkilişində əməyi olan insanlara minnətdarlığını bildirdi. Daha ətraflı »
Teqlər: Açılışlar
Yeni ismarıclar