Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 24Fev
    Ədəbiyyat ƏLVİDA, DAĞLAR. üçün şərhlər bağlıdır

    Bəlkə bu yerlərə bir də gəlmədim,
    Duman, salamat qal, dağ, salamat qal.
    Dalımca su səpir yoxsa buludlar? —
    Leysan, salamat qal, yağ, salamat qal!

    Qıy vuran qartallar yox oldu çəndə,
    Nərgizlər saraldı şehli çəməndə.
    Ey qaragöz pəri, dalımca sən də
    Boylan, salamat qal, bax, salamat qal!
    Daha ətraflı »

  • 24Fev
    Ədəbiyyat İNNƏN BELƏ O GÖZLƏRƏ BAXMARAM! üçün şərhlər bağlıdır

    Bu gün sənin hər gözündə bir gülüş,
    Biri çılğın, biri tutqun, bürkülü…
    Baxışına yad baxışlar bükülü,
    İnnən belə o gözlərə baxmaram.
    ***
    Qəza gəldi, əsa gəldi, deyirlər.
    Əhdini də düyçələyər iy əllər.
    Bir çalada donan suya əyilləm,
    İnnən belə o gözlərə baxmaram.
    *** Daha ətraflı »

    Teqlər:

  • 24Fev
    Ədəbiyyat BƏXTİYAR VAHABZADƏNİN VƏFATINDAN 7 İL ÖTDÜ üçün şərhlər bağlıdır

    HƏZRƏTİ SÖZÜN NƏQQAŞI
    7acfa7Bəxtiyar Vahabzadə 1925-ci ildə Şəki şəhərində fəhlə ailəsində anadan olmuşdur. Kiçik yaşlarında ikən ailəliklə Bakıya köçmüşlər (1934). Burada orta məktəbi qurtarandan sonra ADU-nun filologiya fakültəsində təhsil almışdır (1942-1947). Universitetin aspiranturasında saxlanmış, “Səməd Vurğunun lirikası” mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir (1951). Bədii yaradıcılığa 1943-cü ildə “Ana və şəkil” adlı ilk şeirini çap etdirdikdən sonra başlamışdır. O vaxtdan dövri mətbuatda şeirləri, elmi məqalələri, rəyləri müntəzəm çap olunur. “Mənim dostlarım” adlı ilk kitabında toplanmış lirik şeirlərdə faşizmə qarşı mübarizədə qalib çıxmış xalqın duyğu və düşüncələri əksini tapmışdır. Onun lirik şeir və poemalarında, mənzum pyeslərində müasir dövrün problemləri lirik-fəlsəfi planda, yeni əlvan boyalarla təsvir edilir. “İkinci səs”, “Vicdan”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Fəryad” və “Hara gedir bu dünya”, “Özümüzü kəsən qılınc”, “Cəzasız günah”, “Dar ağacı”, “Rəqabət” (1960-2003) pyesləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında tamaşaya qoyulmuşdur. Daha ətraflı »

    Teqlər:

  • 24Fev
    Ədəbiyyat “SEVGİLİ, İSTƏKLİ DİL”… üçün şərhlər bağlıdır

    307f1b6ac5163eac224467221aa08d83Ana-Dili-abideTürkün dilitək sevgili, istəkli dil omaz,
    Ayrı dilə qatsan, bu əsil dil əsil olmaz.
    (Məhəmmədhüseyn Şəhriyar)
    Dil! Bəşərin sahib olduğu əvəzsiz nemət, Tanrının insanlığa bir lütfü… Bütün sivilizasiyaların bir-birinə ötürdüyü mirasdır dil… Canlı varlıqlardan yalnız insana məxsus olan dil. Hələ XVI əsrdə M.Füzuli bunu poetik bir dillə izah edir:
    Eyləsən tutiyə təlim ədayi-kəlimat.
    Nitqi insan olur, əmma özü insan olmaz.
    Dil dövlətin atributudur, millətin kimliyidir. “Ana südü insan bədəninin ma-yəsi olduğu kimi, ana dili də insan ruhunun qidasıdır”. F.B. Köçərli Daha ətraflı »

    Teqlər:

  • 24Fev
    Ədəbiyyat “HƏYATIN QİYMƏTİ NEÇƏYƏDİR”?! üçün şərhlər bağlıdır

    könülBu günlərdə mənim yaxın tanışım, həkim, onun iş yerində olan hadisəni danışdı. Xəstəxanaya kasıb geyinmiş və pis görkəmdə olan yaşlı bir qadın gəldi və həkimin həmkarlarından çoxu, Hippokrat andını unudaraq, heç ona fikir də vermədilər. Həkim , ən əvvəl insan, yaxınlaşaraq xəstənin nədən şikayət etdiyini soruşdu. Xəstə nənə ağrılarından şikayətlənməyə başladı. Həkim məsləhətlər verdi, dərman yazdı, nənə ona pul uzatdı, ancaq həkim götürmədi. Dedi ki, bu pula özünüzə dərman alarsınız.Yəqin tə-sadüfən deyilməyib ki, alim olmaq asandır, insan olmaq yox. Hamı bununla razılaşıb, amma… İndi insan amilini unudublar. Müxtəlif dinlərdə heç kim insanların belə iki düşərgəyə bölünməsini təqdir etmir. Ancaq artıq dünyamız istehlakçılara və istehsalçılara bölünüb, birincilər öz təyininə görə kasıbdırlar. Daha ətraflı »

    Teqlər:

  • 24Fev
    Təhsil Tələbə gənclərimiz üçün şərhlər bağlıdır

    “ADƏT-ƏNƏNƏLƏRİMİZƏ BAĞLILIĞIMIZLA GÜCLÜYÜK”
    IMG-20160212-WA0001111Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Gənclərinin Birinci Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündəki nitqində demişdir: “Siz gənclər gələcəkdə ölkəmizi idarə edəcəksiniz. Ölkəmizin taleyi sizdən asılı olacaqdır. Ona görə sizin fəaliyyətiniz, baxışlarınız və fikirləriniz gələcəkdə ölkəmiz ücün həlledici olacaq .”
    Ölkə başçısının bu cür qürur və inamla haqqında danışdığı gənclərdən biri də Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbəsi Ayşən Şükürovadır.
    Ayşən 2013-cü ildə Tərtər şəhərində yerləşən Umudlu kənd tam orta məktəbini əla qiymətlərlə bitirərək 595 balla ali məktəbə daxil olmuşdur. Özünün dediyi kimi, bu hadisə onu çox sevindirsə də, tələbə adını qazanmasını arzusuna doğru aparan yolda yalnız ilk uğurlu addım hesab etmişdir. Daha ətraflı »

    Teqlər:

  • 24Fev
    Təhsil SABAHIN DİLÇİ-TƏRCÜMƏÇİSİ üçün şərhlər bağlıdır

    новый-1Bəxtiyar Quluzadə 2015-ci ildə R. Nuriyev adına şəhər 6 saylı tam orta məktəbini bitirib. Ali məktəblərə qəbul olunan məzunlar arasında onun da adı çəkilirdi. Gəncə Dövlət Pedaqoji Universitetinin xarici dillər fakültəsinin ingilis dili tərcüməçisi ixtisası üzrə birinci kursda təhsil alır. O, ilk semestr imtahanlarını müvəffəqiyyətlə verərək tətilə gəlmişdi. Tələbəlik həyatı, geniş auditoriya onun üçün maraqlı görünsə də, fəxr edir ki, ali məktəb tələbəsidir. Gələcəyin savadlı mütəxəsisidir.
    Bəxtiyar 2 bacının bir qardaşıdır. Özündən böyük bacıları Gülnar və Jalənin tələbəlik həyatını gördükcə düşünürdü ki, kaş mən də tezliklə ali məktəb tələbəsi olaydım. Özü də məqsədi hüquq fakültəsinə qəbul olunmaq idi.
    Lakin ingilis dilini də çox sevirdi. İmtahanlar zamanı qismət onu hüquqşünas deyil, ən çox sevdiyi fənnə, ingilis dili ixtisasına doğru apardı.
    Hazırda böyük həvəslə ingilis dilinin qrammatikasını və tərcüməsini mənimsəyir. Bunun üçün professor və müəllimlərin söylədikərini öyrənir. Məqsədi gələcəkdə savadlı dilçi və tərcüməçi olmaqdır. Daha ətraflı »

    Teqlər:

  • 24Fev
    Təhsil ARZULARIN AXARINDA üçün şərhlər bağlıdır

    photostudio_1456316571152Fidan Sabirli şəhər 1 saylı tam orta məktəbin məzunudur. O, 2014-cü ildə bu məktəbi bitirib. Hələ orta məktəbdə oxuyarkən müəllim olmaq, elmin sirlərini uşaqlara öyrətmək arzusu ilə yaşayırdı. Bu istəklə də üçüncü qrupa imtahan verdi. Hazırda Mingəçevir Turizm Kollecində oxuyur. Məktəbəqədər təlim-tərbiyə fakültəsinin üçüncü kurs tələbəsidir. Onu da deyim ki, Fidan təkcə təhsil almaqla kifayətlənmir. Həm də içtimai işlərdə fəal iştirak edir. Məktəbin əlaçı tələbələrindəndir, təqaüd alır. Fidanın arzuları çoxdur.
    Gələcəkdə təhsilini davam etdirmək, ona elm öyrədən müəllimləri kimi savadlı və təcrübəli bir pedaqoq olmaq arzusundadır. Daha ətraflı »

    Teqlər:

  • 24Fev
    Milli-mənəvi dəyərlər Ailə milli-mənəvi dəyərlərimizin daşıyıcısıdır üçün şərhlər bağlıdır

    VALİDEYN MƏSULİYYƏTİ
    usaq-aileYazıya başlamazdan əvvəl rayon Statistika idarəsinə zəng vurdum və 2015-ci ildə rayonumuzda nigaha girənlər və boşananlar haqqında məlumatı öyrəndim. Bildirdilər ki, rayon üzrə ötən il 507 ailə qurulub, 125-i isə dagılıb.
    Boşananların hansı birini dindirsək, haqlı olduğunu deyəcək, əslində elə yəqin ki, onlar haqlıdırlar.Çünki səbəbsiz yerə insan öz isti ailə ocağını dagıtmaz. Bu, məsələnin bir tərəfidir.
    Məsələnin digər tərəfi daha agrılıdır, həm boşananların özlərindən ötrü, həm də gələcəkdə cəmiyyət üçün. Bu məsələ yarımçıq ailələrdə böyüyən uşaqların taleyi ilə bağlıdır.
    Ola bilsin ki, həmin uşaqlardan bəziləri maddi çətinlik çəkmirlər (bu, çox az halda belədir), lakin maddiyətdən başqa mənəvi boşluqlar da var ki, bunları yalnız ata və ananın, ümumiyyətlə, ailənin bir yerdə oıması doldura bilər. Daha ətraflı »

    Teqlər:

  • 24Fev
    Xəbərlər “SİZİ ÖLDÜRMƏYƏN HƏR ŞEY DAHA GÜCLÜ EDİR” üçün şərhlər bağlıdır

    1422963363Görəndə ki, kimsə yaxın adamını itirib, düşunməyə başlayırsan ki, ömür gödəkdir və hər şeyi etmək uçün tələsmək lazımdır. Hər bir insanın öz ağrısı, enmələri və yüksəlişi olur. Sənə əziz olan adamı bir daha görməməkdən, eşitməməkdən dəhşətli nə ola bilər. Hər gün o qədər xəbər eşidirsən ki! Niyə həyat bəzən belə qəddar olur? Uşagın gunahı nədir ki, o, ana qayğısı və məhəbbəti olmadan böyüməlidir? Bununla belə insanların qəddarlığı, laqeydliyi günu – gündən çoxalır. Bir-birinə yaxın olmaq, başa düşmək, bir çoxlarının ehtiyac duyduğu mənəvi köməkliyi etmək əvəzinə, müxtəlif mənasız münaqişələr baş verir ki, bunlardan da xeyir yox, ziyan gəlir.
    Bir insanın, bir qadının, ananın ölümü elə pis nəticələrə gətirib çıxarır ki, bunlar da onun doğmalarının sonrakı həyatına təsir göstərir. Daha ətraflı »

    Teqlər: