İstər dünya ədəbiyyatında, istərsə də bizim ədəbiyyatda tarixi şəxsiyyətlərə, məşhur adamlara həsr edilən çoxlu əsərlər var. Tarix boyu belə insanlar yaddaşımızda silinməz izlər buraxıb. Bu qəhrə-manları, kişi ya qadın olsun, fərqi yoxdur, sevir və özümüzə ideal seçirik.
Azərbaycanlılar hər zaman yüksək səviyyəli nəcib və xeyirxah qadınları ilə qürur duyublar. Tarixi-mizin bütün mərhələlərində Azərbaycan qadını fədakarlıq nümunəsi kimi öz adını səlnamələrə, eposlara yazdırıb.
Mən belə qadınlardan biri–Azərbaycan Respublikasının Birinci vitse prezident Mehriban xanım Əliyeva haqqında öz ürək sözlərimi yazmaq istəyirəm.
Bu zərif, gözəl qadının bizim dövlətimiz üçün nələr etdiyini görəndə ürəyim qürurla dolur. Gözümün qarşısına qəhrəman Tomris, Bərdə hökmdarı Nüşabə, Koroğlunun Nigarı gəlir.
Sanki Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənin anası Sara Xatun, Oğuz igidlərinin Xatunu–Burla Xatun keçmişdən boylanaraq Mehriban xanıma xeyir-dua verirlər,
Mehriban xanımın bizim xalqımız üçün necə böyük işlər gördüyünü saymaqla qurtarmaq olmaz. Onun milli-mənəvi dəyərlərin qorunması, təhsilin səviyyəsinin yüksəldilməsi, insanların fiziki sağlamlığının təminatı yönündə həyata keçirdiyi layihələri misilsizdir.
Mehriban Əliyeva kimsəsiz uşaqlar və qocalar evlərində tez-tez olur. O, ata-anasız körpələri bağrına basır. (Mən belə uşaqların birinin yerində olmaq istəyir, sevimli Mehriban xanımla şəxsən görüşmək ümidi ilə yaşayıram.)
Mehriban xanımın mənim yaşadığım Tərtər rayonu üçün elədikləri də əvəzsizdir. Onun təşəbbüsü ilə şəhərin mərkəzində şahmat məktəbi istifadəyə verilib. Müharibə nəticəsində dağılmış bir neçə məktəb gözəl təmir olunub. Mehriban xanım uşaqları da unutmayıb, Heydər Əliyev Fondunun vəsaiti hesabına yenicə tikilmiş “Nərgizim” uşaq bağçası göz oxşayır.
Mehriban Əliyeva şəhid analarını da unutmur. Aprel döyüşlərində şəhid olanların anaları, həmçinin həmyerlimiz Nicat İsgəndərovun anası ilə görüşüb, onlara başsağlığı verib.
Mən Mehriban xanımın bu əvəssiz xidmətlərini alqışlayır və sözümü aşağıdakı misralarla bitirmək istəyirəm.
Dünyanı fəth eylə İlhamla qoşa,
Heç arzu-istəyin dəyməsin daşa.
Ürəklər səslənir “Səni min yaşa!”
Mehriban anasan, mehriban bacı.
Lalə Anarqızı,
şəhər 6 saylı tam orta məktəbin
7-ci sinif şagirdi