TƏRTƏR ŞƏHƏRİNİN SAKİNLƏRİNƏ TƏMİZ İÇMƏLİ SU VERİLƏCƏK VƏ EYNİ ZAMANDA, KANALİZASİYA XƏTLƏRİ DƏ TAM İSTİSMARA HAZIRDIR . GƏLƏCƏK MƏRHƏLƏDƏ ƏTRAF KƏNDLƏRƏ DƏ İÇMƏLİ SU VERİLƏCƏK.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Sevindirici haldır ki, rayon üzrə 2017-ci ildə pambıqçılıqdan 5,5 milyon manat, şəkər çuğundurundan 4,5 milyon manat, günəbaxandan 3 milyon manat gəlir əldə olunmuşdur. Bu da əhalinin rifah halının yüksəlməsinə təkan vermişdir.
2017-ci ildə 31,1 hektar yeni salınmış meyvə bağları və giləmeyvə əkmələri də nəzərə alınmaqla, 1257,8 hektar, o cümlədən, bar verən yaşda 1078,7 hektar meyvə bağları və giləmeyvə əkmələri mövcud olmuşdur ki, həmin meyvə bağlarından 9193,4 ton meyvə və gilə-meyvə toplanmışdır. Rayonda 10,3 hektar sahədə xurma, 5,4 hektar sahədə fındıq, 3,4 hektar sahədə qoz bağları salınmışdır.
Keçən ilin payızında 2018-ci ilin məhsulu üçün 12 min 406,3 hektar sahədə səpin aparılmışdır.
Rayonda heyvandarlığın inkişafını təmin etmək üçün təsərrüfatlarda 8293,5 hektar yem bitkiləri əkilmişdir.
Bundan başqa rayonun təsərrüfatlarında 1 milyon 641 min 290 ədəd meyvə və 344 min ədəd dekorativ bitki tingləri yetişdirilmişdir.
Rayonda 330,1 hektar sahədə təkrar əkin aparılmışdır.
Dövr ərzində 46 kümçüyə istehsal etdikləri 4526,5 kq baramaya görə 22,6 min manat, əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq, motor yağlarına və buğda əkininə görə 6364 istehsalçıya 16 min 565,65 hektar becərilən sahəyə görə 1 milyon 10,6 min manat, 149 istehsalçıya 292,9 hektar təkrar becərilən sahəyə görə 14,6 min manat, süni mayalanma yolu ilə doğulan 403 baş buzova görə 40,3 min manat dövlət büdcəsi hesabına subsidiya verilmişdir.
Rayonda kənd təsərrüfatı məhsullarını daha da inkişaf etdirmək üçün əhaliyə kömək məqsədi ilə 272,5 min manat dəyərində 1703 ton mineral gübrələr güzəştli şərtlərlə verilmişdir.
İl ərzində xüsusi təhlükəli və karantin tətbiq edilən zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin aparılması məqsədi ilə Bitki Mühafizə Mərkəzinə 105 kiloqram-litr pestisid gətirilmiş və 4809,5 hektar sahədə mübarizə tədbirləri aparılmışdır.
Bakı şəhərinin yarmarkalarına fermerlər və sahibkarlar tərəfindən 14,4 ton ət, 5,2 ton süd məhsulları, 105,6 ton meyvə-tərəvəz, 38400 ədəd yumurta, 11 min ədəd meyvə tingləri və digər kənd təsərrüfatı məhsulları göndərilərək satılmışdır.
Rayonda 1 yanvar 2018-ci il tarixə 27 min 367 baş iribuynuzlu mal-qara, 60 min 351 baş xırda-buynuzlu heyvan olmuşdur. Əvvəlki illə müqayisədə iribuynuzlu mal-qaranın baş sayı 590 baş artmışdır. 2017-ci ildə diri çəkidə 2869,3 ton ət, 21 min 629,9 ton süd, 7 milyon 950 min ədəd yumurta, 131,2 ton yun istehsal olunmuşdur.
Ötən illə müqayisədə ət istehsalı 2,8 faiz, süd istehsalı 7,5 faiz, yumurta istehsalı 1,7 faiz, yun istehsalı 5,3 faiz artmışdır.
“…Tərtər zəhmətkeşlərinin təcrübəsi digər bölgələrdə də tətbiq olunmalıdır… Ona görə burada görülən aqrotexniki tədbirlər, suvarma və texnikadan istifadə ilə bağlı təcrübə gərək təhlil edilsin və məhsuldarlığı az olan rayonlara tövsiyə kimi göndərilsin”. Möhtərəm Prezidentimizin bu tapşırığı rayon zəhmətkeşlərinin əmək fəallığının qat-qat artmasına yeni təkan vermişdir.
Əhalinin sosial müdafiəsi məsələləri
Hesabat ilində Dövlət Sosial Müdafiə Fondunun Tərtər Rayon Şöbəsi 9966 pensiyaçıya xidmət göstərmişdir. Onun 9855 nəfərini işləməyən, 1011 nəfərini isə işləyən pensiyaçılar təşkil etmişdir.
Pensiyaların sığorta hissəsi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2016-cı il üçün müəyyən etdiyi inflyasya faizinə (12,4%) uyğun olaraq artırılmışdır. Artım rayon üzrə 9920 nəfərə şamil olunmuşdur.
Şöbə üzrə 3735 nəfər sosial müavinət, 772 nəfər isə Prezident təqaüdü almışdır. 51 nəfər tənha və kimsəsiz qocaya xidmət göstərilmişdir.
Bu günə kimi rayon üzrə 120 Qarabağ əlilinə minik avtomobili, 100 nəfər Qarabağ əlilinə və şəhid ailə-sinə çoxmərtəbəli yaşayış binalarında mənzil, 30 nəfərə isə fərdi ev tikilib verilmişdir.
“Azərsığorta” Şirkətinin Tərtər rayon filialı üzrə əhali arasında aparılan sığortalar üzrə 2017-ci ildə verilmiş 100 min manat tapşırığa qarşı 104,2 min manat və ya 104,2 faiz, şəxsi sığorta (bədbəxt hadisələrdən) üzrə 35 min manat tapşırığa qarşı 37,2 min manat və ya 106,3 faiz, nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyət sığortası üzrə 25 min manat tapşırığa qarşı 48,2 min manat və ya 193 faiz, daşınmaz əmlak və ya qeyri-daşınmaz əmlakın icbari sığortası üzrə 15 min manat tapşırığa qarşı 1,3 min manat və ya 8,6 faiz, əmlakın yanğından və digər risklərdən sığortası üzrə 25 min manat tapşırığa qarşı 17,5 min manat və ya 69,9 faiz icra olunmuşdur. Bu sahədə son illər irəliləyiş olsa da, filialın rəhbərliyi əhali arasında maarifləndirmə işlərini bundan sonra da davam etdirməlidir.
Əhalinin məşğulluğu məsələləri sahəsində aparılan işlər hesabat dövründə diqqət mərkəzində saxlanılmış, 1406 nəfər işaxtaran vətəndaşdan 390 nəfəri işlə təmin olunmuşdur. Həmin vətəndaşlardan 199 nəfəri yeni açılmış iş yerlərində işlə təmin olunmuşlar.
Mərkəzdə qeydiyyatda olan 18 aztəminatlı ailə özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin olunmuşdur.
Keçən ilin sentyabr ayının 8-də rayonda işaxtaran və işsiz vətəndaşların məşğulluğunu təmin etmək məqsədilə növbəti “Əmək Yarmarkası” keçirilmişdir. Yarmarkaya çıxarılmış 168 boş iş yerlərində 50 nəfər öz peşə və ixtisasına görə daimi işlə təmin edilmişdir. İşaxtaran kimi qeydiyyatda olan 65 nəfərə işsizlik statusu verilmiş və 72 nəfərə işsizlik müavinəti təyin
olunmuşdur. Hazırda qeydə alınmış işsizlərin sayı 291 nəfərdir ki, onların 99 nəfərini qadınlar, 218 nəfərini gənclər təşkil edir.
Rabitə xidmətini daha da yaxşılaşdırmaq məqsədilə də hesabat ilində bir sıra tədbirlər görülmüşdür. Tərtər Telekommunikasiya Qovşağı 3008 nömrə tutumu olan 1 mərkəzi EATS, 6112 nömrə tutumu olan 28 kənd EATS-i və 20 nömrə tutumu olan 5 yaşayış məntəqəsini əhatə edən Peyk avadanlığı ilə, ümumilikdə 9140 nömrə ilə rayon əhalisinə xidmət etmişdir. Evlərə 249 ədəd telefon xətti çəkilmişdir.
Şıxarx qəsəbəsində yeni 1056 nömrəlik NGN tipli EATS quraşdırılmış və istifadəyə verilmişdir.
216 portluq əlavə internet avadanlığı quraşdırılmış və internet istifadəçilərinin sayı “Aztelekom”net üzrə 2665 abonentə, özəl pravayderlər üzrə isə 428 abonentə çatdırılmışdır. Ümumilikdə rayonda 3093 internet istifadəçisi vardır.
Poçt filialında il ərzində nəzərdə tutulmuş 186,8 min manat plana qarşı 250,3 min manatlıq xidmət göstərilərək, tapşırıq 133,9 faiz yerinə yetirilmişdir.
Rayonun qaz təchizatını yaxşılaşdırmaq məqsədilə 2017-ci ildə rayonun Qaradağlı, Təzəkənd, Poladlı, Balakəngərli və Cəmilli kəndlərində 5 ədəd qaz tənzimləyici məntəqə quraşdırılmışdır.
Əvvəlki illərdə olduğu kimi rayonda əhalinin mavi yanacaqla təmin olunması üçün işlər davam etdirilmişdir. Məlum olduğu kimi, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, rayonumuzun yaşayış məntəqələrinə qaz çəkilişi işləri uğurla aparılmış, yaşayış məntəqələrinin 97 faizi qazlaşdırılmışdır. Möhtərəm Prezidentin rayonumuza səfəri zamanı verdiyi tapşırığa əsasən, 2018-ci ilin sonunadək bütün yaşayış məntəqələrinə qaz verilişi təmin olunacaqdır.
Hesabat ilində 36/6 kv-luq Tərtər yarımstansiyasından çıxan hava xətlərinin 110/35/9 kv-luq Tərtər yarımstansiyasına köçürülməsi başa çatmış, yeni cihazlar quraşdırılmış, mühafizə kabelləri dəyişdirilmişdir.
Bununla yanaşı 26 ədəd transformator təmir edilmiş, 10 ədəd dolaqları yanmış transformator yenisi ilə əvəz edilmiş, “Azərişıq” ASC tərəfindən Tərtər şəhərində 9 ədəd, Hacıqərvənd kəndində 6 ədəd, Köçərli kəndində 1 ədəd müasir tipli transformator quraşdırılmışdır.
35/10 kv-luq Sarıcalı yarımstansiyası investisiya proqramı çərçivəsində müasir tələblərə cavab verən səviyyədə yenidən qurulmuş, 2 ədəd 10 mva transformator quraşdırılmış və istifadəyə verilmişdir. 35/10 kv-luq İsmayılbəyli yarımstansiyasında 1×2.5 mva transformator quraşdırılmış, yarımstansiyadan çıxan naqillər dəyişdirilmişdir.
Hesabat dövründə rayonda 10 kv-luq hava xətlərində 141 dayaq, 4200 metr naqil dəyişdirilmişdir. 0,4 kv-luq hava xəttində 252 dayaq və 10381 metr qüsurlu naqil dəyişdirilmiş, 5117 metr naqil kabellə əvəz edilmişdir.
Tərtər elektrik şəbəkəsi üçün müasir tələblərə cavab verən yeni inzibati bina tikilib istifadəyə verilmişdir.
Məlum olduğu kimi 2016-cı ildə möhtərəm Prezidentin xeyir-duası ilə Tərtər şəhərinin içməli su və kanalizasiya sistemi istifadəyə verilmişdir. Layihənin davamı olaraq Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Tərtər rayonunun 18 min 440 nəfərin yaşadığı 11 kəndində (Səhlabad, Əskipara, Düyərli, Yuxarı Sarıcalı, Qaraağacı, İsmayılbəyli, Yeni-kənd, Seydimli, Hacıqərvənd, Buruc, Cəmilli) əhalinin işməli su təminatının yaxşılaşdırılması məq-sədilə 38,9 km yeni içməli su xətti çəkilmiş və 100 ədəd su bulaqları quraşdırılmışdır. 10 kənddə bu işlər tamamlanmış və istifadəyə verilmiş, Cəmilli kəndində isə son tamamlama işləri aparılır, yaxın vaxtlarda əhalinin istifadəsinə veriləcəkdir.
Mənzil istehsalat təmir istismar sahəsi 4100 nəfər şəhər əhalisinin yaşadığı 1239 mənzili olan 103 çoxmərtəbəli yaşayış binalarına xidmət göstərmiş, il ərzində 22,9 min manat kommunal xidmət haqqı yığmışdır. Bu sahədə son illər xeyli işlər görülsə də, nöqsan və çatışmazlıqlar da mövcuddur. Belə ki, binaların həyətlərində səliqə-sahman işləri vaxtlı-vaxtında aparılmır. İdarənin rəhbərliyi işdəki nöqsanların tamamilə aradan qaldırılması, əhaliyə xidmət işinin günün tələbləri səviyyəsində qurulması üçün lazımi tədbirlər həyata keçirməlidir.