Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 21İyn

    952bd1afb5e27e09b2b247e3a817f1e8Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin (RİİB) Yuxarı Qarabağ regional mərkəzi yaradılıb. Regional Mərkəzin Tərtərdə keçirilən iclasında çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov ictimai birliyin yaranma zərurəti və fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə yaradılan və 2016-cı ilin mart ayından fəaliyyətə başlayan Regional İnkişaf İctimai Birliyi ölkənin sosial-iqtisadi və mədəni inkişafına dəstək verən layihələr həyata keçirir.
    Ötən müddət ərzində görülən işlər barədə məlumat verən ictimai birliyin sədri Məhəmməd Abdullayev bildirib ki, təşkilatın Yuxarı Qarabağ regionu üzrə fəaliyyəti Tərtər, Bərdə, Ağcabədi, Ağdam, Füzuli və Cəbrayıl rayonlarını əhatə edəcək, RİİB nümayəndələri isə Tərtər şəhərində Heydər Əliyev Mərkəzində fəaliyyət göstərəcəklər.
    Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov rayonlarda vətəndaşlarla birbaşa görüşlərin əhəmiyyətini qeyd edib. Bildirib ki, gənclərin təşəbbüskarlığı RİİB-in layihələrinin uğurla həyata keçirilməsində əhəmiyyətli rol oynayır.
    RİİB nümayəndələri ilə görüşdə çıxış edən rayon sakinləri bildirmişlər ki, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mütəmadi olaraq cəbhəyanı rayonlara səfərləri və sakinlərin gündəlik problemlərinin dövlət başçısının daim diqqət mərkəzində olması tərtərliləri ölkənin həyatında həmişə aktiv iştiraka ruhlandırır.
    Sakinlər, həmçinin rayon üçün vacib olan təklif və müraciətlərlə çıxış ediblər.
    Daha sonra RİİB nümayəndələri Tərtərin Seydimli və Sarıcalı kəndlərində və uşaq musiqi məktəbində olub, təhsil müəssisələrinin hazırkı durumu və ehtiyacları ilə maraqlanıblar.

    “Yeni Tərtər”

    Müəllif: Redaktor, 13:16

    Teqlər:

İsmarıclar bağlıdır.