QAYĞIKEŞLİYİN ƏYANİ TƏZAHÜRLƏRİ
Didərginlik ağır dərddir
Didərginlik filçəkməz ağır dərddir. Bunun da üzərinə ehtiyacın yaratdığı əzabları gələndə, insan həyatı məşəqqətə düçar olur. Bu ağrıları, əlbəttə, onun içindən keçib yaşayanlar bilər. Yurd həsrətindən bağrı qana dönən, ürəyi qürbətdə pörşələnən, ehtiyacın məngənəsində sıxılan, qüruru düşmən tərəfindən tapdalanan, hissiyatı aşağılanan, varlığı xıncım-xıncım olunan, bunlar azmış kimi, qeyrətinə, namusuna ləkə gətirilən insanların ağrı-acısını kənardan baxmaqla necə duymaq olar ki?!
Zaman-zaman ermənilərin məkrindən yurd-yuvası dağılan, yüz illər boyu yaşadığı dədə-baba torpaqlarından didərgin salınan, əzizlərinin gorgahları təhqir olunan, inanc yerləri–pirləri, ocaqları darmadağın edilən, gözlərinin qarşısında körpə yaşlı qızlarının, gəlinlərinin, ömür-gün yoldaşlarının başlarına müsibətlər gətirilən insanlara hansı toxtaqlığı verəsən?! Daha ətraflı »


…Bu gün Tərtər rayonu uğurla inkişaf edir. Sosial-iqtisadi inkişaf göz qabağındadır. Düşmənlə üz-üzə dayanan tərtərlilər həmişə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində xüsusi rol oynamışlar.
Cəbhə bölgəsində yerləşən Tərtər şəhəri bu gün özünün yeni həyatını, çiçəklənən dövrünü yaşayır. Həyata keçirilən uğurlu iqtisadi siyasət, regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrası, infrastrukturun yenilənməsi, genişmiqyaslı yenidənqurma və tikinti-quruculuq işləri sayəsində Tərtər şəhərinin siması büsbütün dəyişib. Düşmənlə bir neçə addımlıqda yaşayan, işləyən və mübarizə aparan qəhrəman tərtərlilər doğma şəhərlərinin daha da gözəlləşməsi və rayonun sosial-iqtisadi inkişafı naminə əzmlə çalışırlar. Dövlətimizin qayğısı və tərtərlilərin fədakarlığı sayəsində Tərtər şəhəri ölkəmizin ən gözəl, abad, səliqəli şəhərlərindən birinə çevrilib.
Şəhərimizin ən yaraşıqlı küçələrindən biri olan Qaçay Mehdiyev küçəsində abadlıq işlərinə başlanılıb. Burada divarlar aqlay və bəzək daşları ilə üzlənir. Kommunikasiya–işıq, qaz, su və telefon xətləri qaydaya salınır. Ağacların artıq budaqları kəsilir və digər təmizlik işləri görülür. Bu işlər başa çatandan sonra isə küçəyə asfalt örtük salınacaq.
İnsanların məişəti yaxşılaşdıqca, əhval-ruhiyyələri də yüksəlir. Bu baxımdan bizim Rəcəbli kəndinin sakinləri ötən ili sevinclə yola salır, Yeni ili xoş niyyətlərlə qarşılaylırlar.
Bu günlərdə xalqımız Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümünü qeyd etdi. Müstəqilliyimizin ilk illərini yaşlı nəsilin nümayəndələri yaxşı xatırlayırlar. Əslində həmin dövrdə görülən işlər qurucu yox, dağıdıcı bir xarakter daşıyırdı. Bir tərəfdən ermənilərin bizə qarşı apardıqları işğalçılıq siyasəti, əsassız torpaq iddiaları, digər tərəfdən dövləti idarə edənlərin səriştəsizliyi ölkədə anarxiya və özbaşınalıq yaratmışdı.
Bu günlərdə yaşadığımız Vüqar Həsənov küçəsində abadlıq işlərinə başlanması burada yaşayanlar tərəfindən böyük razılıq hissi ilə qarşılanıb. Belə ki, ərazidə olan 5 ikimərtəbəli ictimai yaşayış binasının dam örtükləri dəyişdirilir, fasad hissələri rənglənib qaydaya salınır. Binaların ətrafına asfalt salınır, yaşıllaşdırma işləri görülür.
2018-ci ildə də Tərtər rayonunda tikinti-quruculuq və abadlıq işləri geniş miqyasda davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Tərtər şəhərində 20 ədəd çoxmənzilli yaşayış binalarının fasad hissələri və giriş blokları əsaslı təmir olunmuş, bina həyətlərinə 48 min kv.m asfalt örtüyü qoyulmuşdur.
Yeni ismarıclar