“VƏTƏN ELƏ EVİMİZDƏN BAŞLAYIR…”
Qarabağ müharibəsi əlili Saleh Sultani əlillərə göstərilən qayğı ilə əlaqədar redaksiyaya dəvət olunmuşdu. Belə qərara gəldim ki, onun xatirələrini dinləyib bir yazı hazırlayım. Məlumdur ki, ötüb keçən hər gün ömrümüzün yaddaşı, tariximizin səhifəsidir. Elə bir insan yoxdur ki, onun ömür kitabına ağlı-qaralı sətirlər düşməmiş olsun. Saleh Sultani də belə insanlardandır. İkinci qrup Qarabağ müharibəsi əlilidir. Bütün müharibə iştirakçıları kimi o da qanlı-qadalı günləri həyəcansız xatırlamır. Saleh Sultaninin dediklərindən:
–1992-ci il elə bir iliydi ki, ölkəmizin, eləcə də bizim rayonumuzun üzərində qara buludlar toplaşmışdı. Məlumdur ki, ermənilərin iki addımlığındaydı Tərtər. O günlərdə nəinki kişilər, hətta qadınlar, uşaqlar öz evlərini tərk etmirdilər. Tərtərin əli silah tutan kişiləri kimi mən də vətənin müdafiəsinə qoşulmuşdum. Kimin gücü nəyə çatırdısa onu edirdi ki, təki o murdarların ayağı bizim torpaqlarımıza dəyməsin. 1992-ci ilin mayından “Tərtər özünümüdafiə Batalyonuna” üzv yazıldım. Marquşevan, Madagiz, Çaylı, Ağdərə uğrunda gedən döyüşlərdə iştirak etdim. 1992-ci il iyun ayının 21-də Madagiz uğrunda gedən döyüşlərdə sağ budumdan ilk güllə yarası aldım. Onbeşiyirmi gün müalicə götürdükdən sonra yenidən döyüşlərə qatıldım. Daha ətraflı »


Azərbaycan Respublikasında sahibkarlığın inkişafının stimullaşdırılması, əlverişli biznes mühitinin formalaşdırılması və vergi yükünün optimallaşdırılması məqsədi ilə “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən vergilərin vaxtında ödənilməməsinə görə hesablanmış faizlər və Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə 2017-ci ilin 1 yanvar tarixinə vergi orqanlarındakı şəxsi hesab vərəqələrində mövcud olan borcları silinmişdir.
1851-ci il avqustun 12-də amerikalı mühəndis-sahibkar İsaak Zinger tikiş maşınının istehsalı üçün patent hüququ əldə etdi. Bu tikiş maşınları tezliklə populyarlaşdı və dünya şöhrəti qazandı. Onun satışa çıxarılan ilk nümunəsi 100 dollar dəyərləndirildi, lakin o dövrdə çox az adam tikiş maşınını faydalı hesab edirdi, evdar qadınlar iynə və sapla keçinirdilər, dərzi evlərində isə ucuz əmək daha əlverişli idi.
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Rayonumuzdakı Gənclər Mərkəzində Tərtər Rayon İcra Hakimiyyətinin və Ümümrusiya Azərbaycanlıları Konqresinin Saxalin Regional Bölməsinin təşkilatçılığı ilə Azərbaycanın Mlli Qəhrəmanı Murad Mirzəverin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə qəhrəmanın atası Telman Mirzəyev, Naxçıvancki adına hərbi liseydə onunla birlikdə təhsil almış dostları, döyüş yoldaşları, Tərtər rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi əlilləri və veteranları iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon təhsil şöbəsi, Gənclər və İdman İdarəsi şəhər 2 saylı məktəb-liseydə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Tariximizin qara səhifəsi” mövzusunda inşa yazı müsabiqəsi keçirildi.
Tərtər rayon İHB-nın Söylən kəndi üzrə nümayəndəliyinin 2016-cı ildə gördüyü işlər barədəki illik hesabat yığıncağında məruzə ilə çıxış edən kənd icra nümayəndəsi Mətləb Əsədov bildirdi ki nümayəndəliyimiz üç kəndi–Söylən, Alışarlı və Hacallı kəndlərini əhatə edir. Ərazi 400 hektardır. Bunun 350 hektarı əkinə yararlı torpaq sahəsi kimi kənd sakinlərinə paylanıb. Bələdiyyənin ehtiyat fondunda 6,5 hektar, inkişaf perspektiv fondunda 2 hektar torpaq sahəsi var.
YAP Tərtər Rayon Təşkilatının IX konfransına hazırlıq çərçivəsində Seydimli ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.
Yeni ismarıclar