Bir neçə il bundan əvvəl unudulan sahələrdən biri olan baramaçılıq indi yenə də əvvəlki şöhrətinə qayıdır.
Baramaçılıq barədə daha ətraflı məlumat almaq məqsədilə rayon kənd təsərrüfatı idarəsinin rəisi Mehman Babayevlə əlaqə saxladıq. O bildirdi ki, rayonumuzun kümçüləri ötən il 20 qutu, bu il isə ondan 6 dəfə çox, yəni 120 qutu ipəkqurdu bəsləmişlər. Barama tədarükü başa çatıb. Hər bir kümçü dövlətə təhvil verdiyi baramanın bir kiloqramı üçün 9 manat pul alacaq. Onun 4 manatını Şəki İpək “ASC” verəcək, qalan 5 manat isə subsidiya şəklində dövlət tərəfindən ödəniləcəkdir.
Rayon statistika idarəsinin məlumatına əsasən tərtərli kümçülər bu mövsümdə dövlətə 4601,6 kiloqram barama təhvil veriblər. Ötən il isə bu rəqəm 959 kiloqram olub. Bu il dövlətə 4,8 dəfə çox barama təhvil verilib. Daha ətraflı »
-
10İylKənd təsərrüfatı BARAMA TƏDARÜKÜ BAŞA ÇATDI üçün şərhlər bağlıdır
Teqlər: Kənd təsərrüfatı
-
10İylXəbərlər RESPUBLİKA XƏBƏRLƏRİ üçün şərhlər bağlıdır
COCUQ MƏRCANLIDA ƏLAVƏ 100 EVİN TİKİNTİSİNƏ BAŞLANILIR
Prezident İlham Əliyevin 2017-ci il 15 iyun tarixli Sərəncamına əsasən, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində tikinti-bərpa və abadlıq-quruculuq işlərinin növbəti mərhələsinə başlanılıb.
Burada aparılan tikinti-bərpa işlərinin ikinci mərhələsində 100 fərdi yaşayış evinin, 50 yerlik uşaq bağçasının, tibb məntəqəsinin, klub-icma mərkəzi, inzibati bina, poçt binası və digər zəruri sosial-infrastruktur obyektlərinin tikintisi nəzərdə tutulub.
17 hektar ərazidə inşa ediləcək evlərin 14-ü birotaqlı, 38-i ikiotaqlı, 36-sı üçotaqlı, 12-si dördotaqlı olacaq. Hər bir ailə üçün 0,10 hektar torpaq sahəsi ayrılacaq. Qəsəbədə 1,75 hektarda yaşıllıq salınacaq, yollar, səkilər və arxlar çəkiləcək. Tikinti işlərinin 3 ay ərzində başa çatdırılması nəzərdə tutulur.Teqlər: Xəbərlər
-
10İylXəbərlər ANLAŞMA MEMORANDUMU İMZALANIB üçün şərhlər bağlıdır
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Beynəlxalq Ticarət Mərkəzi arasında anlaşma memorandumu imzalanıb.
Memorandumu AZPROMO-nun rəhbəri Rüfət Məmmədov və Beynəlxalq Ticarət Mərkəzinin icraçı direktoru xanım Arança Qonzales imzalayıblar.
Anlaşma Memorandumunun imzalanması iyulun 5-də Bakıda keçirilən “Şərq Tərəfdaşlığı: Ticarətə hazır ol” layihəsinin açılış mərasimində baş tutub.Teqlər: Xəbərlər
-
10İylXəbərlər ÖTƏN İL AZƏRBAYCANDA 1,6 MİLYON TON BUĞDA İDXAL OLUNUB üçün şərhlər bağlıdır
2016-cı ildə Azərbaycana 1,6 milyon ton buğda idxal olunub.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondunun rəisi Zülfüqar Məmmədov deyib.
O bildirib ki, həmçinin bundan əlavə yerli istehsalçılar tərəfindən ümumilikdə 1 milyon 854 min ton buğda istehsal olunub.Teqlər: Xəbərlər
-
10İylXəbərlər 2,2 MİLYON TON AZƏRBAYCAN NEFTİ NƏQL OLUNUB üçün şərhlər bağlıdır
2017-ci ilin iyun ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 212 min 764 ton Azərbaycan nefti nəql olunub.
Cari ilin yanvar-iyun aylarında bu kəmərlə 13 milyon 174 min 287 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il iyul ayının 1-ə qədər BTC-yə 334 milyon 712 min 349 ton neft vurulub.
Bundan başqa, 2017-ci ilin iyun ayında BTC kəməri ilə 564 min 548 ton Türkmənistan nefti nəql olunub.Teqlər: Xəbərlər
-
10İylXəbərlər ERMƏNİSTAN IN TƏXRİBATÇI ƏMƏLLƏRİ İLƏ BAĞLI CİNAYƏT İŞİ BAŞLANIB üçün şərhlər bağlıdır
Ermənistan Silahlı Qüvvələri iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi mülkiyyətində olan əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törədiblər.
Nəticədə Alxanlı kənd sakinləri – 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, digər mülki şəxs 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Həmin faktlarla bağlı Füzuli rayon prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.Teqlər: Xəbərlər
-
10İylXəbərlər RAYON XƏBƏRLƏRİ üçün şərhlər bağlıdır
SAKİNLƏR S EVİNƏCƏKLƏR
Şəhərimizdə 18 ədəd çoxmənzilli yaşayış binasında təmir işləri aparılır. Yaxın günlərdə daha 24 belə binada təmirə başlanılacaq. Sakinlər görülən işlərdən razılıq edirlər.Yay tətili günlərində şəhər 6 saylı tam orta və Qazyan kənd ümumi orta məktəblərdə təmir işlərinə başlanılıb. Vaxtdan səmərəli istifadə etməklə, bu işləri yeni dərs ili başlananadək başa çatdırmaq nəzərdə tutulub.
Teqlər: Xəbərlər
-
10İylXəbərlər KÜÇƏLƏR ASFALTLANIR üçün şərhlər bağlıdır
Tərtərin küçə və meydanları günü-gündən abad-laşır. Bu işdə yolçəkənlərin də xüsusi zəhməti var. Hazırda şəhərin Mehdi Hüseynzadə küçəsinə asfalt örtük salınır. M.F. Axundov və onun kiçik qolu olan Zeynəb Əhmədova küçələri də asfaltlanacaq.Teqlər: Xəbərlər
-
10İylXəbərlər ABADLIQ İŞLƏRİ GÖRÜLÜR üçün şərhlər bağlıdır
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə rayonun Şıxarx qəsəbəsində yerləşən “Marağa – 150” abidəsinin ətrafı abadlaşdırılır.
Məqsəd ölkəmizə gələn xarici qonaqlara erməni saxtakarlığını əyani surətdə sübut etməkdir.Teqlər: Xəbərlər
-
10İylXəbərlər TƏMİR DAVAM EDİR üçün şərhlər bağlıdır
İsti yay günlərində Tərtər-Goranboy yolunda əsaslı təmir işləri davam etdirilir. Bu işi 42 saylı yol istismar idarəsinin kollektivi yerinə yetirir. Yolun rahat olması diqqət mərkəzində saxlanılır.“Yeni Tərtər”
Teqlər: Xəbərlər


Yeni ismarıclar