“Gənclərin milli vətənpərvərlik tərbiyəsi” mövzusunda keçirilən tədbiri giriş sözü ilə Tərtər Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Rauf Məcidov açdı.
Sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Veteranlar Şurasının sədri, ehtiyatda olan polis polkovniki Fərhad Süleymanov “Gənclərin milli vətənpərvərlik tərbiyəsi” mövzusunda məruzə ilə çıxış etdi.
Mövzu ilə bağlı Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi rayon şöbəsinin sədri Suliddin Yusibov, polis veteranları Həsənağa Bayramov, Nəriman Sadıqov, Daxili İşlər Nazirliyi Veteranlar Şurası Tərtər Rayon Təşkilatının sədri Qeys Qəhrəmanov, Daxili İşlər Nazirliyinin şəxsi heyətlə işlər idarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Elxan Mürsəlov ətraflı danışdılar.
“Vətənpərvərlik nədir?” sualına Umudlu kənd tam orta məktəbinin XI sinif şagirdi Əli Cabbarlının verdiyi cavabı alqışlarla qarşıladılar.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Abbas Cavadov iştirak etdi.
“Yeni Tərtər”