Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,662
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 10Fev
    Digər Xocalı faciəsinin 25-ci ildönümü üçün şərhlər bağlıdır

    RUHUMU GÖYNƏDƏN SƏS

    1456427673_yenisumqayit.az-05photo_312061992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə azərbaycanlılara qarşı törədilmiş qanlı faciə soyqırım aktı idi.
    Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bugünədək məlum deyil.

    Qar paklığın rəmzidir. Qışın gözəlliyidir. Qışın oğlan çağı həmişə qar yağanda hər yandan, hər tərəfdən uşaqların şad səsi eşidilir. Lakin o səslərlə yanaşı mən həmişə başqa bir səs duyuram. O səs məni incidir, ruhumu göynədir.
    Bu səs iyirmi beş il öncə fevralın iyirmi beşindən iyirmi altısına keçən gecə dəhşətə məruz qalan, ahı ərşə dayanan, namusu ayaqlanan, qüruru tapdalanan qızların, gəlinlərin, ağbirçək nənələrin, beşiyindən atılan süd-əmər körpələrin ahı, fəğan səsidir. Anaların “Balam, hey” anadan ayrı düşən balaların: “Ana, ana, ay ana!!!”– çığıran iniltisi, Çingizin hönkürtüsü, harayı, həşiridir. Dağı, daşı oynadan, dərələridə əks-səda doğuran o səs məni tərk etmir. Gözlərimin önündən o dəhşətli faciə, görünməmiş mənzərə bir an olsun çəkilmir. Daha ətraflı »

    Teqlər:

  • 10Fev
    Digər “BİRİ VARDI, BİRİ YOX…!” üçün şərhlər bağlıdır

    1456336004_xoc1imagesSizə bir nağıl danışacağam, qulaq asanda ayağınızın altından yer qaçacaq, nitqiniz quruyacaq, danışmağa söz tapmayacaqsınız, Düşünən beyniniz iflic olmaq dərəcəsinə gələcək. Mən öz nağılımı söyləməklə oxuyucularımı özləri ilə baş-başa qoymaq istəyirəm.
    Günlərin bir günündə,
    gözümüzün önündə,
    Tarixin yaddaşında,
    Yayında yox, qışında,
    Hər yana çiləndi qan,
    Dağlandı Azərbaycan!
    Biri vardı, biri yoxdu, Qoca Zaman adlı uzun-uzun illəri yola salmış ahıl bir kişi vardı. Bu kişinin dörd oğlu, hər oğlunun da üç balası vardı. Dünyanı yorub yola salmış baba öz övladları ilə çox mehriban yaşayardı. Xoş günlər də görmüşdülər, qəmə də düçar olmuşdular. Hamısından da üzüağ, alnıaçıq çıxaraq həyatlarını yaşamaqda, bir-birini yaşatmaqda davam edirdilər. Daha ətraflı »

    Teqlər:

  • 10Fev
    Digər BU İL AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI ELMAN HÜSEYNOVUN 65 YAŞI TAMAM OLUR üçün şərhlər bağlıdır

    16176023_373478323011959_1334346301_n71_nAzərbaycanın Milli Qəhrəmanı, keçmiş “Tərtər Özünümüdafiə Batalyonu”nun unudulmaz komandiri, cəsur döyüşçü, Elman Hüseynovun anım günündə onun adını daşıyan küçədəki büstü önündə əziz xatirəsini yad edənlərin sırasında ailə üzvləri, rayon icra hakimiyyəti başçısı aparatının təmsilçiləri, döyüş dostları, gənclər və məktəblilər vardı.
    Al qərənfilləri böyük ehtiramla büstün önünə düzmüşdülər. Onu şəxsən tanıyanların da, tanımayanların da qəlbi sözlə dolu idi. Çünki Elman Hüseynov öz qəhrəmanlığı ilə Qarabağ müharibəsi tarixində elə bir iz qoyub ki, illər ötdükcə bu iz nəinki silinmir, əksinə, daha çox insanda fəxarət hissi oyadır.
    Qarabağ müharibəsi veteranları Suliddin Yusibov, İlham Paşayev və Rövşən Məmmədov öz çıxışlarında göstərdilər ki, Elman müəllim ömrünün ən qaynar çağında şəhidlik zirvəsinə yüksəldi. Onun vətənimizlə, ailəsi ilə bağlı çoxlu arzuları vardı. Əgər yaşasaydı, bu il Elman Hüseynovun 65 yaşı tamam olacaqdı. İndi onun bir çox arzuları yerinə yetib. Azərbaycanın çox güclü, düşməni məhv etməyə qadir olan ordusu var. Cari ilin aprel ayında torpaqlarımızın bir qismi işğaldan azad edildi. Daha ətraflı »

    Teqlər:

  • 26Yan

    Digər üçün şərhlər bağlıdır

    1484897603507056375_1000x669_8713619Həmin gün respublikada haqq-ədalətin bərqərar edilməsi tələbləri ilə çıxış edən Azərbaycan xalqının inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq məqsədilə totalitar sovet rejiminin həyata keçirdiyi terror aktı nəticəsində bəşər tarixində insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri baş verdi. Yüzlərlə günahsız insan yaralandı və qətlə yetirildi. Ən ağır sınaqlara sinə gərmək əzmini bütün dünyaya nümayiş etdirən Azərbaycan övladları 1990-cı il yanvarın 20-də xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar.

    İlham Əliyev,
    Azərbaycan Respublikasının
    Prezidenti

    Teqlər:

  • 26Yan
    Xəbərlər QANLI YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ TƏRTƏRDƏ DƏ ƏZİZ TUTULUR üçün şərhlər bağlıdır

    Изображение 025Изображение 05020 Yanvar faciəsi şəhidlərinin xatirəsinə həsr olunmuş tədbir Tərtər şəhərində ucaldılmış abidənin önündən başlandı. İnsanlar şəhidlərin əziz xatirəsini yad edib abidənin önünə gül-çiçək dəstələri qoydular.
    Tədbir iştirakçıları əvvəlcə məktəblilərin 20 Yanvar faciəsinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxdılar. Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirildi. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov məruzə ilə çıxış etdi. Bildirdi ki, Azərbaycan xalqının tarixinə “Qanlı Yanvar” faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən 27 il keçir. Sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycanda həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Daha ətraflı »

    Teqlər:

  • 26Yan
    Milli-mənəvi dəyərlər 2017-ci il “İslam Həmrəyliyi ili”dir üçün şərhlər bağlıdır

    AZƏRBAYCAN İSLAM DƏYƏRLƏRİNƏ SADİQ ÖLKƏDİR

    5656565Hər bir xalqın özünəməxsus milli-mənəvi dəyərləri olur. Bunlara həm də ictimai dəyərlər aiddir. Çünki müxtəlif cəmiyyətləri bir-birindən fərqləndirən dil, din, adət-ənənələr, milli mentalitet, mədəniyyət və s. dəyərlərdir.
    Azərbaycanın coğrafi mövqeyi, onun Şərqlə Qərb arasında körpü rolunu oynaması xalqımızda xüsusi keyfiyyətlərin formalaşmasına təsir göstərmiş, tarixən Azərbaycanda müxtəlif dinlərin, millətlərin, konfessiyaların nümayəndələrinin mehriban və dinc yanaşı yaşamasına şərait yaratmışdır.
    Bu gün, XXI əsrin əvvəlində, dünyada baş verən müharibələr, toqquşmalar, dini zəmində qarşıdurmalar fonunda xalqımıza xas olan bu multikultural dəyərlərin nə qədər önəmli olması bir daha aydın olur. Din pərdəsi altında müxtəlif radikal dini təşkilatlar müsəlman aləmində çaxnaşma yaradır, İslam dünyasını zəiflətməyə çalışırlar. Əslində bu qarşıdurmaların dinlə heç bir əlaqəsi yoxdur və bunları törədənlərin yalnız bir məqsədi var–ayrı-ayrı dövlətləri, xalqları zəiflədərək dünyada hegemonluq etmək, təbii və digər sərvətlərə yiyələnmək. Nəticədə günahsız insanlar ölür, ev-eşiklərini tərk edərək qaçqınlıq həyatı yaşamağa məcbur olurlar. Daha ətraflı »

    Teqlər:

  • 26Yan
    Xəbərlər İnzibati Ərazi Dairələrində hesabat yığıncaqları üçün şərhlər bağlıdır

    İL İLDƏN UĞURLU GƏLİR

    Изображение 136 (Копировать)Изображение 108Tərtər Rayon İcra Hakimiyyəti Başçısının Hacıqərvənd kənd İƏD üzrə nümayəndəsi Vəli Əliyev ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağındakı məruzəsində bildirdi ki, bizim nümayəndəliyin ərazisi 1271 hektar, əhalisinin sayı 2891 nəfərdir. Ailə təsərrüfatlarının sayı 696-dır. Ərazidə 62 məcburi köçkün və qaçqın ailəsi məskunlaşıb və bu ailələr 247 nəfəri əhatə edir. Ərazidə 624 yerlik tam orta məktəb, 75 yerlik körpələr evi-uşaq bağçası, həkim məntəqəsi, mədəniyyət evi, klub, kitabxana, poçt-rabitə şöbəsi, müasir tipli elektron avtomat telefon stansiyası fəaliyyət göstərir.
    Ərazidə 960 hektar əkin sahəsi var. Bunun 480 hektarı payızlıq əkinlərdir. Daha ətraflı »

    Teqlər:

  • 26Yan
    Digər TƏMAS XƏTTİNDƏ MONİTORİNQ üçün şərhlər bağlıdır

    Изображение 016Изображение 025ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 24-də Tərtər rayonunun Qapanlı kəndi yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində monitorinq keçirilib. Monitorinqdən əvvəl ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Saymon Tiller və Piter Şvedberq Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədovla görüşüblər. Görüşdə rayon rəhbəri nümayəndələrə təmas xəttindəki mövcud vəziyyət haqqında ətraflı məlumat verib.
    Monitorinq insidentsiz başa çatıb.

    Teqlər:

  • 26Yan
    Xəbərlər “GÖMRÜK VƏ GƏNC NƏSİL” üçün şərhlər bağlıdır

    DSC_3202 (Копировать)Изображение 130Rayon Gənclər Mərkəzində Yevlax Gömrük İdarəsi tərəfindən “Gömrük və gənc nəsil” mövzusunda tədbir keçirildi.
    Azərbaycan Respublikası Gömrük Xidmətinin yaradılmasının 25 illik yubileyi ilə bağlı təşkil olunan tədbirdə həmin idarənin əməkdaşları–Nurlan Nuruyev, Ramil Mədətov və Xətai Məmmədli iştirak ediblər.
    Tədbirdə Azərbaycan Respublikasının Ümummilli Lideri, Azərbaycan dövlətçiliyinin və müstəqilliyinin banisi Heydər Əliyevin gömrük işinin təşkil edilməsi sahəsindəki xidmətlərindən ətraflı məlumat verildi. Qeyd edildi ki, məhz bu dahi şəxsiyyətin rəhbərliyi altında ölkəmizin milli gömrük siyasəti formalaşmış, onun qanunvericilik bazası yaradılmış, müasir avadanlıqlar və texniki vasitələrlə təchiz olunmuş, dünya standartlarına cavab verən gömrük sistemi yaradılmışdır. Daha sonra natiqlər Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş gömrük siyasətinin onun layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox uğurla həyata keçirildiyini bildirdilər. Daha ətraflı »

    Teqlər:

  • 26Yan
    Xəbərlər ORDU İLƏ ƏHALİNİN BİRLİYİ ŞƏRAİTİNDƏ üçün şərhlər bağlıdır

    Изображение 169Изображение 185Cəbhə xəttinin lap yaxınlığında yaşayan Qaraağacı, Qaradağlı və Qapanlı kəndlərini birləşdirən Qaraağacı kənd İƏD-də keçirilən hesabat yığıncağında öncə aprel hadisələri zamanı bu kəndlərdə mülki əhalinin hərbçilərimizlə sıx birliyindən danışıldı. Qeyd olundu ki, may ayında Prezident İlham Əliyevin Mehriban xanımla birlikdə Qapanlı kəndinə gəlməsi, sakinlərlə səmimi görüşü, onların qayğıları ilə maraqlanması və bunların həlli üçün görülən işlər insanlarda ruh yüksəkliyi yaratdı.
    Qaraağacı kənd İƏD üzrə nümayəndə Lətif Həmidovun illik hesabat məruzəsində bütün bunlar haqqında ətraflı söhbət getdi. Bu münasibətlə keçirilən yığıncaqda qeyd olunub ki, düşmənlərin bütün təxribatlarına baxmayaraq, ərazidə yerləşən kəndlərin sakinləri dinc quruculuq işləri ilə, əkin-biçinlə məşğul olurlar.
    Hesabat məruzəsində göstərildi ki, aprel hadisələri zamanı nümayəndəliyin ərazisində bir neçə evə dəymiş ziyan tez bir zamanda dövlət vəsaiti hesabına aradan qaldırılıdı. Daha ətraflı »

    Teqlər: