28İyl
İyul ayının 4-də erməni vandallarının Füzuli rayonunun Alxanlı kəndini qəflətən iriçaplı silahlardan atəşə tutması nəticəsində kənd sakinləri 1967-ci il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi, 2 yaşlı Zəhra Elnur qızı Quliyevanın, həlak olması kəndin digər bir sakini, 1965-ci il təvəllüdlü Səlvinaz Quliyevanın yaralanma xəbərini televiziya ekranlarından eşitdik. Bu acı, dözülməz hadisə erməni vandallarının insanlığa sığmayan hərəkətlərinin davamıdır. Mən və ailəmiz bu hadisəni ürək ağrısı ilə qarşıladıq.
2 yaşlı Zəhranın və onun nənəsinin qətlə yetirilməsi xəbəri hər kəsi hiddətləndirir.
Əyyam Əliyev,
Dəmirçilər kəndinin sakini
Teqlər: Digər
28İyl
Bizim M.F. Axundov küçəsi Tərtər şəhərinin gözəl və böyük küçələrindən biridir. Hər iki tərəfdən arxların əhatəsində olan bu küçənin yolu indiyədək bərbad vəziyyətdəydi. Sakinlər həm piyada, həm də maşınla gedəndə, çox əziyyət çəkirdilər.
Yolumuzun asfaltlanması burada yaşayan ailələr tərəfindən minnətdarlıq hissi ilə qarşılanıb.
Bilirik ki, cəbhə bölgəsi olan Tərtər rayonunda insanların həyat şəraitinin yaxşılaşdırılması Prezident İlham Əliyevin daimi diqqət mərkəzindədir. Bizim küçənin asfaltlanması da bu qayğının təzahürüdür. Buna görə ölkə başçısına bütün sakinlər adından minnətdarlığımı bildirirəm.
Elxan Alıxanov,
Qarabağ müharibəsi veteranı
Teqlər: Sosial
28İyl
Kəndimizin ailə-fermer təsərrüfatlarının üzvləri taxıl biçini kampaniyasını mütəşəkkilliklə başa çatdırmışlar. 168 hektar taxıl zəmilərinə aqrotexniki qaydalar əsasında qulluq edildiyi üçün zəmilərdən 648,5 ton buğda götürülmüşdür. Hər hektarın orta məhsuldarlığı 38,6 sentner olmuşdur. Bu işdə kənd sakinlərindən Maarif Mehdiyev, Güloğlan Kərimov, Elçin Şahbazov, Ramiz Kərimov və başqaları gərgin əmək sərf etmiş, yaxşı nəticələrə nail olmuşlar.
Arpa sahələrində isə hektarın məhsuldarlığı orta hesabla 29 sentner təşkil edir. Ailə-fermer təsərrüfatlarının üzvlərindən Rəşid Məhərrəmovun, Flora Hüseynovanın və Mətləb Tahirovun əldə etdikləri məhsul orta məhsuldarlıqdan yüksək olmuşdur. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
28İyl
Kənd təsərrüfatının mühüm aparıcı sahələrindən biri də pambıqçılıqdır. Bu, həm ölkəyə yaxşı gəlir gətirir, həm də bu sahədə çalışanların maddirifah halının yaxşılaşdırılmasında, ailə büdcəsinin möhkəmləndirilməsində mühüm rol oynayır. Elə buna görə də son illər unudulan sahəyə çevrilən pambıqçılığın əvvəlki şöhrətinin yenidən qaytarılması hər bir tərtərlinin başlıca məqsədidir.
Müdayisə üçün deyək ki, 2016-cı ildə rayonda 1035 hektar sahədə pambıq əkilmişdisə, bu il həmin sahələr 3 dəfədən çox artırılaraq 3123 hektara çatdırılıb.
Bu sahədəki daha bir yenilik ondan ibarətdir ki, rayon ərazisində olan 3 pambıq qəbulu məntəqəsi ayrı-ayrı kəndlərdə fermerlərlə pambıq əkini barədə əvvəlcədən müqavilə bağlayıb.
Qarabağ Regional Tərtər Pambıq Qəbulu Məntəqəsinin (Qaraqoyunlu kəndi) fermerlərlə bağladıqları müqaviləyə əsasən 1980 hektar sahədə pambıq əkilib. Belə ki, həmin məntəqənin nəzdində Köçərlidə 199,5, Azadqaraqoyunluda 233,3, Hüsənlidə 130, Qazyan kəndində 206, Qaynaqda 196,8, Yuxarı Qapanlıda 129,9 hektar pambıq əkilib.
“CTS Aqro” MMC pambıq qəbulu məntəqəsi (Tərtər) isə fermerlərlə bağladıqları müqaviləyə əsasən 1063 hektarda pambıq əkib. Bu məntəqə Qazyan, Əksipara, Qaynaq, Qaraağacı, Bəyimsarov, Evoğlu, İsmayılbəyli, İrəvanlı, Qapanlı kəndlərinin fermerləri ilə müqavilələr bağlayıb. Daha ətraflı »
Teqlər: Kənd təsərrüfatı
28İyl
SATQINLIĞIN ANATOMİYASI
Tariximizi nə qədər çox araşdırıb təbliğ edə bilsək, onun bir o qədər böyük tarixə malik olduğunu göstərə bilərik
………………………….Unutsaq unudularıq
Azərbaycan oğulları, bu torpaqlar sizi gözləyir
Sən yanmasan, mən yanmasam, zülməti kim işıqlandırar?
( N. Hikmət)
Xankəndi 1923-1991 Laçın 18.05.92
Əsgəran 1923-1991 Kəlbəcər 02.04.93
Ağdərə 1923-1993 Ağdam 23.07.93
Hadrut 1923-1993 Füzuli 23.08.93
Xocavənd 1923-1993 Cəbrayıl 23.08.93
Xocalı 26.02.92 Qubadlı 31.08.93
Şuşa 08.05.92 Zəngilan 29.10.93.
Ləzgilər Şilda kəndinə basqın edərkən kəndin başçısı Dodayevin evinə soxulurlar. Bu adamın Yefrem Sukyazov adlı bir erməni katibi varmış. Döyüşün şiddətli yerində o xilas olmaq arzusu ilə özünü ölülüyə vurub yerə yıxılır. Ləzgilərdən biri təsadüfən ona ilişir və onun sol qolunu kəsir. Erməni qorxusundan cınqırını da cıxarmır. Ləzgi çölə çıxarkən səhvini başa düşür, sol əli kəsdiyi üçün xəcalət çəkir. Qayıdıb erməninin sağ əlini də kəsir.
Aleksandr Düma
“Qafqaz səfəri” əsərindən Daha ətraflı »
Teqlər: Digər
28İyl
EVDƏ
AŞIQ ŞƏMŞİR
Cavanlar oynaşır yalda-yamacda,
Mən də pəncərədən baxıram evdə.
Qıçım tutmur qocalığın əlindən,
Yandırıb qəlbimi, yaxıram evdə.
***
Tərlan könül şikar almış sar kimi,
Soluxuram şaxta vurmuş bar kimi.
Xəstə üçün gətirilmiş qar kimi,
Əriyib ocağa axıram evdə.
***
Yoxuş olub indi mənə dolayım,
Hanı başımdakı məclis, olayım?
Elə bil sürtülüb gedib qalayım,
Köhnə qazan kimi paxıram evdə. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
28İyl
MƏZAHİR DAŞQIN
Ana, sən yatdığın qara torpaqda,
Saysız cavan yatır, ixtiyar yatır.
Qapısız, aynasız zülmət otaqda,
Minlərlə sən kimi vəfadar yatır.
***
Gör nələr yazılıb hər baş daşına,
Canlar həsrət qalıb can sirdaşına.
Düşərək hicrana, eşq atəşinə
Min arzu, min dilək, min ilqar yatır.
***
Görməyib əsirlər, qərinələr də
Cahandan köçənlər qayıda bir də.
Kim bilir bəlkə də yatdığın yerdə,
Dünyanı bəzəyən min memar yatır. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
28İyl
TOFİQ BAYRAM
Bacım Elmiraya ithaf edirəm
Duvağa bürünüb yola düşürsən,
Qonşular telinə çiçək bağlayır.
Ay bacım, sən haldan-hala düşürsən,
“Vağzalı” çalınır, anam ağlayır.
***
O, nələr etmədi, toyunda nələr,
Bu həsrətin yeri nə tez bilindi?
“Vağzalı” çalınır, son dəqiqələr…
Özgə bir yuvaya köçürsən indi.
***
Köçürsən üzüağ, məğrur, həyalı,
Gedirsən könlünü verdiyin yerə.
Buydu anamın da fikri-xəyalı,
Bəs niyə kövrəlir o, birdən-birə? Daha ətraflı »
Teqlər: Ədəbiyyat
28İyl
AĞA LAÇINLI
İlahi, sən məni o kəndə yetir, –
O kəndin diləyi dildə göyərən.
O kəndin yığvalı oğuldan yetim,
O kəndin qızları qarğış əyirən.
***
Qocası bürünüb his çuxasına,
Qarısı ah çəkib qapıda bitir.
İlahi, bağışla el duasına,
İlahi, sən məni o kəndə yetir.
***
Bağışla dəhrənin paslı yasına,
Bağışla cəhrənin qəm havasına;
Bağışla köhlənin yatan tısına,
Bağışla məhlənin tor hanasına; Daha ətraflı »
Teqlər: Ədəbiyyat
28İyl
OSMAN SARIVƏLLİ
Dostum, incə barmaqların
Sədəflərin üzündədir.
Mənim meylim bir sazında,
Bir də şirin sözündədir.
Qarayazı meşəsində,
Cavan ovçu həvəsində,
Qulağın maral səsində,
Gözün ceyran izindədir.
Tarixi var hər daşın da,
Tərlanın on beş yaşında.
Bəzən qarlı dağ başında,
Bəzən Muğan düzündədir. Daha ətraflı »
Teqlər: Ədəbiyyat
Yeni ismarıclar