2018-ci ildə də Tərtər rayonunda tikinti-quruculuq və abadlıq işləri geniş miqyasda davam etdirilir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq Tərtər şəhərində 20 ədəd çoxmənzilli yaşayış binalarının fasad hissələri və giriş blokları əsaslı təmir olunmuş, bina həyətlərinə 48 min kv.m asfalt örtüyü qoyulmuşdur.
Şəhərin Nicat İsgəndərov, Nəriman Nərimanov, Mehdi Hüseynzadə və Ədalət Paşayev küçələrində abadlıq və yenidənqurma işləri aparılmışdır. Küçənin istinad divarları bir çox yerlərdə mişar daşı ilə hörülmüş, aqlay və digər bəzək daşları ilə üzlənmiş, küçə kənarına səki daşları düzülmüş, yola asfalt örtüyü qoyulmuşdur. Bundan başqa həmin küçələrdə işıq, qaz su-kanalizasiya və rabitə xətləri səliqəyə salınmış, yararsız işıq və rabitə dirəkləri yeniləri ilə əvəz edilmişdir. Ədalət Paşayev küçəsinin girişində şəhidin barelyefi quraşdırılmışdır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “Buruc-Güləbatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı” kəndlərarası, uzunluğu 21,5 kilometr olan avtomobil yolunun əsaslı təmiri və yenidənqurulması işləri başa çatdırılmışdır. Hazırda “Tərtər-Hindarx” yolunun əsaslı təmiri işlə-rinə başlanılmışdır.
Cari ildə Olimpiya İdman Kompleksinin, 100 yerlik körpələr evi-uşaq bağçasının, Xal-ça İstehsalı Emalatxanasının, Bayraq Muzeyinin tikintisinə başlanılmışdır. Hazırda bu işlər sürətlə davam etdirilir.
Heydər Əliyev parkında əsaslı təmir işləri aparılmışdır. Belə ki, parkın ərazisində olan səki və meydançalara 5 min kvadratmetrə yaxın yeni tamet daşları, 1500 paqonometr yeni səki daşları düzülmüş, bəzi yerlərdə qırılmış aqlay daşları yeniləri ilə əvəz olunmuş, yaşıllıq zolaqları yenidən qurulmuş, minlərlə gül kolları əkilmişdir. Parkda olan fantan, oturacaqlar, işıq dirəkləri, zibil qutuları təmir-bərpa olunmuşdur.
Şəhərin Heydər Əliyev pros-pektində rayon icra hakimiyyətinin yeni inzibati binasının tikinitisi üçün 0,15 ha torpaq sahəsi ayrılmışdır. Obyektin layihə–smeta sənədləri hazırlanmış, yaxın vaxtlarda tikintisinə başlanılacaqdır.
Tofiq KƏRİMOV,
Tərtər RİHB Aparatının Memarlıq və Tikinti Şöbəsinin müdiri, baş memar