Azərbaycan Prezidenti İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı əsasında Tərtər şəhər “Cümə” məscidi dini icması “Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri” adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin müdiri Əlizadə Nəcəfov, şöbənin əməkdaşı Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, dini icmanın üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tərtər rayonunda dini qurumlarla işin təşkilatçısı Elvin Umudov tədbiri giriş sözü ilə açaraq son illər rayonda dövlət-din münasibətlərinin tənzimlənməsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Daha ətraflı »
-
26YanMilli-mənəvi dəyərlər DİNİ RADİKALİZMƏ QARŞI MÜBARİZƏ üçün şərhlər bağlıdır
Teqlər: Milli-mənəvi dəyərlər
-
26YanXəbərlər İŞDƏ ÇATIŞMAZLIQLAR DA VAR üçün şərhlər bağlıdır
Quruculuq işləri rayon mərkəzində olduğu kimi, kəndlərimizdə də davam etdirilir– yeni yollar çəkilir, obyektlər tikilir, yaşayış evləri istifadəyə verilir və s. Qaradağlı İƏD üzrə nümayəndə Razil Məmmədov illik hesabat məruzəsində qeyd etdi ki, bu dairəni əhatə edən iki kənddə qazlaşdırma işləri başa çatdırılıb. Bundan başqa, elektron avtomat telefon stansiyası yenidən qurulub, nömrələrin sayı 250-dən 400-ə çatdırlıb.
Əhalinin içməli suya olan tələbatını ödəmək üçün 2 ədəd subartezian quyusu əsaslı tə-mir olunub, bundan başqa 1 ədəd yeni subartezian quyusu vurulub.
Kəndarası yolların təmiri işləri də gündəlikdə duran əsas vəzifələrdən biri olub. Kənd əhalisinin əksər evlərində internetdən istifadə edilir.
Qaradağlı kənd İƏD üzrə nümayəndəliyin ərazisi 1484 hektardır. Nümayəndəliyin 752 təsərrüfatı olmaqla, əhalisinin sayı 3169 nəfərdir. Ərazidə 33 məcburi köçkün və qaçqın ailəsi məskunlaşıb. Bu ailələr 127 nəfər soydaşımızı özündə birləşdirir.
İllik hesabat yığıncağında çıxışlar oldu. Qaradağlı Bələdiyyəsinin sədri Novruz İbrahimov bildirdi ki, kənd bələdiyyəsi ötən il ərzində əhalinin elektrik enerjisinə olan tələbatının ödənilməsi üçün müəyyən işlər görmüş, il ərzində 2 kilometr kəndarası yollara qum, çınqıl verilmiş, 5 kilometr təsərrüfatdaxili arxlar lildən təmizlənmişdir. Daha ətraflı »Teqlər: Xəbərlər
-
26YanKənd təsərrüfatı QARŞIDA MƏSUL VƏZİFƏLƏR DURUR üçün şərhlər bağlıdır
Əlamətdar və tarixi hadisələrlə zəngin olan 2016-cı il artıq arxada qaldı. Bizim Tərtər Suvarma Sistemləri İdarəsinin kollektivi ili yaddaqalan göstəricilərlə başa vurub. İdarəmiz rayon ərazisində fiziki və hüquqi şəxslərə məxsus 27 min 513 hektar əkin sahələrini suvarma suyu ilə təmin edib. Bunun 13 min 376 hektarı Tərtərçay su mənbəyi altında, 13 min 500 hektarı subartezian quyuları altında, 400 hektarı isə Borsunlu və Sarov kəndlərindən keçən İnçəçayın altında yerləşir.
2016-cı ildə rayonun təsərrüfatlarının suvarılması üçün 83 milyon 82 min kubmetr su götürülmüş və 58 milyon 158 min kubmetr su sahələrə verilmiş, 37 min 560 hektar kənd təsərrüfatı bitkiləri suvarılmışdır. Beləliklə, su satışı planı 29 min 79 manat məbləğində yerinə yetirilmişdir.
Il ərzində hidrotexniki qurğuların saxlanılmasına 5744 manat vəsait ayrılmışdır ki, bununla da 25 ədəd qurğu təmir edilmişdir. O cümlədən, ayrılmış vəsait hesabına 20 ədəd hidropost və beton kanallar cari təmir edilmişdir. 452 min kubmetr məsafədə maşın–mexanizmlərlə lildən təmizləmə işləri görülmüşdür. Bütün bunlarla yanaşı “Buruc-Sarıcalı” arxının 300 p/metri beton üzlüyə alınmış, Mollalar kanalının 1000 p/metri betonla üzlənmiş, 3 ədəd hidrotexniki qurğu quraşdırılmışdır. Daha ətraflı »Teqlər: Kənd təsərrüfatı
-
25YanDigər Xaricdə yaşayan həmvətənlərimiz üçün şərhlər bağlıdır
AZƏRBAYCANI LAYİQİNCƏ TƏMSİL EDƏN HƏMYERLİMİZ
Ötən ilin Novruz bayramı günləri idi. Həmişəki kimi Tərtərin mərkəzi meydanında bayram şənliyi keçirilirdi. Şənlikdə rayon sakinləri ilə yanaşı qonaqlar da vardı. Onların arasında hündürboylu, yaraşıqlı bir qadın diqqətimi cəlb etdi. Bir azdan o, aparıcı tərəfindən şənlik iştirakçılarına təqdim olundu: Abdullayeva (Həsənova) Mehriban Surxay qızı. Onu da öyrəndik ki, Mehriban xanım Moskva şəhərində yaşayır, Rusiya Dövlət Xarici Dillər Universitetinin Şərq və nadir dillər fakültəsində Azərbaycan dili fənnini tədris edir. Mehriban xanım Rusiyada yaşayan həmvətənlərimiz adından tərtərliləri bayram münasibəti ilə ürəkdən təbrik etdi. Sonra şənlikdə onun atası Surxay Həsənovun sözlərinə yazılmış “Tərtərim” mahnısı səsləndi. Moskvadan gəlib tərtərlilərlə birgə Novruz bayramını qeyd etməsi də, şənlikdə rayonumuza aid mahnının səslənməsi də Vətəndən uzaqda yaşayan bu qadının sonsuz vətən sevgisinin təsdiqi idi. Daha ətraflı »
Teqlər: Digər
-
25YanMilli-mənəvi dəyərlər Tolerantlıq və multikultural dəyərlər üçün şərhlər bağlıdır
ÇİTADAN İSMAYILBƏYLİYƏDƏK 33 İLLİK ÖMÜR YOLU
Azərbaycan tolerant ölkədir. Burada müxtəlif millətlərin və dinlərin nümayəndələri mehriban şəraitdə yaşayırlar. Rayon statistika idarəsinin məlumatına görə, Tərtərdə azərbaycanlılarla çiyin-çiyinə 26 kürd, 52 rus, 3 tatar, 4 uk-raynalı, 1 yəhudi, bir neçə ləzgi və digər xalqların nümayəndələri yaşayır. Onların hər biri ölkəmizin bərabər-hüquqlu vətəndaşıdır və rayonumuzda aparılan quruculuq proseslərində fəal iştirak edir.
Bu gün qeyri millətin nümayəndələrindən biri–Çita vilayətində doğulmuş, milliyətcə rus olan Nataşa Burdin-skayanın, hal-hazırda Babayevanın həyat yolundan danışacağıq.* * *
Əsgərlik həyatının başa çatmasına az qalmışdı. Uşaqların sevincinin həddi-hüdudu yox idi. Zarafat deyil axı, iki ilə yaxın müddətdə onlar lap dünyanın o başında, Çitada xidmət etmişlər.
Hər kəsin evləri üçün burnunun ucu göynəyirdi. Daha ətraflı »Teqlər: Milli-mənəvi dəyərlər
-
25YanSosial Əlillərimizə necə qayğı göstərirlər? üçün şərhlər bağlıdır
YARADILAN ŞƏRAİTDƏN RAZILIQ
Cəmiyyətimizin ən çox qayğıya ehtiyacı olan təbəqələrindən biri əlillərdir. Ölkəmizdə onların sosial müdafiəsi üçün çoxlu məqsədyönlü proqramlar həyata keçirilir. Dövlətimizin rəhbəri Prezident İlham Əliyev bu təbəqənin sosial müdafiəsinin gücləndirilməsini belə tövsiyə edir. “Hər bir vətəndaş bizim üçün qiymətlidir, dəyərlidir. Fiziki cəhətdən qüsurlu insanlar isə xüsusi qayğıya layiqdirlər və biz çalışırıq ki bunu edək.”
Bu gün Azərbaycanda minlərlə Qarabağ əlili, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş yüzlərlə şəhid ailələri yaşayır. Təkcə bizim Tərtər rayonunda 300-dən çox şəhid ailəsi, 160 nəfərdən çox Qarabağ müharibəsi əlili vardır. Onlara göstərilən qayğı ilə əlaqədar Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər Rayon Şöbəsinin sədr müavini İlham Paşayevlə söhbət etdik. O dedi:
–Ailədən 3 şəhid vermiş bir insan kimi deyə bilərəm ki, təkcə bizim rayonumuzda deyil, bütövlükdə ölkəmizdə Qa-rabağ əlillərinə və şəhid ailələrinə qayğı yüksək səviyyədə təşkil olunub. Belə ki, bu insanların sağlamlığı, cəmiyyətə adaptasiyası, maddi və mənəvi təminatları hökumətimiz və rayon rəhbərliyi tərəfindən daim diqqətdə saxlanılır. Daha ətraflı »Teqlər: Sosial
-
25Yanİdman “QARABAĞ MÜBARİZLƏRİ” LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ ŞAHMAT YARIŞI üçün şərhlər bağlıdır
Bu günlərdə Tərtər Rayon Uşaq-Gənclər Şahmat məktəbində Tərtər Rayon İcra Hakimiyyəti və “İnnovativ Gənclər” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə icra edilən “Qarabağ mübarizləri” layihəsi çərçivəsində şahmat yarışı keçirilib.
Tədbirin açılışında çıxış edən Tərtər rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov il ərzində idman sahəsində əldə olunan nailiyyətlərdən danışaraq, yarışda iştirak edən gənclərə uğurlar arzulayıb.
“İnnovativ Gənclər” İctimai Birliyinin sədri Raul Əhmədov ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətindən danışıb, iştirakçılara layihə haqqında məlumat verib. Bildirib ki, layihə çərçivəsində müxtəlif idman oyunları üzrə yarışların keçirilməsində məqsəd gənclərin idmana marağını artırmaq və onlarda vətənpərvərlik hissinin yüksəlməsinə dəstək olmaqdır.
Yarışda hər bir komandanın tərkibində 10 nəfər olmaqla 5 komanda iştirak edib. 50 şahmatçının mübarizə apardığı yarışın sonunda qalib komandaya kubok və diplomlar təqdim olunub.“Yeni Tərtər”
Teqlər: İdman
-
25YanDigər Müharibə veteranının xatirələri üçün şərhlər bağlıdır
“VƏTƏN ELƏ EVİMİZDƏN BAŞLAYIR…”
Qarabağ müharibəsi əlili Saleh Sultani əlillərə göstərilən qayğı ilə əlaqədar redaksiyaya dəvət olunmuşdu. Belə qərara gəldim ki, onun xatirələrini dinləyib bir yazı hazırlayım. Məlumdur ki, ötüb keçən hər gün ömrümüzün yaddaşı, tariximizin səhifəsidir. Elə bir insan yoxdur ki, onun ömür kitabına ağlı-qaralı sətirlər düşməmiş olsun. Saleh Sultani də belə insanlardandır. İkinci qrup Qarabağ müharibəsi əlilidir. Bütün müharibə iştirakçıları kimi o da qanlı-qadalı günləri həyəcansız xatırlamır. Saleh Sultaninin dediklərindən:
–1992-ci il elə bir iliydi ki, ölkəmizin, eləcə də bizim rayonumuzun üzərində qara buludlar toplaşmışdı. Məlumdur ki, ermənilərin iki addımlığındaydı Tərtər. O günlərdə nəinki kişilər, hətta qadınlar, uşaqlar öz evlərini tərk etmirdilər. Tərtərin əli silah tutan kişiləri kimi mən də vətənin müdafiəsinə qoşulmuşdum. Kimin gücü nəyə çatırdısa onu edirdi ki, təki o murdarların ayağı bizim torpaqlarımıza dəyməsin. 1992-ci ilin mayından “Tərtər özünümüdafiə Batalyonuna” üzv yazıldım. Marquşevan, Madagiz, Çaylı, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etdim. 1992-ci il iyun ayının 21-də Madagiz uğrunda gedən döyüşlərdə sağ budumdan ilk güllə yarası aldım. Onbeşiyirmi gün müalicə götürdükdən sonra yenidən döyüşlərə qatıldım. Daha ətraflı »Teqlər: Digər
-
25YanDigər VERGİ ÖDƏYİCİLƏRİNİN NƏZƏRİNƏ! üçün şərhlər bağlıdır
Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədi ilə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər və Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları silinmişdir.
Qanunun 2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən aparılmış digər vergi nəzarəti tədbirləri və yoxlamalar za-manı vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyaları üzrə yaranmış vergi borclarının silinməsi aşağıdakı qaydada həyata keçirilir:
-vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar ayı ərzində həmin maliyyə sanksiyalarının 30 faizi ödənildikdə–maliyyə sanksiyalarının ödənilməmiş 70 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir;
-vergi ödəyiciləri tərəfindən 2017-ci ilin yanvar-fevral ayları ərzində həmin maliyyə sanksiyalarının 50 faizi ödənildikdə–maliyyə sanksiyalarının ödənilməmiş 50 faizi müvafiq icra hakimiyyəti orqanı tərəfindən silinir; Daha ətraflı »Teqlər: Digər
-
25YanDigər “ZİNGER” TİKİŞ MAŞINLARININ SİRRİ üçün şərhlər bağlıdır
1851-ci il avqustun 12-də amerikalı mühəndis-sahibkar İsaak Zinger tikiş maşınının istehsalı üçün patent hüququ əldə etdi. Bu tikiş maşınları tezliklə populyarlaşdı və dünya şöhrəti qazandı. Onun satışa çıxarılan ilk nümunəsi 100 dollar dəyərləndirildi, lakin o dövrdə çox az adam tikiş maşınını faydalı hesab edirdi, evdar qadınlar iynə və sapla keçinirdilər, dərzi evlərində isə ucuz əmək daha əlverişli idi.
İsaak Zinger öz dövrü üçün radikal sistem kəşf etdi. O, tikiş maşınının ehtiyat hissələrini ayrılıqda satışa buraxdı. Bunun sayəsində tikiş maşını ev şəraitində təmir olunurdu.
“Zinger” şirkəti və onun məhsulları haqqında çoxlu əfsanələr var. Bəziləri deyirlər ki, qədim “Zinger” tikiş maşınları qiymətli metallardan hazırlanıb. Ən məhşur əfsanə isə ilk tikiş maşınlarının tərkibində çox dəyərli metal polladium olması haqqındadır. Hətta bu əfsanələrə inanan “Zinger ovçuları” cinayət də törədiblər. Onlar üzərinə qapını açan qadını evindəcə qətlə yetirib, “Zinger” tikiş maşınını oğurlayıblar. Polislər görüblər ki, evdən yalnız tikiş maşını oğurlanıb.
Digər əfsanəyə görə 1998-ci ildə “Zinger” kampaniyası əvvəlki əsrdə 1 rəqəmi ilə başlayan xüsusi seriyalı tikiş maşınlarının axtarışını elan edib. Guya, həmin seriyalı maşınlar keçmiş Sovet ölkələrindədir. Daha ətraflı »Teqlər: Digər
Yeni ismarıclar