10Fev
UĞURLARIN MƏRKƏZİNDƏ AZƏRBAYCAN VƏTƏNDAŞI DAYANIR
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasına həsr olunan XIV konfransda Prezident İlham Əliyev bildirmişdir ki, bütün obyektiv çətinliklərə baxmayaraq, 2016-cı ildə Azərbaycan iqtisadiyyatı inkişaf etmiş və bütün əsas vəzifələr icra olunmuşdur. Dövlət başçısı qeyd etmişdir ki, xüsusilə bölgələrdə aparılan işlər öz dinamikasını saxlamışdır. Keçən il bölgələrdə çox böyük işlər görülmüşdür. Prezident demişdir: “Regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bölgələrimizin simasını dəyişdirmişdir… Proqramların məqsədi məhz ondan ibarətdir ki, bütün mövcud problemlər, insanları narahat edən sosial məsələlər öz həllini tapsın. Bizim proqramlarımız çox konkretdir. Qarşıya çox konkret hədəflər qoyulur və deyə bilərəm ki, həm birinci, həm də ikinci proqram artıqlaması ilə və uğurla icra edilmişdir. Əminəm ki, üçüncü proqramın taleyi də eyni olacaq”.
Ölkə başçısının təşəbbüsü ilə 2004-cü ildə I Dövlət Proqramının qəbul edilməsi xalqımızın həyatında tarixi hadisə idi. Məhz bu proqram çərçivəsində bölgələrdə infrastruktur layihələrin icrasına başlanıldı, geniş quruculuq-abadlıq işləri görüldü, regionlarımızın siması gözəlləşdi. Daha ətraflı »
Teqlər: Digər
10Fev

Azərbaycan Prezidenti İlham Əliyevin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpa olunması ilə bağlı sərəncamı Tərtər rayonunun sakinləri tərəfindən də ruh yüksəkliyi ilə qarşılanıb. Illər uzunu düşməlnə üz-üzə yaşayan insanlar inanırlar ki, bu gün erməni tapdağı altında olan bütün torpaqlarımıza qayıdacağımız gün uzaqda deyil.
Cocuq Mərcanlı kəndi Cəbrayıl rayonunun işğaldan azad edilmiş yeganə yaşayış məntəqəsidir. Bu kənd 1993-cü ilin oktyabrında ermənilər tərəfindən işğal olunmuşdur. Ulu Öndər Heydər Əliyevin döyüş bölgəsinə gedərək orduda güclü ruh yüksəkliyi yaratması nəticəsində 1994-cü il yanvarın 6-na kimi davam edən uğurlu Horadiz əməliyyatı zamanı bir gecədə 22 kəndlə birgə Cəbrayılın Cocuq Mərcanlı kəndi də işğaldan azad edildi. Lakin ətraf yüksəkliklərin düşmən nəzarətində olmasından kənddə yaşamaq mümkün deyildi. Ötən ilin aprel ayında Azərbaycan Ordusu düşmən təxribatının qarşısını alaraq əks hücumla min hektarlarla ərazini işğaldan azad etdi. Həmin əməliyyatlar zamanı ordumuzun strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində Cocuq Mərcanlı kəndinin ərazisi tamamilə Azərbaycan ordusunun nəzarətinə keçdi. Daha ətraflı »
Teqlər: Digər
10Fev
MƏCBURİ KÖÇKÜNLƏR VƏ ONLARA BƏRABƏR TUTULAN ŞƏXSLƏR ÜÇÜN YEMƏK XƏRCİ MÜAVİNƏTİ, HABELƏ KOMMUNAL VƏ DİGƏR XİDMƏTLƏR ÜZRƏ DÖVLƏT BÜDCƏSİNDƏN ÖDƏNİŞLƏR ƏVƏZİNƏ VAHİD AYLIQ MÜAVİNƏTİN ÖDƏNİLMƏSİ
QAYDASI
Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.
1. Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə verilir:
1.1. ərazisi işğal olunmuş rayonda yaşayış yeri üzrə qeydiyyatda olub, respublika ərazisində yaşayan, “məcburi köçkün” statusuna malik olan şəxslərə (bu Qaydanın 2-ci hissəsində nəzərdə tutulan şəxslər istisna olmaqla);
1.2. hər iki valideyni “məcburi köçkün” statusuna malik olan uşaqlara;
1.3. “məcburi köçkün” statusuna malik olan valideynlərindən birini və ya hər ikisini itirmiş, həmin valideynlər arasında nikah pozulduğu halda onlardan birinin himayəsində olan, yaxud həmin valideynlərin himayəsindən məhrum olmuş uşaqlara (belə uşaqların adından yalnız himayəsində olduqları valideyn, onların qəyyumları və ya himayəçiləri çıxış edirlər); Daha ətraflı »
Teqlər: Sosial
10Fev
GÖRÜLƏN İŞLƏRƏ GÖRƏ ARXAYINLAŞMAMALIYIQ

Tərtər şəhəri İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyin 2016-cı ildə gördüyü işlər barədə illik hesabat yığıncağı keçirildi. Şəhər icra nümayəndəsi Sahib Həsənov məruzəsində göstərdi ki” 2014-2018-ci illərdə Azərbaycan Respublikasi regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq şəhərimizdə aparılan tikinti-quruculuq və abadlıq işləri qənaətbəxş olmuşdur. Sosial problemlərin həll olunması möhtərəm Prezidentimiz İlham Əliyevin ötən il Tərtərə xanımı ilə iki dəfə gəlişi, Tərtərə və tərtərlilərə göstərilən yüksək qayğının bariz mümunəsidir.
Ötən il Tərtər şəhərinə yeni su və kanalizasiya xətləri çəkilmiş, sayğaçlar quraşdılılmışdır. Hazırda əhali 24 saat fasiləsiz icməli su ilə təmin edilir.
Şəhər mərkəzinin qaz təchizatını yaxşılaşdırmaq məqsədi ilə bəzi xətlərdə yeni qaz tənzimləyiciləri quraşdırılmışdır.
II ərzində şəhərin məişət tullantılarının təmizlənməsi işinə 97 min 424 manat vəsait sərf edilmişdir. Ərazilərin süpürülməsinə 42 min 240 manat, 3990 p/m açıq kanalizasiya xətlərinin təmiz saxlanılması üçün 74 min 693 manat, 4,5 hektar yaşıllıq sahələrinə qulluq üçün 11 min 583 manat vəsait xərclənmişdir. Daha ətraflı »
Teqlər: Xəbərlər
10Fev

Sarov, Rəcəbli Kovdadıq və Bildirçinli kəndlərini əhatə edən Sarov kənd İnzibati Ərazi Dairəsində də 2016-cı ildə bəzi müsbət nəticələr əldə olunub. Hesabat yığıncağında bu barədə nümayəndə əvəzi Telman Paşayevin məruzəsi dinlənilib. Qeyd edilib ki, ötən il Sarov kəndi qazla təmin olunub. Bildirçinli, Kovdadıq, Umudlu, Rəcəbli kəndlərinə də yaxın günlərdə qaz çəkilişinə başlanacaqdır.
Əhalinin suya olan ehtiyacını ödəmək məqsədilə ərazidə bir subartezian quyusu qazılıb, istifadəyə verilmişdir.
Buna baxmayaraq, ermənilər tərəfindən Sərsəng Su Anbarından lazım olan zamanlar arxlara su buraxılmadığına görə sakinlər bitkiçilikdə nəzərdə tutduqları məhsuldarlığı əldə edə bilmirlər. Belə ki, 2016-cı ildə Sarov kənd İƏD üzrə nümayəndəlyin ərazisində 1045 ton taxıl, 430 ton arpa, 109 ton kartof, 55 ton günəbaxan, 25 ton şəkər çuğunduru, 113 ton pambıq, 2 ton lobya, 9 ton qarğıdalı, 222 ton tərəvəz, 272 ton meyvə və 160 kq barama istehsal olunmuşdur ki, bunlar da gözlənildiyindən azdır. Daha ətraflı »
Teqlər: Xəbərlər
10Fev
HƏR SAHƏDƏ FƏALLIQ GÖSTƏRİLİR

2 fevral–gənclər günü münasibəti ilə keçirilən tədbirin iştirakçıları Ulu Öndərin mərkəzi meydandakı abidəsini ziyarət etmiş, gül dəstələri düzmüşlər. Rayon mədəniyyət evinin foyesində gənclərin əl işlərindən ibarət sərgi maraqla qarşılanmışdır. Sonra tədbir rayon mədəniyyət evinin geniş zalında davam etdirilmişdir.
Gənclər və idman idarəsinin rəisi Emin Pənahov məruzəsində qeyd etmişdir ki, hazırda bütün sahələrdə fəallıqları ilə seçilən gənclər cəmiyyətin məsul və şərəfli yükünü öz çiyinlərində daşıyırlar.
Bu gün Tərtər rayonunun əhalisinin 20 faizə yaxınını gənclər təşkil edir.
İdarə rəisi sonra göstərmişdir ki, ötən il gənclər sahəsi üzrə 42, idman sahəsi üzrə 38 tədbir keçirilmişdir ki, həmin təbirlərdə 8438 nəfər gənc iştirak etmişdir.
Məruzədə rayon gənclərindən ətraflı bəhs olunmuşdur. Daha ətraflı »
10Fev
Ulu Öndər Heydər Əliyevin Prezidentliyi dövründə ölkə gəncləri onun diqqət və qayğısını daim öz üzərlərində hiss etmişlər. 1996-cı il fevralın 2-də Heydər Əliyevin dəstəyi ilə gənclərin 1-ci forumu keçirildi, 1997-ci ildən isə onun sərəncamı ilə 2 fevral Gənclər Günü kimi qeyd olunmağa başlamışdır.
2 fevral–Gənclər Günü ilə əlaqədar Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahovla görüşüb söhbət etdik.
–Gənclər siyasəti dedikdə biz nə düşünməliyik?
–Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasəti dedikdə Azərbaycanın müstəqilliyinin daha da möhkəmləndirilməsində, ölkəmizin siyasi-iqtisadi yüksəlişində, elmin, səhiyyə və mədəniyyətin inkişafında, milli-mənəvi dəyərlərimizin yaşadılmasında, tolerantlığın və multikulturalizmin genişləndirilməsində, bir sözlə, bütün istiqamətlərdə intellektual potensialın gücləndirilməsində Azərbaycan gəncliyinin rolu başa düşülməlidir. Bu siyasi kurs bu gün ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə rəhbəri həyata keçirdiyi gənclər siyasəti Azərbaycan gəncliyinin inki-şafına təkan verir. Daha ətraflı »
Teqlər: Digər
10Fev

Tədbirdə Tərtər Rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov məruzə ilə çıxış etdi. Bildirdi ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi islahatlar, quruculuq siyasətində gənclərə xüsusi yer ayrılıb. Beynəlxalq miqyaslı kütləvi idman və elm yarışlarında Azərbaycanın Bayrağını yüksəklərə qaldıran da gənclərimizdir. Təbii ki, bu uğurların kökündə Azərbaycan gənclərinə dövlət səviyyəsində göstərilən xüsusi qayğı dayanır.
1994-cü ildə Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. 1997-cı ildə Ümummilli Liderin sərəncamı ilə 2 fevral Gənclər Günü kimi Azərbaycanın tarixinə düşdü. Bu, Ulu Öndərin gəncliyə göstərdiyi diqqət və qayğının daha bir nümunəsi idi. Daha ətraflı »
Teqlər: Xəbərlər
10Fev
Mehriban və Bağışlayan Allahın adı ilə!

Sevimli Peyğəmbərimiz Hz. Muhəmməd (s) buyurur: “xəstələnməmiş sağlamlığın, qocalmamış cavanlığın, o dünyaya getməmiş bu dünyanın qədrini bilin!”
Böyük yunan filosofu Platondan (Şərqdə Əflatun deyirlər) insanların əməlləri barədə soruşduqda belə cavab vermişdi: “İnsan uşaq olarkən tez böyüməyə can atar, böyüdükdən sonra isə uşaqlığı üçün darıxar. İnsan əvvəl pul qazanmaq üçün sağlamlığını qurban verər, sonra da sağlamlığı qazanmaq üçün pulunu. İnsan heç ölməyəcəkmiş kimi yaşayar, sonra da yaşamamış kimi ölər. Insan yaxşı həyat yaşamaq üçün o qədər vaxt sərf edər ki, yaşamağa vaxtı qalmaz. Insan sabahı o qədər düşünər ki, bu günün əlindən getdiyini hiss etməz. Halbuki həyat dünən və sabah deyil, bu gündür!”
Bəli, həm Hz. Peyğəmbərin (s) və həm də bütün dahilərin tövsiyəsi budur ki, hər bir əməli, işi öz vaxtında etmək lazımdı, əsasən də gənclərimiz, cavanlarımız öz qüdrətli enerjilərindən elm, bilik öyrənməyə xərcləməlidirlər. Daha ətraflı »
Teqlər: Milli-mənəvi dəyərlər
10Fev
Bizə yazırlar

Son illər şəhərimiz çox gözəlləşib. Yaşıllıqların sayı artıb.
Bəs biz bu gözəl şəhərin sakinləri olaraq onun gözəlliyi üçün nəsə edirikmi? Təəssüf ki, yox. Əksinə, 1-2 gün küçələr təmizlənməsə, zibil əlindən tərpənmək olmaz. Ətrafa ən çox atılan isə siqaret qutularıdır.
Bu hərəkətlərimizlə uşaqlara hansı nümunəni göstəririk? Buna görədir ki, bəzən şəhər parkına əylənməyə gələn uşaqlar əllərindəki konfet kağızlarını, su qablarını hara gəldi tullayır, bununla da təbiətin gözəlliyinə nə qədər ziyan vurduqları barədə düşünmürlər.
Amma düşünmək lazımdır. Özü də böyüklü kiçikli. Çünki bu, öz xeyrimizədir.
Səbuhi Kərimov,
şəhər sakini
Teqlər: Digər
Yeni ismarıclar