Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,662
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Dek
    Xəbərlər YAP TƏRTƏR RAYON TƏŞKİLATININ BİNASI üçün şərhlər bağlıdır

    03Binanın inşasına 2014-cü ildə başlanıb və işlər 2016-cı ilin avqustunda başa çatıb. Bina ikimərtəbəli olmaqla 9 otaqdan ibarətdir. Ümumi sahəsi 510 kvadratmetrdir. Burada 50 yerlik geniş iclas zalı, iş və texniki otaqlar vardır. Binanın içərisi müasir avadanlıqlarla təchiz olunub. Burada istilik sistemi də müasir standartlara cavab verən qaydada tənzimlənib. Bir sözlə YAP Tərtər Rayon Təşkilatının yeni binasında işçilər üçün hər cür normal şərait yaradılıb. Giriş qapısından başlayaraq binanın içi mərmərlə tam döşənib. İçəri daxil olan hər kəs bu gözəllikdən zövq alır.

    Teqlər:

  • 27Dek
    Xəbərlər 100 YERLİK KÖRPƏLƏR EVİ-UŞAQ BAĞÇASI üçün şərhlər bağlıdır

    05Şəhərimizin görkəminə xüsusi yaraşıq verən yeni binalardan biri də 100 yerlik körpələr evi-uşaq bağçasıdır. Müasir üslubda inşa edilən ikimərtəbəli bina Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib. Binanın ümumi sahəsi 1200 kvadratmetrdir. İçərisində Ümummilli lider Heydər Əliyevin, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın həyat və fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Bu körpələr evi-uşaq bağçasında 31 nəfər Tərtər sakini daimi işlə təmin ediləcəkdir.
    Binada uşaqlar üçün 4 oyun və 4 yataq otaqları, mətbəx, tibb otağı, akt zalı, metodiki, kompüter və digər texniki otaqlar var. Binanın həyətində uşaqların mənalı istirahəti üçün lazımi şərait yaradılıb.

    Teqlər:

  • 27Dek
    Xəbərlər UŞAQ GƏNCLƏR ŞAHMAT MƏKTƏBİ üçün şərhlər bağlıdır

    10Möhtərəm Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bir sıra bölgələrində yeni, müasir standartlara cavab verən şahmat məktəbləri inşa olunur. Tərtər rayonunda da yeni uşaq-gənclər şahmat məktəbi istifadəyə verilib.
    Ümumu sahəsi 1300 kvadratmetr olan üçmərtəbəli binada inzibati otaqlar, kabinetlər, oyun və iclas zalları var. Məktəbdə yaradılan 8 sinif otağı lazımı avadanlıqlarla təchiz edilib.

    Teqlər:

  • 27Dek
    Xəbərlər TƏRTƏR ÇAYI ÜZƏRİNDƏ KÖRPÜ üçün şərhlər bağlıdır

    cay-7Tərtər çayı üzərində salınan Sarıcalı və Zolgörən kəndləri arasında inşa edilən körpü 11 yaşayış məntəqəsinin 25 mindən çox sakininin mənzil başına rahat çatması üçün əlverişli şərait yaradıb. Üçaşırımlı körpünün uzunluğu 107 metr, eni 12 metr, çayın məcrasından hündürlüyü isə 15 metrdi. İkizolaqlı körpünün hərəkət hissəsinin eni 8,5 metrdi. Piyadaların körpüdən rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə hər iki istiqamət üzrə 1,75 metr enində səkilər tikilib. Tərtər çayının sağ və sol sahilində yaşayan insanlar yeni körpünün salınmasına görə ölkə Prezidentinə və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildirirlər.

    Teqlər:

  • 27Dek
    Xəbərlər KƏND TƏSƏRRÜFATI İDARƏSİ üçün şərhlər bağlıdır

    buYeni inşa olunan binalardan biri də Tərtər Rayon Kənd Təsərrüfatı İdarəsinin binasıdır. Bu möhtəşəm bina Tərtər–Bərdə magistral yolunun sağında yaşıllıqlar qoynunda salınıb. Bina ikimərtəbədən və mansartdan ibarətdir. Fasad hissəsinin aqlay daşı ilə üzlənməsi binanın görkəmini daha da gözəlləşdirir. Yeni bina 28 otaqdan ibarətdir. Hər mərtəbədə iki ədəd sanitar qovşağı var.
    Yanğından mühafizə məqsədi ilə binanın həyətində su hovuzu, otaqları su ilə təmin etmək üçün daha bir hovuz və kanalizasiya xəttinə qoşulmuş şanbo (quyusu var)
    Binada bitki mühafizə idarəsi, toxum müfəttişliyi, texniki nəzarət müfəttişliyi, baytarlıq diaqnostika laboratoriyası yerləşir.

    “Yeni Tərtər”

    Teqlər:

  • 27Dek
    Səhiyyə QANVERMƏ AKSİYASI üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-011%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-005Səhiyyə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə rayon mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilib. Aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, gənclər könüllü olaraq iştirak ediblər.
    Aksiyada 200-ə yaxın insan qan verib

    Teqlər:

  • 27Dek
    Mədəniyyət NƏĞMƏLİ QONAQLAR TƏRTƏRDƏ üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-010%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-023Əsaslı təmirdən sonra yeni istifadəyə verilmiş Tərtər Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Əməkdar artistləri Gülüstan Əliyeva və Teyyub Aslanın iştirakı ilə “Ey Vətən” adlı konsert oldu.
    Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Tərtərdə gedən sosial-iqtisadi inkişafdan danışdı. Sonra incəsənət ustalarına öz təşəkkürünü bildirdi və tədbir iştirakçılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibəti ilə təbrik etdi. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Xəbərlər “MEDİA ETİKASI VƏ MEDİA HÜQUQU” üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-002%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-032Mingəçevir Media Mərkəzində “Media etikası və media hüququ” mövzusunda Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Oğuz və Göyçay bölgələrindən olan jurnalistləri üçün seminar keçirilib. Yayımların Monitorinq Mərkəzi İB-nin təşkilatçılığı ilə baş tutan tədbirdə təlimçi, media eksperti Ələsgər Məmmədli jurnalistlərin informasiya əldə etmək hüququ və ifadə azadlığı, məhdud informasiyalar, dif-famasiya, özəl həyat sirləri, ifadə azadlığının Avropa İnsan Haqları Məhkəməsi tərəfindən qorunma standartları, sosial mediada defomativ ifadələrin məsuliyyəti, etik davranış standartları haqqında ətraflı məlumat verib.
    Seminar iştirakçıları informasiya əldə etmək hüququ ilə bağlı bilgilərini kazusların müzakirəsi zamanı artırmaq imkanı qazanıblar. Onlar adi iş rejimində, ekstremal şəraitdə, qəza zamanı, fövqəladə hadisələrdə jurnalistlərin qarşılaşdığı halları və çətin durumdan çıxış yollarını müzakirə ediblər.

    Teqlər:

  • 27Dek
    Xəbərlər MƏKTƏBLİLƏR ÜÇÜN YENİ İL ŞƏNLİYİ üçün şərhlər bağlıdır

    %d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-069%d0%b8%d0%b7%d0%be%d0%b1%d1%80%d0%b0%d0%b6%d0%b5%d0%bd%d0%b8%d0%b5-059Azərbaycan Qızıl Aypara Cəmiyyəti Tərtər Rayon Bölməsinin sədri Etibar Heydərovun təşkilatçılığı ilə rayonun təmas xəttində yerləşən Şıxarx-1, Şıxarx-2 və Həsənqaya məktəbliləri üçün BQXK-nın sosial-psixoloji proqram çərçivəsində “Aydın səma altında” əyləncəli yeni il şənliyi təşkil etmişdir.
    Bu əyləncəli proqrama rayon rəhbərliyi tərəfindən xüsusi diqqət ayrılmışdır. Şənlikdə iştirak edən bütün şa-girdlərə yeni il hədiyyələri paylanmışdır. Məktəblilər arasında yarış keçirilmiş, fərqlənən məktəbə BQXK tərəfindən xüsusi hədiyyələr verilmişdir. Həsənqaya kəndi məktəbinə isə yeni il şənliyi üçün hazır yolka bağışlanmışdır. Daha ətraflı »

    Teqlər:

  • 27Dek
    Digər 2017-ci İLDƏ BÜRCLƏRİ NƏ GÖZLƏYİR? üçün şərhlər bağlıdır

    12Qoç (21 mart-19 aprel). İstirahət haqqı qazandınız. Bundan öncəki “Həyat mübarizədir” devizi altında keçən iki çətin ildən sonra hər şey geridə qaldı. Zəhmətinizin bəhrəsini görmək zamanı gəldi. Hər şey heç də ayaq altına xalı kimi sərilməyəcək. İstədiyinizi almaq üçün səy göstərməlisiniz. Diqqətli olun!
    publika-az1429456782bugaBuğa (20 aprel-20 may).  Həyatdan zövq almaq zamanı gəldi. Meymun ilinin uğursuzluqları geridə qaldı. Hər şey yağ kimi olmayacaq, amma çəkdiyiniz əziyyətlərin kompensasiyasını alacaqsınız. 3 il ardıcıl həyatdan keyf almaq şansınız var.
    6Əkizlər (21 may-20 iyun). Pozitiv zaman. Xoruz ili gözəl başlayacaq. Əkizlər üçün hər mənada pozitivlə dolu olacaq bu il. Onlar havada möcüzə hiss edəcəklər. Növbəti 4 il sizin iliniz olacaq. Daha ətraflı »

    Teqlər: