Seydimli kənd İƏD üzrə nümayəndəliyin ötən ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
Tədbiri giriş sözü ilə açan Seydimli kənd İƏD üzrə nümayəndə Nərmin Vəliyeva məruzə etdi.
Məruzəçi görülən işlərlə yanaşı, kənddə olan problemlərdən də danışdı. Göstərdi ki, kənddə elektrik xətlərinin və dirəklərinin yenisi ilə əvəz olunmasına, suvarma üçün 2 ədəd subartezian quyusunun qazılmasına, kəndarası yolların təmirinə ehtiyac var.
Məruzə ətrafında bələdiyyə sədri Mədinə İmanova, tam orta məktəbin direktoru Nurəddin İbrahimov, körpələr evi-uşaq bağçasının müdiri Hicran Hüseynova, kənd ağsaqqalı Sayəddin Musayev və həkim məntəqəsinin müdiri Məlahət Hüseynova çıxış etdilər.
Seydimli kənd İƏD üzrə nümayəndəliyin hesabat yığıncağında iştirak edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun sosial-iqtisadi inkişafından, həyata keçirilən məqsədyönlü tədbirlərdən, qarşıda duran vəzifələrdən danışdı, ölkə rəhbərinə Tərtərə göstərdiyi diqqət və qayğıya görə sakinlər adından minnətdarlığını bildirdi.
“Yeni Tərtər”