Ötən il bizim Qapanlı kəndi ərazisində “Toxmaq yeri” adlanan sahədə yeni subartezian quyusu vuruldu. Bundan sonra suvarma zamanı yaranan çətinliklər aradan qalxdı. Hazırda həmin sahədə həmkəndlim Ərşad Ərşadlı ilə birlikdə 5 hektar pambıq, 3 hektar şəkər çuğunduru, 2 hektar sorqo (süpürgə) əkmişik.
Indiyədək sahələrdə 3 becərmə, 3 suvarma aparmışıq. Pambıq və çuğundur sahələrində ziyanvericilərə qarşı dərmanlama tədbirləri görmüşük. Bitkilərə yemləmə gübrəsi vermişik.
Işlərimiz yaxşıdır. İnanırıq ki, çəkdiyimiz zəhmət bəhrəsini verəcək
Surxay Zeynalov,
Qapanlı kəndində torpaq mülkiyətçisi


Xurma bağlarında məhsul yığımına hələ bir neçə ay qalıb. Amma bağların indiki vəziyyəti deməyə əsas verir ki, bu il tərtərli bağbanlar nəinki rayon əhalisini bu qiymətli meyvələrlə təmin edəcək, eləcə də xarici bazarlarda “Made in Azerbaijan” brendi layiqincə təmsil olunacaq.
Tikinti
Biz qloballaşan dünyada yaşayırıq. Qloballaşma obyektiv tarixi zərurətdən yaranır. Yəni bəşəriyyət elə bir məqama çatıb ki, qarşısına çıxan nəhəng problemləri bir və ya bir neçə dövlətin gücü ilə həll etməyə qadir deyil. Belə ümumbəşəri problemlər adekvat olaraq məhz ümumbəşəri güclə həll edilməlidir. Onların sırasına ekoloji problemlər, fəlakətlər (antropogen, texnogen və təbii), xəstəliklərlə mübarizə (şəkər, xərçəng, QİÇS), narkomaniya, qlobal istiləşmə, həmçinin kosmosun tədqiqi, nəhəng iqtisadi layihələr və s. daxildir.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən güclü vasitədir. Ana dili! Nə qədər möhtəşəm, nə qədər müqəddəs, əzəmətli bir qüvvə!
Vətənpərvərlik hissi insana ta uşaqlıqdan aşılanır. Evin içindən–atadan, anadan başlayan sevgi xalqla, vətənlə yaşanır, əbədiləşir. Hər birimiz doğmalarımızın sevgisindən, isti ocağımızdan hərarət alıb doğma evimizdən, həyətimizdən ayrıla bilmirik. Sonra bağçada, məktəbdə müəllimlərimizdən öyrəndiklərimiz–dilimizin əlifbasını, mədəni və milli adətlərimizi mənimsəyərək sevməyə başlayırıq. Daha sonra yaşadığımız torpağın-yurdun sahi binə çevrilərək onu qorumağa çalışırıq. Bu da bizdə vətənpərvərlik hissinə çevrilərək qanımıza, canımıza hopur. Oluruq vətənin vətəndaşı və sonra isə Vətən daşı. Vətən daşı olmaq üçün isə vətənə qəlbən vurğunluq lazımdır. Məlumdur ki, torpaqlarımızın 20%-i işğal altındadır. 25 ildir Vətən torpaqları öz vətəndaşının yo-lunu gözləyir.
Bu ilin 6 ayının yekunları məni sevindirir. Nazirlər Kabinetinin iclası, o cümlədən xalqa verilən hesabatdır. Biz bunu müntəzəm olaraq edirik. Eyni zamanda, verdiyim tapşırıqlar yerinə yetirilməlidir ki, biz müsbət dinamikanı daha da artıraq.
HUMANİZM PRİNSİPLƏRİNİN BƏRQƏRAR EDİLMƏSİNƏ TÖHFƏ VERƏN ÖLKƏ
Yeni ismarıclar