31 dekabr–Dünya Azərbaycanlı-larının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində Köçərli kəndinə də mavi yanacaq verilib.
Bu münasibətlə keçirilən toplantını Köçərli kənd İƏD üzrə nümayəndə Mübariz Yunusov açıb. Bildirib ki, məcburi köçkünlərlə (onlar 42 ailədir) birlikdə 384 ailəyə qaz çəkilib, hər bir evə sayğac qoyulub, tənzimləyici quraşdırılıb. Kənddə əhalinin sayı 2 min nəfərə yaxındır.
Toplantıda sakinlərdən Tahir Cəfərov, Saməddin Hacıyev, Gözəl Qəmbərova kəndə qaz çəkilişinə görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə, bu işdə əməyi olan hər kəsə dərin minnətdarlıqlarını bildiriblər.
Tədbirdə iştirak edən Tərtər Regional Qaz İstismarı İdarəsinin baş mühəndisi Elməddin İbrahimov kənd sakinlərinə gözaydınlığı verib. Həmçinin mavi yanacaqla ehtiyatlı davranmağı tövsiyə edib.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxışında gös-tərib ki, ölkə başçısı İlham Əliyev əhalinin sosial problemlərinin həllini vacib məsələ kimi qarşıya qoyub. Sonra o, mavi yanacaqdan həmişə xeyir işlərdə istifadə edilməsini arzulayıb.
İcra başçısı kənd ağsaqqalı Tahir Cəfərovla birlikdə mavi yanacağın açılışını bildirən məşəli alovlandırıb.
* * *
Həmin gün rayonumuzun Qaradağlı kəndinə də qaz verildi.
-
25Dek
Müəllif: Redaktor, 10:16
Teqlər: Açılışlar