AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV TƏRTƏR HAQQINDA:
…Bu gün Tərtər rayonu uğurla inkişaf edir. Sosial-iqtisadi inkişaf göz qabağındadır. Düşmənlə üz-üzə dayanan tərtərlilər həmişə Azərbaycan dövlətçiliyinin möhkəmlənməsində xüsusi rol oynamışlar.
Tərtər rayonunda işlər düzgün qurulub. Mən rayonda dəfələrlə olmuşam. Xüsusilə son vaxtlar burada gedən quruculuq-abadlıq işləri məni çox sevindirir. Əminəm ki, sizi də sevindirir.
Tərtər şəhəri abadlaşıb, gözəlləşib. Bu gün Tərtər müasir, abad şəhərdir, rayon inkişaf edir, vətəndaşlar daha da yaxşı yaşayırlar.
Bununla bərabər rayonun sosial-iqtisadi inkişafına da böyük diqqət göstərilmişdir.
Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada döyüş bölgəsində, düşmənlə üz-üzə möhkəm dayanıblar və atılan, evlərinə dəyən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir.
Mən 10 il bundan əvvəl Prezident kimi birinci dəfə Tərtər rayonunda olmuşam, bu yerdə vətəndaşlarla görüşmüşəm. O vaxt Tərtərin siması tam başqa idi. Bu gün Tərtər müasir, abad şəhərdir, rayon inkişaf edir, vətəndaşlar daha da yaxşı yaşayırlar.
Kənd yolları salınır. Bir yolun açılışını bu gün qeyd etdik. Artıq bir neçə kənd yolu layihəsi icra edilibdir. Gələn il də bir neçə kəndi birləşdirən yolların salınması nəzərdə tutulub.
Bu, çox böyük layihədir, 1170 ailə bundan sonra 34 çoxmərtəbəli binadan ibarət bu şəhərcikdə rahat yaşayacaq. Burada 1200 şagird yerlik bu gözəl məktəb, uşaq bağçası, musiqi məktəbi, tibb məntəqəsi tikilib. Burada rahat yaşamaq üçün bütün şərait var, infrastruktur yaradılıb.
Mən Tərtər rayonuna müntəzəm olaraq gəlirəm. Keçən il iki dəfə gəlmişdim. Keçən il İçməli su layihəsinin açılışını birlikdə qeyd etmişik, şadam ki, bu layihə indi Tərtər sakinlərinə gözəl xidmət edir.
Növbəti mərhələdə iş yerlərinin yaradılması istiqamətində əlavə tədbirlər görüləcək. Xüsusilə kənd təsərrüfatının inkişafı ilə bağlı bizim böyük planlarımız var. Bizim kənd təsərrüfatı ilə bağlı son təşəbbüslərimiz üzrə Tərtərdə görülən işlər buradakı təqdimatda əksini tapıb.
Tərtər şəhərinin sakinlərinə təmiz içməli su veriləcək və eyni zamanda, kanalizasiya xətləri də tam istismara hazırdır. Gələcək mərhələdə ətraf kəndlərə də içməli su veriləcək.
Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır, ermənilər bu ərazilərə XIX əsrdə köçürülmüşdür… O hadisəni əks etdirən eksponatlar bu gün açdığım Tərtər Tarix-Diyarşünaslıq Muzeyində nümayiş etdirilir.
…Hesab edirəm ki, Tərtər zəhmətkeşlərinin təcrübəsi digər bölgələrdə də tətbiq olunmalıdır. Çünki heç də hər bir rayonda məhsuldarlıq sizdə olduğu kimi deyil.
Tərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir. Şəhərin abadlaşması, şəhərdə və rayonda infrastruktur layihələrinin icrası göstərir ki, Azərbaycanın bütün bölgələri uğurla inkişaf edir və bizim vaxtilə qəbul etdiyimiz regionların sosial-iqtisadi inkişafı proqramı həyatda öz əksini tapır. Biz son illər ərzində bunu Tərtər rayonunun timsalında görürük.
2018-Cİ İLDƏ RAYONUN SOSİAL-İQTİSADİ İNKİŞAFININ YEKUNLARI VƏ QARŞIDA DURAN VƏZİFƏLƏR BARƏDƏ TƏRTƏR RAYON İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI MÜSTƏQİM MƏMMƏDOVUN HESABAT MƏRUZƏSİ
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirildiyindən 2018-ci il də ölkəmiz üçün uğurlu olmuş, tariximizdə 100 illik yubileylərlə, mühüm, zəngin və əlamətdar hadisələrlə yadda qaldı.
Makroiqtisadi sabitlik qorunub saxlanılmış, qeyri-neft sektoru, regionların inkişafı sürətləndirilmiş, özəl bölmənin inkişafı üçün investisiya mühiti yaradılmışdır. Sahibkarlığa dövlət dəstəyi gücləndirilmiş, xalqımızın həyat şəraiti daha da yaxşılaşdırılmışdır. Görülən işlər və əldə olunan nailiyyətlər barədə cari ilin yanvar ayının 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ətraflı təhlil edilmişdir. Cənab Prezident 2018-ci il ərzində dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq Azərbaycanın hərtərəfli, dinamik inkişaf etdiyini bildirmiş, ötən il regionların sosial-iqtisadi inkişafı ilə bağlı III Dövlət Proqramının başa çatdığını, yeni Dövlət Proqramının qəbul olunacağını göstərmişdir.
2018-ci il bütövlükdə ölkəmiz üçün nailiyyətlər ili olduğundan Azərbaycan dünyada ən sürətlə inkişaf edən ölkələr sırasında layiqli yer tutmuşdur. Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsi elan olunmuşdur. Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 10 ən islahatçı dövləti siyahısına daxil edilmişdir. Yeni hesabatda ölkəmiz 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşmış, Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlmişdir.
Dərin islahatlar ili olan 2018-ci ildə ölkəmizdə ümumdaxili məhsul 1,4 faiz, qeyri-neft sektoru 1,8 faiz, sənaye istehsalı 1,5 faiz, kənd təsərrüfatı isə 4,6 faiz artmışdır. Valyuta ehtiyatları 45 mil-yon dollara çatmış, ölkədə 118 min daimi iş yeri yaradılmışdır.
Sənayenin qeyri-neft sektorunda istehsal payı 9,1 faiz artmışdır. Kənd təsərrüfatını stimullaşdırmaq üçün texnikanın alınması diqqət mərkəzində olduğundan təkcə keçən il 5800 texnika alınmışdır. Sahibkarlığın inkişafı ilə bağlı sahibkarlara 160 milyon manat kredit verilmişdir.
Keçən il iri fermer təsərrüfatları və aqroparkların yaradılması istiqamətində lazımi işlər görüldüyündən yaxşı nəticələr əldə edilmişdir. Proqrama görə 51 aqropark və iri fermer təsərrüfatı yaradılmalıdır ki, onlardan 17-si yaradılıb və bu 17 aqroparkın ümumi sahəsi 104 min hektardır.
2018-ci ildə üçüncü peykimiz orbitə buraxılmış, Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuş, TANAP layihəsi işə düşmüş, Ələt Beynəlxalq Ticarət Limanı fəaliyyətə başlamışdır.
Möhtərəm Prezidentimiz ölkəmizin sosial-iqtisadi qüdrətinin və beynəlxalq aləmdə nüfuzunun daha da artırılması məqsədilə keçən il 16 xarici ölkəyə, bölgələrə 24 dəfə səfər etmiş, Azərbaycana 16 dövlət və hökümət başçısı gəlmiş, işgüzar söhbətlər aparılmışdır. Görülən məqsədyönlü işlər nəticəsində Ermənistan istisna olmaqla, qonşu öl-kələrlə əlaqələrimiz daha da yüksək pilləyə qaldırılmışdır.
Dövlət başçısı Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanan Tərəfdaşlıq Prioritetləri sənədinin əhəmiyyətini qeyd etmiş, Azərbaycanın bu ildən Qoşulmama Hərəkatına sədrlik edəcəyini, Xəzər dənizinin hüquqi statusu ilə bağlı imzalanan konvensiyada ölkəmizin mövqeyinin əksini tapdığını bildirmişdir. Ölkə başçısı yığıncaqda 2018-ci ildə hərbi sahədə də böyük nailiyyətlər əldə olunduğunu qeyd etmiş, uğurlu Naxçıvan əməliyyatı nə-ticəsində ordumuzun hazırda 11 min hektar torpağa tam nəzarət etdiyini diqqətə çatdırmışdır.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı möhtərəm Prezidentimiz görülən işlərdən ətraflı danışmış, bu istiqamətlə beynəlxalq təşkilatlar tərəfindən dəstək verildiyini göstərmiş, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bir daha qeyd etmişdir ki, bizim mövqeyimiz dəyişməz olaraq qalır, bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır.
Hesabat ilində ölkəmizdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 626 mənzil verilmişdir. Keçən il 140-dan çox məktəb tikilmiş, 400-ə yaxın hərbçiyə mənzil verilmişdir.
Möhtərəm Prezidentin qeyd etdiyi kimi “Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən, heç bir bey-nəlxalq maliyyə qurumundan, heç bir ölkədən asılı deyil. İqtisadi müstəqillik bizə imkan verir ki, müstəqil siyasət aparaq, Azərbaycan xalqının maraqlarını müdafiə edək”.
Cənab Prezident yekun nitqində 2019-cu ildə qarşıya qoyulan vəzifələrin icra olunacağına əminliyini ifadə edərək bildirmişdi ki, vergi və gömrük sahəsində aparılan islahatların çöx böyük əhəmiyyət daşıdığını, həmin sahələrdə şəffaflığın, dürüstlüyün təmin edildiyini, korrupsiyaya qarşı güclü mübarizənin aparıldığını, sağlamlaşma prosesinin getdiyini və artıq gözəl nəticələrin əldə edildiyini qeyd etdi. Bu il də infrastruktur layihələrin icra ediləcəyini deyən ölkə başçısı qazlaşdırma, içməli su təminatı, kənd və magistral yolların salınması, meliorativ tədbirlərin görülməsi, məcburi köçkünlərin, şəhid ailələri və Qarabağ əlillərinin, həmçinin hərbçilərin sosial şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin həyata keçiriləciyini, cari ildə yeni məktəblərin, tibb müəssisələrinin, Olimpiya idman komplekslərinin, “ASAN xidmət” mərkəzlərinin, Xalça fabriklərinin tikiləcəyini, sahibkarlığın inkişafı ilə bağlı əlavə addımların atılacağını, ölkəmizdə yeni sənaye parklarının və məhəllələrinin yaradılmasının əhəmiyyətinə toxundu, kənd təsərrüfatında, həmçinin turizm sahəsində islahatların nəticə verəcəyinə əmin olduğunu bildirdi.
Odur ki, biz də Möhtərəm Prezidentin proqram xarakterli nitqindən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün qüv-və və bacarığımızı əsirgəməməliyik.
“Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası istiqamətində görülən işlər
Hesabat ilində “Azərbaycan Respublikası Regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proq-ramı”nda rayonumuz üçün nəzərdə tutulmuş tədbirlər icra olunmuşdur. Nəticədə sahibkarlığın inkişafına, yeni iş yerlərinin açılmasına, insanların rifah halının yüksəldilməsinə müsbət təsirini göstərmişdir. Rayonda abadlıq, tikinti, quruculuq işləri geniş miqyasda davam etdirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Tərtər şəhərində 20 çoxmənzilli yaşayış binasının fasad hissələri və giriş blokları əsaslı təmir olunmuşdur. Çoxmənzilli yaşayış binalarının həyətlərinə 48 min kvm asfalt örtüyü salınmışdır.
Şəhərin N.İsgəndərov, N.Nərimanov, Q.Mehdiyev, M.Hüseynzadə və Ə.Paşayev küçələrində abadlıq və yenidənqurma işləri aparılmış, küçələrin istinad divarları bir çox yerlərdə mişar daşı ilə hörülmüş, aqlay və digər bəzək daşları ilə üzlənmiş, küçə kənarına səki daşları düzülmüş, yola asfalt örtüyü salınmışdır. Bundan başqa həmin küçələrdə işıq, qaz, su-kanalizasiya və rabitə xətləri səliqəyə salınmış, yararsız işıq və rabitə dirəkləri yeniləri ilə əvəz edilmişdir. Ə.Paşayev küçəsinin girişində şəhid Ə.Paşayevin barelyefi quraşdırılmışdır.
“Heydər Parkı”nda əsaslı təmir işləri aparılmışdır. Belə ki, parkın ərazisində olan səki və meydançalara 5 min kvadratmetrə yaxın yeni tamet daşları, 1500 paqonometr yeni səki daşları düzülmüş, bəzi yerlərdə qırılmış aqlay daşları yeniləri ilə əvəz olunmuş, yaşıllıq zolaqları yenidən qurulmuş, minlərlə gül kolları əkilmişdir. Parkda olan fantan, oturacaqlar, işıq dirəkləri, zibil qutuları təmir-bərpa olunmuşdur.
Şəhərin E.Səfərov küçəsində 100 yerlik körpələr evi-uşaq bağçası və Ağkənd kəndində kitabxana binası tikilib istifadəyə verilmişdir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı kəndlərarası, uzunluğu 21,5 kilometr olan avtomobil yolunun əsaslı təmiri və yenidənqurulması işləri başa çatdırıl-mışdır. Hazırda Tərtər-Hindarx yolunun əsaslı təmiri işləri aparılır.
Hesabat dövründə rayonda yerli əhəmiyyətli avtomobil yollarında, Tərtər şəhərinin küçə və prospektlərində 1 milyon 610 min manatlıq orta təmir işləri görülmüşdür. Yerli əhəmiyyətli “Kovdadıq-Rəcəbli”, “Təzəkənd, Hacallı-Alışarlı”, “Yuxarı Qaradağlı-Seysulan”, “İsmayılbəyli-Evoğlu”, “Qaynaq-Qaz-yan”, “Çaylı-Talış”, “Hüsənli” avtomobil yollarında təmir-bərpa işləri aparılmışdır.
Şəhər 6 saylı tam orta məktəb və Qazyan kənd ümumi orta məktəblərinin binaları əsaslı təmir olunmuş, Bayandur və Poladlı kəndlərində “Modul” tipli məktəblər quraşdırılıb istifadəyə verilmişdir. Qaradağlı kənd tam orta məktəbin 5 sinif otağı Yaponiya səfirliyi tərəfindən əsaslı təmir olunmuş, müasir inventar və avadanlıqlarla təchiz edilmişdir.
Rayonun Mamırlı, Poladlı, Evoğlu və Təzəkənd kəndlərində içməli su təminatı layihəsinin icrasına başlanılmış, hazırda tamamlama işləri aparılır.
Cari ildə Olimpiya İdman Kompleksinin, Xalça İsehsalı Emalatxanasının, Bayraq muzeyinin tikintisinə başlanılmış, Kovdadıq kəndində 20 şagird yerlik ibtidai və Zolgəran kəndində 56 şagird yerlik ümumi orta “Modul” tipli məktəblərin quraşdırılması işləri davam etdirilir.
Şəhərin H.Əliyev prospektində rayon icra hakimiyyətinin yeni inzibati binasının tikintisi üçün 0,15 ha torpaq sahəsi ayrılmışdır. Obyektin layihə-smeta sənədləri hazırlanmış, tender keçirilmiş, tikinti işlərinə başlanılmışdır.
İl ərzində Ərazilərin minalardan təmizlənməsi üzrə Milli Agentlik tərəfindən rayonda aparılmış əməliyyatlar nəticəsində 832 min 506 kvadratmetr ərazi təmizləmə və ləğvetmə üsulu ilə təmizlənmiş, 398 ədəd mina və partlamamış hərbi sursatlar aşkar edilərək zərərsizləşdirilmişdir.
RAYON TƏDBİRLƏRİ
Rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində, meşə zoladlarında 35 mindən çox müxtəlif növ ağaclar, 6 min gül kolları və 650 min ədəd həmişəyaşıl kolları əkilmişdir.
2018-ci ildə rayonda ümumi məhsul buraxılışının həcmi 166,1 milyon manat olmuş, əvvəlki ilə nisbətən 33,9 faiz azalmışdır. Buna səbəb 2017-ci ildə rayonda iri həcmli layihələrin həyata keçirilməsi olmuşdur. Sənaye məhsulunun həcmi 11,8 faiz artaraq 6 milyon 213,2 min manat, kənd təsərrüfatı məhsulunun həcmi 2,7 faiz artaraq 64 milyon 396,2 min manat, pərakəndə ticarət dövriyyəsinin həcmi 0,7 faiz artaraq 170 milyon 428,4 min manat, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi 1,1 faiz artaraq 31 milyon 112,2 min manat, iaşə xidmətlərinin həcmi 1,6 faiz artaraq 4 milyon 382,6 min manat, orta aylıq əmək haqqı 11,5 faiz artaraq 270,5 manat olmuşdur.
Ötən ildə 8 milyon 128,6 min manatlıq əsas fondlar istifadəyə verilmiş, əsas kapitala yönəldilən investisiyaların həcmi 38 milyon 234,6 min manat olmuşdur. Əsas kapitala yönəldilən investisiyaların 95 faizi və ya 36 milyon 326,8 min manatı tikinti-quraşdırma işlərinə yönəldilmişdir.
Təkcə hesabat dövründə rayonda 4380 yeni iş yerləri açılmışdır ki, onlardan 563-ü daimi iş yerləridir. III Döv-lət Proqramının əhatə etdiyi 2014-2018-ci illərdə rayonumuzda 4715 daimi olmaqla 15296 yeni iş yerləri açılmışdır.
Rayon büdcəsinin gəlirləri 7 milyon 366 min manata qarşı 7 milyon 256.4 min manat və ya 98,5 faiz, dövlət büdcəsinin xərcləri 7 milyon 366 min manata qarşı 6 milyon 832,6 min manat və ya 92,8 faiz icra edilmişdir. Dövlət tərəfindən müdafiə olunan xərc maddələri üzrə bütün ödənişlər vaxtlı-vaxtında təmin olunmuşdur.
Sahibkarlığın inkişafı ilə əlaqədar görülən işlər:
Sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması hesabat ilində də diqqət mərkəzində olmuş, onların sərbəst fəaliyyət göstərmələri üçün sağlam mühit şəraiti yaradılmışdır.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olanlara dövlət tərəfindən hərtərfli dəstək verilir. Sahibkarlara Kömək Milli Fondu tərəfindən 2018-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalına görə 16 nəfər sahibkara ümumi dəyəri 765 min manat olan layihələrə 397 min manat güzəştli kreditlər verilmişdir. Bunun nəticəsində həmin sahibkarlar tərəfindən 98 nəfər işlə təmin olunacaqdır.
Dövr ərzində rayonun ticarət və xidmət şəbəkəsində əhaliyə 170 milyon 428,4 min manatlıq geniş çeşidli istehlak malları satılmış, 31 milyon 112,2 min manatlıq ödənişli xidmətlər, 4 milyon 382,6 min manatlıq iaşə xidmətləri göstərilmişdir. 2017-ci ilə nisbətən pərakəndə ticarət dövriyyəsinin həcmi 0,7 faiz, ödənişli xidmətlərin həcmi 1,1 faiz, iaşə xidmətlərinin həcmi 1,6 faiz artmışdır.
Fərəhləndirici haldır ki, 2018-ci ildə sahibkarlar tərəfindən rayon iqtisadiyyatına qoyulan investisiyaların həcmi əhəmiyyətli dərəcədə artaraq 2 milyon 795 min manat təşkil etmişdir. Rayonun Xoruzlu kəndində “AQROPAT” MMC tərəfindən İntensiv bağçılıq təsərrüfatının yaradılması məqsədilə 70,5 hektar sahədə İspaniya və Türkiyədən gətirilmiş yüksək məhsuldar alma, armud, alça, badam, ərik, gilas, gavalı, heyva, xurma və şaftalı tinglərindən müasir texnologiyalar əsasında bağ salınmışdır. Bu meyvə tingləri əkildikdən 1-2 il sonra bar verməyə başlayır, 4-5 ildən sonra isə ən yüksək məhsuldarlığa çatır. Meyvə ağaclarının küləkdən qorunması üçün bağın kənarlarında 11 min ədəd şam ağacı əkilib. Bağın suvarma suyu ilə təmin olunması üçün 45 min və 21 min kubmetr tutumu olan iki su anbarı inşa edilmişdir. Tərtərçaydan anbarlara vurulan su motorlar vasitəsilə filtirlərə, sonra isə bağa verilir. Bağda ağacların suvarılması mərkəzləşdirilmiş qaydada elektron sistem olmaqla, damcı üsulu ilə həyata keçirilir. Layihənin ümumi dəyəri 2,5 milyon manatdır. Keçən il sahəyə 2 milyon investisiya qoyulmuşdur. Müəssisə tərəfindən bu işlərə 30 nəfər daimi, 150 nəfər mövsimi işlərə cəlb edilib. Hazırda işlər davam etdirilir.
Rayonun Soyulan kəndində “AZ.AQRO.KƏND” MMC tərəfindən pomidor yetişdirilməsi ümumi dəyəri 750 min manat olan müasir istixana tikilir ki, burada 35 nəfər işlə təmin olunacaqdır.
Sahibkar Zəfər Zeynalov tərəfindən rayonda turizmin infrastrukturunun yaradılması məqsədilə Heydər Əliyev prospektində 15 nəfərin işləyəcəyi 2 mərtəbəli, 10 otaqlı 20 yerlik Otel tikintisi üçün 300 min manat investisiya qoyulmuşdur. Layihənin ümumi dəyəri 400 min manatdır.
2018-ci ildə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 21 ticarət və xidmət obyektlərinin tikintisinə icazə verilmiş, 16 ticarət və xidmət obyektlərinin tikintisinə sahibkarların şəxsi vəsaiti hesabına 95 min manat investisiya qoyulmuşdur.
Hesabat ilində rayonun iqtisadiyyatının əsasını aqrar sektor təşkil etdi-yindən sahələrdən yüksək məhsul əldə etmək üçün lazımi tədbirlər həyata keçirilmişdir. Nəticədə kənd təsərrüfatı məhsulunun həcmi 64 milyon 396,2 min manat olmuşdur ki, bu da əvvəlki ilə nisbətən 2,7 faiz artmışdır. Onun 35 milyon 968,9 min manatı bitkiçilik sahəsinin, 28 milyon 427,3 min manatı heyvandarlıq sahəsinin hesabına formalaşmışdır.
Suya ehtiyacı olan əkin sahələrinin suvarma suyu ilə təminatını yax-şılaşdırmaq məqsədi ilə suvarma sistemlərində bir sıra səmərəli işlər görülmüşdür. 2017-ci ildə qazılmış 7 ədəd subartezian quyusu 2018-ci ildə idarənin balansına götürülmüş, 13 ədəd yeni subartezian quyusu qazılaraq istismara verilmişdir.
Əkin sahələrində bol məhsul götürülməsi üçün 2018-ci il ərzində suvarma sistemlərində 791 min kubmetr lildən təmizləmə işi aparılmış, daşqın və selə qarşı mübarizə məqsədilə 56 min kub metr torpaq işləri görülmüş, 34 ədəd hidrotexniki qurğu, 36 ədəd hidrometrik post cari təmir edilmişdir. Kollektor və drenlərdə 70 min kubmetr lildən təmizləmə işləri aparılmış, Buruc arxının 120 metrlik hissəsinə beton üzlük çəkilmişdir.
Rayon üzrə 2018-ci ilin məhsulu üçün kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 26 min 109,3 hektar olmuşdur. Əkin sahəsinin 11 min 725,9 hektarını dənli və dənli paxlalı, 5 min 603,9 hektarını texniki, 1515,4 hektarını kartof, bostan və tərəvəz, 7 min 264,1 hektarını yem bitkiləri təşkil etmişdir. Dövr ərzində əkin sahələrindən 45 min 4,3 ton dənli və dənli paxlalı bitkilər top-lanmışdır. Onun 30 min 984,4 tonu buğda, 13 min 190,8 tonu arpa məhsulu olmuşdur. Hektar üzrə məhsuldarlıq keçən illə müqayisədə buğda üzrə 2,8 setner artaraq 41,1 sentner, arpa üzrə 1,5 setner artaraq 32,9 sentner təşkil etmişdir.
Kənd təsərrüfatı məhsulları istehsalının artırılması məqsədi ilə qüvvələr səfərbər edildiyindən rayonun təsərrüfatlarında 14 min 237,2 ton müxtəlif növ tərəvəz və 5 min 483,6 ton kartof istehsal edilmişdir. Hər hektar tərəvəz sahəsindən orta məhsuldarlıq 2017-ci ilə nisbətən 0,5 sentner artaraq 130,5 sentner olmuşdur.
Hesabat ilində dövlət başçımızın tapşırıq və tövsiyələrinə uyğun olaraq rayonumuzda da pambıqçılığın inkişaf etdirilməsi, pambığın keçmiş şöhrətinin geri qaytarılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmişdir. Görülən işlər öz bəhrəsini vermişdir. Belə ki, dövr ərzində rayonda 3300 hektar sahədə çiyid səpilmiş, sahələrdən 8196,5 ton pambıq tədarük edilmişdir. Pambıq sahələrinin hər hektarından orta məhsuldarlıq 24,8 sentner olmuşdur. Becərmə zamanı suya olan böyük ehtiyaclara baxmayaraq, həyata keçirilən düzgün aqrotexniki qaydalar nəticəsində rayonumuz pambığın hektar üzrə məhsuldarlığına görə ölkə üzrə üçüncü yerdədir.
TARİXİ GÜNLƏR
Ötən il sahələrdən bol şəkər çuğunduru götürülməsi üçün aqrotexniki qaydalara ciddi əməl olunmuş, nəticədə 859 hektar sahədən 29 min 928 ton şəkər çuğunduru istehsal edilmişdir. Hər hektardan orta məhsuldarlıq 34,8 ton olmuşdur.
Kümçülərimiz 10 min 228,3 kiloqram barama istehsal etmişlər ki, bu da 2017-ci illə müqayisədə 2,2 dəfə çoxdur. Sahəni inkişaf etdirmək üçün son 3 ildə 223 min 357 ədəd tut tingi əkilmişdir ki, ondan 103 min ədədi Çin Xalq Respublikasından gətirilmişdir.
Bağçılığı daha da inkişaf etdirmək məqsədilə ötən il rayonumuzda 100,9 hektar yeni bağ salınmışdır. Yeni salınmış bağın 70,5 hektarı intensiv meyvə bağlarıdır. Hesabat ilində rayonda 11,6 hektar üzümlük mövcud olmuşdur ki, onun 11,1 hektarı bar verən yaşdadır. Həmin sahələrdən (talvar üzümü də daxil olmaqla) 1045 ton üzüm yığılmışdır.
Keçən ilin payızında 2019-cu ilin məhsulu üçün 11 min 50,9 hektar sahədə səpin aparılmışdır. 2018-ci ildə rayonumuzda 842 istehsalçıya emal müəssisələrinə istehsal edib təhvil verdikləri xam pambığa görə 839 min manat, 514 istehsalçıya emal müəssisələrinə təhvil verilmiş şəkər çuğunduruna görə 256,4 min manat, 79 kümçüyə barama emalı və ipək istehsalı müəssisəsinə təhvil verdikləri baramaya görə 49,9 min manat, 6809 istehsalçıya əkin sahələrinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına və buğda əkininə görə 1 milyon 202,2 min manat, 280 arıçıya 4510 arı ailəsinə görə 45.6 min manat dövlət büdcəsi hesabına subsidiya verilmişdir. Süni mayalanma yolu ilə doğulan 815 baş buzova görə 81,5 min manat subsidiya hesablanmış və sənədlər Respublika Komissiyasına göndərilmişdir. Bunlardan 644 baş buzova görə 64,4 min manat dövlət büdcəsi hesabına subsidiya ödənilmiş, yerdə qalanı isə 2019-cu ildə ödə-niləcəkdir.
Hesabat ilində sahələrdən bol məhsul götürülməsini təmin etmək məqsədilə 2712 nəfər məhsul istehsalçısına 4160 ton mineral gübrə və 3750 litr herbisit güzəştli şərtlərlə satılmışdır. Xüsusi təhlükəli və karantin tətbiq edilən zərərli orqanizimlərə qarşı mübarizə tədbirlərinin aparılması məqsədi ilə Tərtər rayon Bitki Mühafizə Mərkəzinə 100 kq “Brodifakom” preparatı gətirilmiş və 1946 hektar sahədə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri aparılmışdır. Taxıl və pambıq sahələrində alağa qarşı 2649 hektar sahədə kimyəvi mübarizə, 3063 hektarda mexaniki mübarizə tədbirləri aparılmış, 4014 hektar pambıq sahəsində sovka və digər zərərvericilərə qarşı, 17 hektar buğda sahəsində taxıl böcəyinə qarşı, 98 hektar kartof sahələrində “Kolorado böcəyi”nə qarşı, 490 hektar meyvə bağlarında kimyəvi mübarizə işləri və 822 hektar sahədə aqrotexniki tədbirlər aparılmışdır.
Rayonda 1 yanvar 2019-cu il tarixə 28,5 min başdan çox iribuynuzlu, 54,7 min başdan çox xırdabuynuzlu heyvan olmuşdur. Əvvəlki illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 1153 baş artmış, qoyun və keçilərin sayı 5,6 min baş azalmışdır. 2018-ci ildə diri çəkidə 3 min 71,2 ton ət, 22 min 127 ton süd, 14 milyon 740 min ədəd yumurta, 110,8 ton yun istehsal olunmuşdur. Ötən illə müqayisədə ət istehsalı 7 faiz, süd istehsalı 2,3 faiz, yumurta istehsalı 85,4 faiz artmışdır, yun istehsalı 15,5 faiz azalmışdır.
Aqrolizinq yolu ilə rayona 391 baş cins mal gətirilmişdir ki, onun 33 başı 2018-ci ildə alınmışdır. İl ərzində rayonda süni mayalanma yolu ilə 1840 baş inək və düyə mayalandırılmış, 815 buzov doğulmuşdur.
Ötən illərlə müqayisədə mal-qaraya zoobaytar xidmətlərinin keyfiyyəti yüksəlmiş, mal-qara arasında baş verə biləcək kütləvi xəstəliklərin qarşısını almaq məqsədilə Qarayara, Dabaq, Vərəm, Quduzluq və sair xəstəliklərə qarşı proflaktik peyvəndləmələr aparılmışdır. Nəticədə infeksion xəstəliklər baş verməmişdir.
Bütün bunlarla yanaşı rayonun iqtisadiyyatının əsasını təşkil edən aqrar sahənin daha da inkişaf etdirilməsi üçün bir sıra problemlərin həlli vacibdir. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Lakin məlum hadisələrlə əlaqədar təsərrüfatların suvarma suyuna olan tələbatının ödənilməsində çətinliklər yaranır. Bunun üçün hər il orta hesabla 10 subartezian quyusunun qazılıb istifadəyə verilməsi vacibdir.
AÇILIŞLAR
Heyvan xəstəlikləri, xüsusilə kənd təsərrüfatı bitkilərinin ziyanvericilərinə qarşı mübarizə də lazımi səviyyədə həyata keçirilmir. Odur ki, rayon icra hakimiyyəti başçısının müvafiq şöbələri, Dövlət Aqrar İnkişaf Mərkəzi, sahibkarlar, icra nümayəndələri və bələdiyyələr və aqrar bölməyə daxil olan idarə, müəssisə rəhbərləri göstərilənlərin həyata keçirilməsi istiqamətində çox iş görməlidirlər.
Əhalinin sosial müdafiəsi məsələləri
Hesabat ilində əhalinin sosial müdafiəsi sahəsində də işlər davam etdirilmiş, 9868 pensiyaçıya xidmət göstərilmişdir. Rayon şöbəsi üzrə 19 min 145,1 manat proqnoza qarşı 21 min 430,7 manat yığılaraq proqnoza 111,9 faiz əməl edilmişdir. Buna baxmayaraq qeyd etmək lazımdır ki, rayonda əhaliyə bütün növ pensiya, sosial müavinətlər və əmək haqları plastik kartlarla bankomatlar vasitəsilə ödənilsə də 7 bankomatdan istifadə olunur ki, bu da insanların haqlı narazılığına səbəb olur. Sosial yardıma ehtiyacı olan ailələrin müəyyənləşdirilməsi və onlara ünvanlı sosial yardımın təyin olunmasında bir sıra nöqsanlar tam aradan qaldırılmamışdır. Şöbədə 70-dən yuxarı yaşı olan tənha ahıllara xidmət sahəsində nöqsanlar mövcuddur. Odur ki, Dövlət Sosial Müdafiə Fondu rayon şöbəsinin müdiri Emil Məmmədov göstərilən nöqsan və çatışmazlıqlardan lazımi nəticə çıxarmalı, əhalinin aztəminatlı təbəqəsi ilə işin səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirməlidir.
Əhalinin məşğulluğu məsələləri sahəsində də görülən işlər hesabat dövründə diqqət mərkəzində saxlanılmış, 2299 nəfər işaxtaran vətəndaşdan 451 nəfəri işlə təmin olunmuşdur.
2018-ci ilin oktyabr ayının 5-də rayonda iş axtaran və işsiz vətəndaşların məşğulluğunu təmin etmək məqsədilə “Əmək Yarmarkası” keçirilimişdir. Yarmarkaya 165 boş iş yerləri çıxarılmış, 53 nəfər öz peşə və ixtisasına uyğun olaraq işlə təmin olunmuşdur. İşaxtaran və işsiz vətəndaşların məşğulluğunu təmin etmək üçün “Özünüməşğulluq” layihəsi çərçivəsində 100 nəfər vətəndaş kurslara cəlb olunmuş, kursu bitirdikdən sonra 94 nəfər biznes planda nəzərdə tutulmuş aktivlərlə təmin olunmuşdur.
Rabitə xidmətini daha da yaxşılaşdırmaq məqsədilə də hesabat ilində bir sıra tədbirlər görülmüşdür. Rayon ərazisində 9 internetklub və 1 tədris kursu fəaliyyət göstərir, 3169 abonent internet istifadəçisidir.
Rayon əhalisinə 427 ədəd telefon çəkilmişdir, 98 abonentin rabitə xətti yenisi ilə əvəz olunmuş, rayonun 13 kəndində xətt şəbəkəsində təmir bərpa işləri aparılmışdır. 1056 nömrə tutumu olan Şıxarx qəsəbəsində yeni tikilmiş NGN tipli EATS qovşağın balansına götürülmüş və 141 mənzilə nömrənin çəkilişi təmin olunmuşdur. Tərtər şəhərində aparılan abadlıq işləri ilə əlaqədar Nəriman Nərimanov, Nicat İsgəndərov, Mehdi Hüseynzadə, Ədalət Paşayev, R.Mürsəlov, E.Səfərov, V.Orucov, M.Kərimov küçələrində hava rabitə xətləri texniki normaya uyğunlaşdırılmış, səliqəyə salınaraq yol kənarına çəkilmişdir. Yeni yol çəkilişi ilə əlaqədar olaraq Xoruzlu, Gülabatlı və Buruc kəndlərində rabitə xətlərinin yeri dəyişdirilərək yol kənarına çəkilmişdir. Lakin burada görülən işlərlə yanaşı, nöqsan və çatışmazlıqlar mövcuddur. Belə ki, rayonun əksər yaşayış məntəqələrindəki telefon dirəklərinin çoxu istifadəyə tam yararsız hala düşmüşdür. Ayrı-ayrı evlərə gedən telefon xətləri qeyri-qanuni olaraq işıq dirəklərinə qoşulmuşdur ki, bu da olduqca təhlükəlidir. Rayonda 3169 internet istifadəçisi olsa da lakin verilən internetin sürəti çox aşağıdadır. Bu da istifadəçilərin haqlı narazılığına səbəb olur. İdarənin müdir əvəzi Bəhmən Sadıqov göstərilən nöqsanların aradan qaldırılması üçün lazımi tədbirlər görməlidir.
“Azərpoçt” MMC-nin Tərtər rayon filialında il ərzində nəzərdə tutulmuş 230,4 min manat plana qarşı 250,2 min manatlıq xidmət göstərilərək plan tapşırığı 108,6 faiz yerinə yetirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 5 mart 2018-ci il tarixli yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı Sərəncamına əsasən rayonun bütün yaşayış məntəqələrində əhali 100 faiz qazla təchiz edilmişdir.
Əhalinin qaz təminatını yaxşılaşdırmaq məqsədilə xidmətin ərazisində olan 100 qaz tənzimləyici qurğu və 851 qaz siyirtmələri saz vəziyyətdə saxlanılmışdır. Rayonun 11 kəndində ŞQTM quraşdırılaraq istismara verilmişdir. “Təmiz qaz” MMC tərəfindən aparılmış texniki baxış zamanı il ərzində 4514 qaz sızmaları aşkar edilərək ləğv edilmişdir.
2018-ci ildə istehlakçıları fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün 35/6 kv-luq Tərtər yarımstansiyası ləğv edilərək 110/35/6 kv -luq Tərtər yarımstansiyasına birləşdirilmişdir. 110/35/6 kv-luq Tərtər yarımstansiyasında isə ən müasir standartlara cavab verən yenidənqurma işləri aparılmış və bu yaxınlarda yeni inzibati binası və avadanlıqları ilə birlikdə istifadəyə veriləcəkdir.
Əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün 16 min 80 metr müxtəlif markalı kabeldən və 15 min metrdən çox naqildən istifadə olunmuşdur. İstifadəyə yararsız dayaqların yerinə 180 ədəd dəmir beton dayaq və 165 ədəd metal dayaq əkilmiş, istismar müddətini başa vurmuş 11 ədəd transformator yenisi ilə əvəz edilmişdir.
Şıxarx qəsəbəsi və Həsənqaya kəndində 6/0.4 kv-luq hava xəttlərinin yenilənməsi üçün layihəyə əsasən 179 ədəd metal dayaq əkilmiş, 2180 metr müxtəlif markalı “SİP” kabel və şəhərin küçələrində 1100 metr hava xətlərində “SİP” kabel çəkilmişdir.
Azərbaycan Respublikasının Prezidentinin 9 aprel 2018-ci il tarixli “Əhalinin içməli su təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən 2018-ci ildə Tərtər rayonunun daha 4 kəndində (Evoğlu, Mamırlı, Poladlı, Təzəkənd) əhalinin içməli su təminatının yaxşılaşdırılması nəzərdə tutulmuşdur. Mamırlı, Poladlı, Evoğlu kəndlərində 3 ədəd subartezian quyusu qazılmış, küçələrə su xəttləri çəkilmiş, su anbarı, su çənləri və bulaqlar quraşdırılmışdır. Təzəkənd kəndində isə 16 kubmetrlik su çəninin, 21 ədəd bulağın quraşdırılması və 1 ədəd subartezian quyusunun qazılması işləri davam etdirilir.
Mənzil istehsalat təmir istismar sa-həsi 4013 nəfər şəhər əhalisinin yaşadığı 1248 mənzili olan 104 çoxmərtəbəli yaşayış binasına xidmət göstərmişdir. Ərazilərdə təmizlik, bərpa və səliqə-səhman işləri davam etdirilmişdir. 2018-ci ildə 21,3 min manat kommunal xidmət haqqı yığılmışdır.
Tərtər şəhər Kommunal Təsərrüfat İdarəsi tərəfindən 77 min 195 kubmetr məişət tullantıları vaxtında təmizlənib daşınmış, əhaliyə 835 min 202 manat məbləğində kommunal xidmət göstərilmişdir.
Təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələri üzrə
Hesabat ilində rayonda 47 ümum-təhsil məktəbi fəaliyyət göstərmişdir. Bu məktəblərdə təhsil alan 10 min 339 nəfər şagirdin təlim-tərbiyəsi ilə 1387 nəfər müəllim məşğul olmuşdur. Ötən müddət ərzində rayonun təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün işlər davam etdirilmişdir. Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi tərəfindən göndərilən mal və inventarlar bölgü əsasında məktəblərə paylanmışdır.
Məktəblərdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 95-ci ildönümü münasibəri ilə silsilə tədbirlər keçirilmişdir.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə “Ölkəmizi tanıyaq” devizi altında keçirilən iki tur-aksiyada istedadlı və təhsildə fərqlənən 80 nəfər IX və XI sinif şagirdləri mart ayında Qəbələ-Zaqatala-Şəki, noyabr ayında isə Quba-Qusar-Xaçmaz rayonlarına səfər etmişlər.
2018-ci ilin iyun ayında rayonun ümumtəhsil məktəblərinin IX və XI siniflərində təhsil alanlar üçün buraxılış imtahanı keçirilmişdir. İmtahanda iştirak edən IX siniflər üzrə 811 nəfər ümumi orta təhsil səviyyəsi üzrə, XI siniflər üzrə 602 şagird isə tam orta təhsil səviyyəsi üzrə təhsillərini başa vurub attestat almışlar.
XI siniflərin buraxılış imtahanlarında hər üç fəndən “Əla” qiymət alan 3 nəfər şagirdin “Qızıl medal”a namizədliyi Təhsil Nazirliyinə təqdim olunmuş, onlardan şəhər 2 saylı məktəb-liseyin şagirdi Kərimova Nuranə Elçin qızı, Dəmirçilər kənd tam orta məktəbin şagirdi Bayramova Kubra Talıb qızı “Qızıl medal”a, Ələsgərli kənd tam orta məktəbinin şagirdi Paşazadə Gültac Yaqub qızı “Gümüş medal”a layiq görülmüşdür.
Məktəblilərin Fənn Olimpiadalarında şagirdlərin iştirakı təmin olunmuşdur. Olimpiadanın yarımfinal turunda qalib olan şəhər 2 saylı məktəb-liseyin XI sinif şagirdləri Kərimova Nuranə Elçin qızı (tarix), Səfərov Kamran Hafiz oğlu (coğrafiya) və Ələsgərli kənd tam orta məktəbin XI sinif şagirdi Paşazadə Gültac Yaqub qızı (coğrafiya) Fənn Olimpiadasının final mərhələsində III yeri tutaraq Təhsil Nazirliyinin qiymətli hədiyyələri, medal və diplomla təltif olunmuşdur.
Keçən tədris ilində rayonun tam orta məktəblərini bitirmiş 588 nəfərdən 363 nəfəri yəni, 61 faizi ali məktəblərə qəbul üçün sənəd vermiş, onlardan 247 nəfəri yəni, 68 faizi ixtisaslar üzrə keçid balını toplamışdır. Sənəd verənlərdən 19 nəfəri 500-dən, 10 nəfəri 600-dən yuxarı nəticə əldə etmişdir. Ümumilikdə 2018-ci ildə ali məktəbə qəbul olanların sayı 224 nəfər olmuşdur ki, bu da keçən illə müqayisədə 9 nəfər çoxdur. Ümumtəhsil məktəblərinin məzunlarından 108 nəfəri isə orta ixtisas təhsili müəssisələrinə qəbul olmuşdur. Ali təhsil müəssisələrinə qəbul zamanı Gülabatlı, Buruc, şəhər 2, 5, 6 saylı tam orta məktəblərin məzunları yüksək nəticələr əldə etmişlər. Lakin təəssüflə qeyd etməliyəm ki, Qaraağacı (5 faiz), Borsunlu (6 faiz), Köçərli (10 faiz), Cəmilli (11 faiz), Şıxarx kənd 2 saylı (12 faiz), Ələsgərli kənd tam orta məktəb (14 faiz) aşağı nəticə göstərmişlər. Rayon Təhsil şöbəsinin rəhbərliyi və adıçəkilən məktəblərin rəhbərləri bundan ciddi nəticə çıxarmalı, müəssisələrdə təlim və tərbiyənin yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirməlidirlər. Rayonda ötən il ərzində təhsil sahəsində bir sıra uğurlar əldə edilsə də, təəssüflə qeyd etməyi lazım bilirəm ki, ümumtəhsil müəssisələrində işlər müasir tələblər səviyyəsinə çatdırılmamışdır. Rayonun məktəblərinin böyük əksəriyyətində yuxarı sinif şagirdlərinin dərslərə davamiyyəti zəifdir. Müəllimlərin çoxu öz üzərində işləmir, müasir təlim metodlarını lazımı səviyyədə öyrənmirlər.
Şagirdlərin elmi biliklərə yiyələnməsi işində nöqsanlar və çatışmazlıqlar hələ də mövcuddur. Hamıya məlumdur ki, son illərdə şagirdlərin böyük əksəriyyəti repetitorlar tərəfindən hazırlaşdırılır. Məktəblərdə isə şagirdlərin dərin elmi biliklərə yiyələnməsi lazımi səviyyədə dərs keçirilimir. Odur ki, bu sahədə repetitorlara ehtiyacı azaltmaq üçün ciddi tədbirlər görülməlidir.
RAYONUMUZUN QONAQLARI
2017-2018-ci tədris ilində Tərtər İlk Peşə İxtisas Təhsili Məktəbdə təhsil alan 127 şagirdin təlim-tərbiyəsi ilə 6 nəfər istehsalat təlimi ustası, 1 nəfər sü-rüş təlimi ustası və 16 nəfər ixtisas fənn müəllimi məşğul olmuşdur. Dövr ərzində əvvəlki illərdən fərqli olaraq məktəbin maddi-texniki bazasının möhkəmlənməsi üçün bir sıra inventar və avadanlıqlar alınıb istifadəyə verilmişdir. Şagirdlərin informasiya kommunikasiya sahəsində biliklərinin artırılması məqsədi ilə 23 ədəd kompüter dəsti vardır ki, onlardan 17 ədədi internetə qoşulmuşdur. 4 ixtisas üzrə 4 qrupda 76 şagird məktəbi bitirmişdir.
Əvvəllər məktəbdə 34 məcburi köçkün ailəsi məskunlaşmışdır ki, bu da tədrisin səmərə və keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu. Lakin Möh-tərəm Prezidentimizin diqqət və qayğısı sayəsində həmin ailələr Şıxarx qəsəbəsi ərazisində köçkünlər üçün inşa edilmiş qəsəbəyə köçürülmüşlər.
Keçən il rayonun yaşayış məntəqələrində 28 körpələr evi-uşaq bağçası fəaliyyət göstərmişdir. Bu müəssisələrdə 1525 uşaq tərbiyə almışdır. Cari ildə isə Şıxarx qəsəbəsində 280 yerlik 5 saylı şəhər körpələr evi-uşaq bağçası fəaliyyətə başlamışdır. Rayon mərkəzində və kəndlərdə körpələr evi-uşaq bağçalarının işinin yaxşılaşdırılması istiqamətində rayon icra hakimiyyəti tərəfindən bir sıra tədbirlər həyata keçirilmişdir.
Rayon əhalisinin sağlamlığının qorunub saxlanılması, onlara göstərilən tibbi xidmətin səviyyəsinin yaxşılaşdırılması və tibbi müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün xeyli işlər görülmüşdür. İl ərzində 438 min 408 manatlıq dərman preparatları və sarğı materialları alınmışdır. Ondan 336 min 80 manatlıq dərman preparatları imtiyazlı xəstələr qrupuna verilmişdir.
Rayonun doğuşayardım tibb müəssisələrinə 537 nəfər hamilə qəbul olunmuş, 538 uşaq doğulmuşdur. Yeni doğulmuşlara vərəm, polimelit və B hepotiti əleyhinə peyvəndlər vurulmuşdur.
İl ərzində 0-1 yaş qrupuna aid 3 uşaq ölmüşdür. Keçən ilin müvafiq dövrü ilə müqayisədə uşaq ölümü 1 nəfər çoxdur ki, bu da avtomobil qəzası nəticəsində baş vermişdir.
Rayonun tibb müəssisələrində ruhi əsəb kabinetində dispanser müşahidəsində olan 554 nəfərdən 13 nəfəri, qeydiyyatda olan 1005 nəfər vərəm xəstəsindən 47 nəfəri, 2030 nəfər şəkərli diabet xəstəsindən 173 nəfəri, 521 nəfər onkoloji xəstədən 145 nəfəri ilkin olaraq aşkarlanmış və müalicəyə cəlb olunmuşlar.
Nikaha daxil olan 230 cütlük qan müayinəsindən keçirilmiş, 8 nəfər isə tək yoxlanılmışdır. Bunların 12 nəfərində talassemiya daşıyıcılığı, 2 nəfərdə patoloji hemoqlobin S daşıyıcılığı, 1 nəfərdə sifilis aşkar olunmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci ilin fevralın 12-dən may ayının 12-dək bütün ölkə vətəndaşlarının tibbi müayinədən keçirilməsi ilə bağlı tapşırığının icrası ilə əlaqədar rayon üzrə 57 min 933 nəfər tibbi müayinədən keçmiş, müxtəlif xəstəliklər aşkarlanmış, 3932 nəfər ambulator, 75 nəfər isə stasionar müalicəyə cəlb edilmişdir.
Rayonda səhiyyə xidməti sahəsində görülən bir sıra müvəffəq işlərlə yanaşı, nöqsanlar və çatışmazlıqlar qalmaqdadır. Belə ki, mərkəzi rayon xəstəxanasında 40 nəfər ixtisaslı həkimə ciddi ehtiyac vardır. Təəssüf doğuran haldır ki, dəfələrlə hesabat yığıncaqlarında deyilməsinə baxmayaraq, xəstəxana rəhbərliyi tərəfindən bu istiqamətdə lazımi işlər görülməmişdir. Odur ki, şöbənin baş həkimi Yaşar Hüseynov ciddi nəticə çıxarmalı, xəstəxananın ixtisaslı kadrlarla təmin olunması üçün aidiyyatı təşkilatlar qarşısında məsələ qaldırmalıdır.
Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən il ərzində rayonun ya-şayış məntəqələrində yoluxucu xəstəliklərin azaldılması və qarşısının alınması istiqamətində bir sıra işlər görülmüşdür. Görülmüş tədbirlər nəticəsində rayonun yaşayış məntəqələrində difteriya, göyöskürək, tetanus, qızılca və polimelit kimi təhlükəli xəstəliklər qeydə alınmamışdır. 1 nəfər təzə brüselyoz xəstəsi aşkar edilərək müalicəyə cəlb olunmuşdur. Bunlarla yanaşı, mərkəzdə nöqsanlar da mövcuddur. Sanitariya və gigiyena qaydalarını pozan, küçə ticarəti ilə məşğul olan vətəndaşlar barədə lazımi tədbirlər görülmür. Rayonun yaşayış məntəqələrində sanitar-epidemioloji şəraitin yaxşılaşdırılması, ətraf mühitin qorunması və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində zəif iş aparılır.
2018-ci il ərzində rayonun mədəni-maarif müəssisələrində də müəyyən işlər görülmüşdür. Belə ki, burada əlamətdar və tarixi günlər, ayrı-ayrı görkəmli şair, yazıçı, dövlət xadimlərinin yubileyləri qeyd olunmuşdur. Rayon mərkəzində, kənd yaşayış məntəqələrində və rayonun ərazisində yerləşən hərbi hissələrdə müxtəlif səpkili mədəni-kütləvi tədbirlər keçirilmişdir.
Rayonda 24 tarix və mədəniyyət abidəsi vardır ki, onlardan 1-i dünya, 15-i ölkə əhəmiyyətli arxeoloji abidə, 7-si yerli əhəmiyyətli arxeoloji abidələrdir. Abidələrin hamısı mühafizə olunur.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyi münasibətilə rayonun mədəniyyət müəssisələrində və tarix-diyarşünaslıq muzeyində yubiley tədbirləri təşkil edilmişdir. Bununla yanaşı təəssüflə qeyd olunmalıdır ki, bu sahədə əhaliyə göstərilən mədəni xidmətin səviyyəsi günün tələblərinə cavab vermir. Müəssisələrin böyük əksəriyyətinin binaları tamamilə yararsızdır, Çalğı alətlərinə, digər inventar və avadanlıqlara ehtiyac vardır. Odur ki, idarənin rəhbərliyi aidiyyəti təşkilatlar qarşısında sahədəki mövcud problemlərin aradan qaldırılması üçün konkret məsələlər qaldırmalıdır.
Ölkəmizdə gənclərə göstərilən dövlət qayğısı sayəsində rayonumuzda da gənclərin sağlam həyat tərzinin, məşğulluğunun təmininə, fəallığının artırılmasına, idmanın inkişafına, gənclərin “Xəmsə” intellektual, “Şahin” hərbi idman oyununda iştirakına yönəlmiş tədbirlər keçirilmişdir. Gənclərin intellektual səviyyəsinin, dünyagörüşünün, kompüter texnologiyaları sahəsində biliklərinin artırılması və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə il ərzində idarədə gənclər və idman üzrə 87 tədbir keçirilmişdir. “İrəli”, “İnnovativ gənclər”, “Xəzər İntellektual Gənclər Klubu”, “Gənc vətəndaş” maarifləndirmə, “Tərxis olunmuş hərbçilərin gəncləri maarifləndirmə” ictmai birliklərinin təşkilatçılığı ilə keçirilən tədbirlər və idmanın müxtəlif növləri üzrə təhsil şöbəsi ilə birgə keçirilən idman yarışları böyük maraqla qarşılanmış, həmin tədbirlərdə 4104 nəfər iştirak etmişdir.
Rayonun gənc idmançısı boks üzrə üçqat Azərbaycan Çempionu, Yeniyetmələr üzrə yığma komandanın kapitanı Murad Allahverdiyev Rusiyanın Anapa şəhərində keçirilən boks üzrə yeniyetmələr arasında Avropa birinciliyinin ən yüksək pilləsində yer almışdır.
Sevindirici haldır ki, məşqçi-müəllim kimi fəaliyyət göstərən Faiq Məmmədov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “Əməkdar məşqçi”, boksçu Murad Allahverdiyev isə “İdman ustası” adına layiq görülmüşdür.
Gənclərlə aparılan işlər bundan sonra da diqqət mərkəzində saxlanılmalı, rayonda idmanın daha da inkişaf etdirilməsi üçün tədbirlər görülməlidir.
İdeoloji işin təşkili, ictimai-siyasi vəziyyət
2018- ci il ərzində rayonda aparılan ideoloji işin əsasını Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev irsinin öyrənilməsi təşkil etmişdir. Ulu öndər Heydər Əliyevin siyasi irsinin öyrənilməsində, gənclərin dünyagörüşünün genişləndirilməsində, bilik və bacarıqlarının artırılmasında mühüm əhəmiyyət kəsb edən Heydər Əliyev Mərkəzində 32 tədbir keçirilmiş, 1780 nəfər iştirak etmişdir. Ümumilikdə il ərzində mərkəzi 3582 nəfər ziyarət etmişdir. Mərkəzin kitabxanasında oxu-cu aktivliyi artmış, kitabxana xidmətindən 735 nəfər istifadə etmişdir.
2018-ci ilin sentyabr ayından etibarən mərkəzdə “Həvəskar aktyorluq və bədii qirayət”, “Bacarıqlı əllər” dərnəkləri fəaliyyətə başlamışdır. Mərkəzə vaxtaşırı rayon ictimaiyyətinin, məktəblilərin ekskursiyaları təşkil edilmiş, Heydər Əliyev irsi və Azərbaycanın inkişaf perspektivləri təbliğ olunmuşdur. Mərkəz ideoloji işin daha da gücləndirilməsində əsas rol oynamışdır.
Dövr ərzində rayonda 11 siyasi partiya fəaliyyət göstərmişdir. Partiyaların informasiya bazasının təhlili göstərir ki, rayonun ictimai-siyasi həyatına yalnız Yeni Azərbaycan Partiyasının rayon təşkilatı təsir göstərir. Rayonun sosial-iqtisadi qüdrətinin iləbəil artırılmasında YAP fəallarının böyük əməyi vardır. Yaradıcısı Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasına insanlar böyük inam bəsləyirlər. Bunun nəticəsidir ki, əsl xalq partiyası kimi tanınan bu partiyaya qəbul olanların sayı durmadan artır. Hazırda partiyanın rayon təşkilatının uçotunda 6353 nəfər üzv vardır. Hesabat ilində 251 nəfər partiya sıralarına qəbul olunmuşdur. Onlardan 115 nəfəri və ya 46 faizini gənclər təşkil edir.
Rayonda 1 Dini icma, 5 məscid, 1 ziyarətgah, 4 qeyri-hökumət təşkilatı fəaliyyət göstərmişdir. Tərtər “Cümə” məscidində yas mərasimləri və dini ayinləri icra edən 11 nəfər molla vardır ki, onlardan 3 nəfəri dini attestasiyadan keçmiş, 3 nəfər isə kənd məscidlərinə (Qaynaq, Hacıqərvənd, Əskipara) mütəvəlli təyin olunmuşdur. Məsciddə fəaliyyət göstərən mollalardan 3 nəfəri Bakı İslam Universitetini bitirmiş, 3 nəfəri həc ziyarətində olmuş, 5 mollanın isə dini təhsili yoxdur.
YENİ OBYEKTLƏR
Rayon ərazisində həmişə ənənəvi dini ayinlər icra olunmuşdur. Həyata keçirilən tədbirlər və maarifləndirmə işləri nəticəsində radikalyönümlü, başqa məhsəblərə ibadət edənlər olmamışdır. Rayon icra hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiya və digər aidiyyəti qurumlar dindarlar arasında ictimai-siyasi duruma ciddi nəzarət etmiş, zərərli dini ədəbiyyatın rayona gətirilməsinin və yayılmasının qarşısının alınması istiqamətində zəruri tədbirlər həyata keçirmişdir.
Rayonda dini durumun sabit və normal olması üçün dini maarifçilik sahəsində, vətəndaşların radikal dini qruplaşmalarının, qeyri-ənənəvi təriqətlərin təsiri altına düşməməsinin, mövhumatçılığa, xurafata meyillənməsinə qarşı aparılan işlər daha da gücləndirilmişdir. İctimai-siyasi vəziyyətə təsir edən amillər daim nəzarətdə saxlanıldığından ərazidə siyasi və dini durum sabit olmuşdur. Tərtərlilər xalqımızın böyük oğlu, Ümummilli Lider Heydər Əliyev ideyalarına sadiqdirlər və Möhtərəm Prezidentimiz İlham Əliyevin daxili və xarici siyasətini dəstəkləyərək ətrafında sıx birləşmişlər.
Müddət ərzində rayonda ictimai-siyasi təşkilatlar dini qurumlarla, aztəminatlı ailələr, qaçqın və məcburi köçkünlərlə, kütləvi informasiya vasi-tələri ilə səmərəli iş aparmışlar. İdarə, müəssisə və təşkilatlarda ideya – siyasi təbliğat işinin qurulması istiqamətində müvafiq işlər görülmüş, dövlət orqanları eyni zamanda Qeyri-Hökumət Təşkilatları tərəfindən keçirilən ictimai treninq və təlimlərdə müzakirə olunan məsələlərlə bağlı müvafiq işlər aparmışlar.
Rayonda dövri olaraq nəşr olunan “Yeni Tərtər” qəzetində ölkə başçısı cənab İlham Əliyevin uğurlu, daxili və xarici siyasətinin təbliği qəzetin prioritet istiqamətini təşkil etmişdir. Rayonun sosial-iqtisadi inkişafı, infrastrukturun yenilənməsi, əhalinin sosial problemlərinin həlli məqsədi ilə həyata keçirilən tədbirlər, şəhid ailələrinə, əlillərə, tənha və imkansızlara göstərilən diqqət və qayğı qəzetdə müntəzəm işıqlandırılmışdır.
Rayonda siyasi durum sabitdir, tərtərlilər həmişə olduğu kimi, xalqımızın Ümummilli Lideri Heydər Əliyev ideyalarına və onun siyasi kursunun ən layiqli davamçısı Möhtərəm Prezidentimizə, dövlətə və dövlətçiliyə sədaqətlərini hər vasitə ilə nümayiş etdirirlər.
Rayonda yaradılmış 5 təşviqat qrupu hər həftə əhalinin məlumatlandırılmasını təmin etmişdir. Əhalinin bütün zümrələrini təşkil edən görüşlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti, nitqlərindən irəli gələn vəzifələr, sosial-iqtisadi inkişaf və həyata keçirilən genişmiqyaslı layihələr haqqında anallitik məlumatların əhaliyə çatdırılması təmin edilmişdir.
Keçirilən bütün toplantılarda tərtərlilər bir daha Möhtərəm Prezidentimizə, Ümummilli Liderimiz Heydər Əliyevə hədsiz məhəbbət və rəğbət hissi nümayiş etdirmişlər. Dövlətçiliyimizin daha da möhkəmləndirilməsi, xalqımızın milli-mənəvi dəyərlərinə hörmətlə yanaşılması, vətənpərvərlik və azərbaycançılıq ideyalarının ictimaiyyətə çatdırılması yolunda cənab Prezidentimiz İlham Əliyevə daim dəstək olacaqlarını vurğulamışlar.
Rayon icra hakimiyyətində əlamətdar, tarixi günlər və bayramlar geniş qeyd edilmiş, ictimaiyyət nüməyəndələrinin, siyasi partiyalar və ictimai birliklərin iştirakı ilə 62 ümumrayon toplantısı keçirilmişdir. Rayon icra hakimiyyəti tərəfindən keçirilən tədbirlərdə 1015 nəfər hədiyyə ilə təltif olunmuş, müxtəlif yardım və ərzaq bağlamaları almışlar.
Dövr ərzində rayon icra hakimiyyəti öz fəaliyyətində rayon ərazisində Azərbaycan Respublikası Konstitusiyasının, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının, Azərbaycan Respublikası qanunlarının, hökümət qərarlarının qərar və sərəncamlarının, digər mərkəzi icra hakimiyyəti orqanlarının normativ – hüquqi aktların yerinə yetirilməsinə nəzarəti həyata keçirmiş, vətəndaşların hüquq və azadlıqlarının müdafiə edilməsi, əhalinin rifahının daha da yaxşılaşdırılması üçün müvafiq tədbirlər görmüşdür.
Rayonda cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, ictimai təhlükəsizliyin təmin edilməsi, qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər görülmüşdür. Gənclərin müddətli həqiqi hərbi xidmətə çağırılmasına, onların hərbi hazırlığının təşkilinə qanunvericiliyə uyğun olaraq köməklik göstərilmişdir.
Hesabat ilində rayonda 171 cinayət hadisəsi qeydə alınmışdır. Onlardan 157-nin, yəni 94,6 faizinin açılması təmin edilmişdir. Göründüyü kimi, 2017-ci ildə cinayətlərin sayı ötən illə müqayisədə 50 fakt artmış, açılma faizi isə 3,9 faiz artmışdır. Bununla yanaşı, cari ildə rayon ərazisində 22 yol-nəqliyyat hadisəsi qeydə alınmışdır. Nəticədə 6 nəfər ölmüş, 28 nəfər müxtəlif dərəcəli bədən xəsarəti almışdır. 2017-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 18 fakt artmış, ölənlərin sayı 4 nəfər, xəsarət alanların sayı isə 10 nəfər çox olmuşdur.
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə əlaqədar olaraq narkotiklərlə mübarizə sahəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində 18 cinayət faktı və 2 fakt isə inzibati qaydada aşkarlanmışdır. Aşkar edilmiş faktlar üzrə 17 nəfər şəxs barəsində cinayət işi başlanılmışdır ki, onlardan 5 nəfərə qətiimkan tədbiri seçilmiş, 12 nəfər şəxs barəsində isə “polisin nəzarəti altına vermə” qərarı verilmişdir. “Xaş–Xaş 2018” şərti kompleks əməliyyat axtarış və profilaktiki tədbirlər planının yerinə yetirilməsi ilə əlaqədar olaraq rayon ərazisində keçirilmiş tədbirlər nəticəsində 0,92 hektar sahədən çəkisi 2652 kilo 820 qram olan yabanı halda bitmiş çətənə kolları müəyyən edilərək yandırma yolu ilə məhv edilmişdir. Bu sahədə işləri yaxşılaşdırmaq üçün insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cəmiyyətin mənəvi dəyərlərinə böyük zərbə vuran, bir çox ağır cinayətlərin törədilməsinin əsas səbəblərindən olan narkotik vasitələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirləri daha da gücləndirilməli, əhalinin bütün zümrələri arasında maarifləndirmə işləri diqqət mərkəzində saxlanılmalıdır.
Rayonun dövlət və özünüidarəetmə orqanlarının fəaliyyətinin Milli Fəaliyyət Planının tələblərinə uyğun qurulması, korrupsiya şəraiti yaradan halların aradan qaldırılması, qabaqlayıcı tədbirlərin görülməsi, həmçinin korrupsiyaya qarşı mübarizə ilə əlaqədar olaraq maarifləndirmə və əməkdaşlıq sahəsində müvafiq tədbirlərin həyata keçirilməsi təmin edilmişdir.
Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiya vasitəsi ilə yetkinlik yaşına çatmayanlara tərbiyəvi təsir göstərmək, onların hüquqlarını və qanuni mənafelərini qorumaq, qanunazidd əməllərinin qarşısını almaq məqsədilə komissiyanın 2018-ci ildə keçirdiyi 15 iclasında 21 məsələ müzakirə edilmiş və bu müzakirələr zamanı yetkinlik yaşına çatmayanlarla aparılan iş, onların asudə vaxtının təşkili, sağlamlığının möhkəmləndirilməsi sahəsində görülmüş işlər ətraflı təhlil edilmiş, bu işlərin səmərəliliyinin artırılması üçün müvafiq tədbirlər müəyyənləşdirilmişdir.
Müxtəlif səbəblərdən valideyn himayəsindən məhrum olmuş 5 uşaq qəyyumluğa və himayəyə verilmişdir.
İnzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının və notariat əməliyyatlarının aparılmasının vəziyyəti vaxtaşırı olaraq öyrənilmiş, görülmüş işlər rayon icra hakimiyyəti başçısı yanında Şura iclasında müzakirə edilmiş və onlara müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.
İl ərzində rayon üzrə 600 doğum, 517 ölüm, 176 nikahın qeydə alınması və 141 nikahın ləğv edilməsi aktlarının dövlət qeydiyyatı həyata keçirilmişdir. Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı nəticəsində 4991 manat dövlət rüsumu ödənilmişdir.
Rayon icra hakimiyyəti Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, döyüş əməliyyatlarında itkin düşmüş, əlil olmuş və orduda xidmət edənlərin ailələrinin sosial müdafiəsinə qayğı göstərilməsini də diqqət mərkəzində saxlamışdır. Şəhid ailələrinin hüquqlarının qorunması və bu ailələrə rayon icra hakimiyyəti, digər əlaqədar təşkilatlar və ayrı-ayrı vətəndaşlar tərəfindən xüsusi qayğı göstərilməsi davam etdirilmişdir.
Həqiqi hərbi xidmətə çağırış ilə əlaqədar olaraq rayonda həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ildə 327 nəfər gənc ordu sıralarına həqiqi hərbi xidmətə göndərilmiş, 20 nəfər çağırışa qədər yaşlı gənc sürücülük kursuna cəlb edilmişdir. Eyni zamanda 2 nəfər Heydər Əliyev adına Ali Hərbi Məktəbə, 1 nəfər Dövlət Sərhəd Xidmətinin Akademiyasına, 2 nəfər Daxili Qoşunların Akademiyasına daxil olmuşdur. Həqiqi hərbi xidməti başa vurmuş gənclərin 3 nəfəri zabit hazırlığı kursuna, 2 nəfər Gizir hazırlığı, 58 nəfər isə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları kursuna göndərilmişdir. 7 nəfər gənc Naxçıvanski adina Hərbi Liseyə daxil olmuşdur.
Rayonumuzun ərazisində yerləşən hərbi hissələrə vaxtaşırı maddi yardımlar göndərilmiş və rayon icra hakimiyyətinin təşviqat qrupu mütəmadi olaraq əsgərlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında yaxından iştirak etmişdir.
Rayonda məskunlaşmış 10 min 509 məcburi köçkünün sosial-məişət şəraitinin yaxşılaşdırılması diqqət mərkəzindən kənarda qalmamış, vaxtaşırı onlara lazımi köməkliklər göstərilmişdir.
Bələdiyyə orqanları ilə aparılan iş
Hesabat ilində yerli əhəmiyyətli problemlərin həllində qeyri-dövlət sektorunun, o cümlədən müstəqil özünüidarə orqanı olan bələdiyyələrin gücündən istifadə diqqət mərkəzində saxlanılmışdır. Rayon icra hakimiyyəti yerlərdə bələdiyyələrin, şəhər və kənd icra nümayəndəlikləri ilə qarşılıqlı fəaliyyətinin təmin edilməsini özünün başlıca vəzifəsi hesab etmişdir. Belə ki, kənd bələdiyyələrinin gücü ilə 122 kilometr təsərrüfatlararası arxlar lildən təmizlənmiş, 64 kilometr kənddaxili yollar cari təmir edilmişdir. İcra nümayəndəliklərinin və bələdiyyələrin gücü ilə 121 kilometr kənd yollarının ətrafı abadlaşdırılmış, yolların kənarlarına ağac və gül kolları əkilmişdir. Yerli bələdiyyələr tərəfindən “Bir bələdiyyə azı bir layihə” çərçivəsində 57 kiçik və orta həcmli layihələr həyata keçirilmişdir.
Bunlarla bərabər, qeyd etmək lazımdır ki, bələdiyyələrin bir çoxu yerli əhəmiyyətli məsələlərin həllində imkanlardan kifayət qədər istifadə etməmişdir. Torpaqların qorunub saxlanılması, mühafizə olunması, qanunsuz tikililərin qarşısının alınması sahəsində zəif iş aparılmışdır. Bələdiyyələrin çoxunun Qeyri-Hökümət Təşkilatları ilə əlaqəsi zəifdir. Bir sıra bələdiyyələr ötən illərdən yığılıb qalmış vergilərin toplanması üçün ciddi tədbirlər görməmişlər.
Vətəndaşların müraciətlərinə baxılması, onların qəbulunun təşkili
Tərtər Rayon İcra Hakimiyyəti başçısı aparatı 2018-ci ildə vətəndaşların müraciətlərinə baxılmasını, onların qəbulunun təşkilini, qaldırılan problemlərin həll olunmasını və vaxtında cavab verilməsini daim nəzarətdə saxlamışdır.
Rayon icra hakimiyyətinə daxil olan bütün vətəndaş müraciətləri elektron informasiya sisteminə işlənilmişdir. “Vətəndaşların müraciətlərinə baxılması haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq icrasına nəzarət olunur.
2018-ci ildə rayon icra hakimiyyəti başçısı aparatına 1106 müraciət daxil olmuşdur. Bu müraciətlərin 462-si Azərbaycan Respublikası Prezidentinin Administrasiyasından, 53-ü Nazirlər Kabinetindən, 13-ü Milli Məclisdən, 222-si Respublikanın digər təşkilatlarından, 356-sı isə vətəndaşlardan bilavasitə icra hakimiyyətinə ünvanlanan müraciətlər olmuşdur. Müraciətlərdən 17-si nəzarətə götürülmüşdür.
Rayon icra hakimiyyəti başçısı aparatında 2393 nəfər vətəndaş qəbul olunmuşdur. Onlardan 841 nəfəri icra hakimiyyəti başçısı tərəfindən, 1552 nəfəri isə başçının müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilmişdir.
Rayon icra hakimiyyəti başçısının 2018-ci ildə yerlərdə keçirdiyi səyyar qəbul-görüşlər praktikası davam etdirilmiş, il ərzində 44 yaşayış məntəqəsində icra hakimiyyəti başçısının səyyar qəbul-görüşləri təşkil olunmuşdur. Bu görüşlərdə 4180 vətəndaş iştirak etmiş, 201 nəfər vətəndaşın müraciətinə baxılmışdır.
2018-ci ildə daxil olmuş müraciətlərin 2017-ci illə müqayisəli təhlili zamanı müəyyən olmuşdur ki, rayon icra haki-miyyətinə daxil olan müraciətlər 112 sayda artmışdır. Bunun da başlıca səbəbi birinci Qarabağ müharibəsi zamanı və zəlzələdən zərər çəkmiş evlərin bərpası, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması, məcburi köçkünlərin yeni tikilib istifadəyə verilmiş qəsəbədən təkrar ev tələbləri, kənd təsərrüfatı məsələləri, torpaq məsələləri, içməli və suvarma suyu üçün subartezian quyularının qazılması, sosial yardım və müavinətlər, işlə təmin olunma və s. olmuşdur.
Daxil olmuş müraciətlərin 94-ü və ya 8,5 faizi müsbət, 32-si və ya 2,9 faizi qismən həll edilmiş, 113-ü və ya 10,2 faizi əsassız sayılmış, 838-i və ya 75,7 faizinə müvafiq izahat verilmiş, 5-i və ya 0,5 faizinin dövlət proqramlarında icrası nəzərdə tutulmuş, 2-si və ya 0,2 faizi aidiyyəti üzrə baxılmaq üçün göndərilmiş, 1-i və ya 0,1 faizi isə baxılmamış saxlanılmış, 21-i və ya 1,9 faizi isə icradadır.
İl ərzində rayon İcra Hakimiyyəti başçısı yanında 28 Şura iclası keçirilmiş, 29 məsələ müzakirə olunmuş, qərarların icrası təmin edilmişdir.
Dövlət idarəçiliyi prinsiplərinin tətbiqi
Hesabat ilində rayon icra hakimiyyəti işini “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”yə uyğun qurmuşdur. Rayon icra hakimiyyəti başçısı aparatında və inzibati ərazi dairələrində idarəetmənin müasir stil və metodlarını, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə geniş yer verilmişdir. Rayon icra hakimiyyəti tərəfindən inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə sənədlərlə işin yaxşılaşdırılması və kargüzarlığın təşkili daim nəzarətdə saxlanılmışdır. Düzgün kadr siyasətinin həyata keçirilməsi, dövlət qulluğu vəzifələrinə gənc, bacarıqlı, müasir kompüter proqramları və bilgilərinə malik kadrların irəli çəkilməsinə xüsusi önəm verilmişdir.
Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq kadrların hazırlanması, seçilib yerləşdirilməsi, ehtiyat kadrlar bazasının yaradılması işi uğurla davam etdirilmişdir. İl ərzində kadrların tapşırılmış iş üçün məsuliyyəti yüksəlmiş, işdə operativlik artırılmışdır.
Sevindirici haldır ki, hesabat ilində rayonumuzdan Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə Bəyimsarov kənd sakini, sahibkar Fazil Vəliyev kənd təsərrüfatının inkişafında xidmətlərinə görə 1-ci dərəcəli “Əmək” ordeni, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı rayon komitəsinin sədri Şəhla Manafova, Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Haşımova “Tərəqqi”, Canyataq kənd İnzibati ərazi dairəsi üzrə nümayəndə Bəkir Ağayev “Dövlət qulluğunda fərqlənməyə” görə medalları ilə, Tərtər şəhər 6 saylı tam orta məktəbin müəllimi Tahirə Quliyeva “Əməkdar müəllim” fəxri adı ilə təltif olunmuşlar. Bu da hər bir tərtərlinin əməyinə verilən yüksək qiymət kimi dəyərləndirilir. Tərtərə və tərtərlilərə göstərdiyi diqqət, qayğıya görə Möhtərəm Prezidentimizə minnətdarıq.
Cari ilin yanvar ayında 29 icra nümayəndəliyində hesabat yığıncaqları keçirilmiş, görülən işlər hərtərəfli təhlil olunmuş, qarşıda duran vəzifələr müəyyən edilmişdir. Yığıncaqlarda iştirak edən 2662 nəfərdən, 243 nəfəri çıxış etmiş, 214 tənqidi qeyd və təklif irəli sürülmüşdür. Hesabat yığıncaqlarında icra hakimiyyəti başçısı aparatının məsul işçiləri və rayon icra hakimiyyəti başçısı yanında Şura üzvləri iştirak etmişlər. Yığıncaqların böyük əksəriyyətinin “Yeni Tərtər” qəzetində və digər kütləvi informasiya vasitələrində işıqlandırılması təmin olunmuş, söylənilmiş təklif və tənqidi qeydlər haqqında tədbirlər müəyyənləşdirilmiş və icrasına başlanılmışdır.
Rayon icra hakimiyyəti başçısı aparatında və ərazi nümayəndəliklərində sənədləşmə və kargüzarlıq işləri mövcud təlimatlara uyğun aparılmışdır. Bütün sənədlər, o cümlədən RAİS proqramı ilə daxil olan xidməti sənədlər və proqram vaxtlı-vaxtında icra edilmişdir.
Ötən ildə bir sıra uğurlar əldə etsək də, bu bizi arxayınlaşdırmamalıdır. Qarşıda bizi daha mühüm vəzifələr gözləyir. Aparılan təhlillər göstərir ki, hələ də işimizdə nöqsan və çatışmazlıqlar, həllini gözləyən məsələlər vardır. Onların aradan qaldırılması üçün cari ildə qüvvələr səfərbər olunmalı, kompleks tədbirlər həyata keçirilməlidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi əmin edirəm ki, dünyada gedən qlobal maliyyə böhranına və iqtisadi çətinliklərə baxmayaraq, Heydər Əliyev siyasi kursuna sadiq olan tərtərlilər rayonumuzun inkişaf etdirilməsi və abadlaşdırılması naminə üzərimizə düşən vəzifələrin icrasını təmin etmək üçün səy və qüvvələrini səfərbər edəcəklər.