Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,644
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 29Dek

    VipTalisman2İt ili. 2018-ci il İtlər üçün hər baxımdan uğurlu olacaq. Siz imicinizi dəyişmək qərarına gəlmisiniz? Peşənizi dəyişmək istəyirsiniz? Münasibətləri rəsmiləşdirmək arzusundasınız? İrəli! İlahi qüvvələr sizi bütün pisliklərdən qoruyacaq. Hərəkətə keçin!
    Siçan ili. Siçan ilindən olanlar çox çalışmalıdır. Bu il sizin üçün çətin olacaq, amma əvəzində işin nəticəsindən razı qalacaq və özünüzü tam xoşbəxt hiss edəcəksiniz. Bu işdə 2018-ci ilin hamısı sizə kömək edəcək. Əsas odur ki, arzularınızı həyata keçirmək üçün öz qüvvələrinizi əsirgəməyin və az tənbəllik edin.
    Öküz ili. Öküzlər üçün 2018-ci il pul gəlirlərinin artması və ya vəzifənin qaldırılması kimi sürprizlər hazırlayıb. Tənha Öküzlər noyabrda sevdiyi insanın ürəyinə “yol” tapacaq və həmin insanla gözəl ailə quracaqlar.
    Pələng ili. Qarşıdakı il Pələnglərin öz potensialını reallaşdırması və istedadlarının üzə çıxmasına imkan yaradacaq. İt Sizə kömək edəcək, odur ki, yeni və qəribə görünən addımlardan qorxmayın, arzuya doğru gedin!
    Dovşan ili. Dovşan (Pişik) bütün ili hər bir işdə birinci olmağa və qələbə qazanmağa çalışacaq. Ən əsas odur ki, bu işin ləzzətini qaçırmayasınız, onda sizin zəhmətiniz mütləq mükafatlandırılacaq.
    Əjdaha ili. Əjdahalar İt ilində yeni dostlar qazanacaq. Bu işarə altında anadan olan insanlardan hər kəs faydalı məsləhətlər istəyəcək və onların dediklərinə əməl edəcəklər. Sizi dinclik və nəciblik dalğası əhatə edəcək.
    İlan ili. İlan ili altında dünyaya gələn insanlar üçün 2018-ci il özünü inkişaf planında qeyri-adi olacaq. Siz öz şəxsiyyətinizin yeni cəhətlərini aça, inkişafınıza mane olan mənfi aspektləri aradan qaldıra, eyni zamanda müdrik və səbrli olmağı öyrənə biləcəksiniz.
    At ili. At ilindən olanları qarşıda sakit və xoş bir il gözləyir. Sizi heyrətləndirə biləcək yeganə problem səhhətinizlə bağlı ola bilər. Onunla zarafat etməyin. İt ili xəstəliklərin müalicəsini uzatmamağı məsləhət görür, bu məsələ sizin üçün 1-ci yerdə dayanmalıdır.
    Keçi ili. Qarşıdakı il Keçilər üçün uğurlu keçəcək. Yeni ildə siz özünüzə daha əmin olacaq, emosiyalarınızı idarə edəcəksiniz. İlin ortası sizin üçün bir qədər qeyri-adi görüş hazırlayıb.
    Meymun ili. Meymun ilindən olanlar yerində dayana bilmir, siz daim dəyişikliklər və macəra ax-tarışındasınız. Amma tale sizin üçün başqa planlar hazırlayıb. Sizin iliniz “Oxumaq, yenə də oxumaq” şüarı altında keçməyi vəd edir. Odur ki, yeni tanışlıq və görüşlər ikinci plana keçəcək.
    Xoruz ili. Xoruzlar üçün ilahi qüvvələr olduqca gözlənilməz hədiyyə hazırlayıb, hansı ki, həyatlarını tamamilə dəyiş-dirəcək. Siz misilsiz imkanlar əldə edəcəksiniz, odur ki, bu şansı qaçırmayın!
    Qaban ili. 2018-ci il Qabanlar (Donuzlar) üçün yorucu olacağını vəd edir. Sizə məsləhət və kömək üçün çoxlu müraciətlər olunacaq. Bundan bəzən də yorulacaqsınız, amma ilin sahibi – İt sizə özünü ələ almağı tövsiyə edir, daha yaxşı olardı ki, istirahət üçün özünüzə vaxt ayırasınız.

    Müəllif: Redaktor, 12:14

    Teqlər:

İsmarıclar bağlıdır.