2017-ci İL AZƏRBAYCANDA “İSLAM HƏMRƏYLİYİ İLİ”DİR
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.
Iclasda söylədiyi giriş nitqində Prezident İlham Əliyev deyib ki, 2016-cı ildə dünyada və yaşadığımız regionda təhlükələr, risklər, təhdidlər artmış, qanlı münaqişələr davam etmişdir. Azərbaycan isə öz yoluna sadiqdir.
Iqtisadi sahədə əldə edilən uğurlardan danışan ölkə başçısı deyib: “Iqtisadi sahədə 2016-cı ildə önəmli ad-dımlar atılmışdır. 2016-ci il dərin iqtisadi islahatlar ili kimi tarixdə qalacaq. Bu il ərzində qəbul edilmiş qə-rarlar, qanunlar, mənim tərəfimdən imzalanmış sərəncamlar iqtisadi islahatları daha da dərinləşdirir və bizə imkan verir ki, gələcəkdə qeyri-neft sektorunun hesabına inkişaf edək. Qəbul edilmiş qərarlar artıq öz nəticəsini verməkdədir”.
Kənd təsərrüfatının inkişafını önəmli göstərici kimi diqqətə çatdıran cənab Prezident qeyd edib ki, bu sahədə görülmüş operativ tədbirlər nəticəsində inkişaf təmin edilmiş və kənd təsərrüfatı Azərbaycanda 2,6 faiz artmışdır.
Iclasda cənab Prezident bir daha bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolu yalnız işğalçı qüvvələrin bizim torpaqlarımızdan çıxarılmasıdır. Daha ətraflı »



Rayonumuzdakı Gənclər Mərkəzində Tərtər Rayon İcra Hakimiyyətinin və Ümümrusiya Azərbaycanlıları Konqresinin Saxalin Regional Bölməsinin təşkilatçılığı ilə Azərbaycanın Mlli Qəhrəmanı Murad Mirzəverin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə qəhrəmanın atası Telman Mirzəyev, Naxçıvancki adına hərbi liseydə onunla birlikdə təhsil almış dostları, döyüş yoldaşları, Tərtər rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi əlilləri və veteranları iştirak ediblər.
Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon təhsil şöbəsi, Gənclər və İdman İdarəsi şəhər 2 saylı məktəb-liseydə rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında 20 yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Tariximizin qara səhifəsi” mövzusunda inşa yazı müsabiqəsi keçirildi.
Tərtər rayon İHB-nın Söylən kəndi üzrə nümayəndəliyinin 2016-cı ildə gördüyü işlər barədəki illik hesabat yığıncağında məruzə ilə çıxış edən kənd icra nümayəndəsi Mətləb Əsədov bildirdi ki nümayəndəliyimiz üç kəndi–Söylən, Alışarlı və Hacallı kəndlərini əhatə edir. Ərazi 400 hektardır. Bunun 350 hektarı əkinə yararlı torpaq sahəsi kimi kənd sakinlərinə paylanıb. Bələdiyyənin ehtiyat fondunda 6,5 hektar, inkişaf perspektiv fondunda 2 hektar torpaq sahəsi var.
YAP Tərtər Rayon Təşkilatının IX konfransına hazırlıq çərçivəsində Seydimli ərazi ilk partiya təşkilatında hesabat-seçki yığıncağı keçirildi.
2016-cı il artıq tarixə qovuşdu. Ötən il–bütün sahələrdə uğur qazanıldı. Ölkə Prezidentinin qeyri-neft sektorunu inkişaf etdirmək barədə verdiyi sərəncamlar– xüsusən kənd təsərrüfatında pambıqçılığın, baramaçılığın, üzümçülüyün inkişaf etdirilməsi barədəki göstərişləri bütün ölkədə olduğu kimi bizim Tərtər rayonunda da böyük həvəslə yerinə yetirilir.
Hərbçi ruhuyla böyümək biz iki qardaşda uşaqlıqdan ən gözəl duyğu və valideynlərimiz tərəfindən verilən tərbiyədir, məncə. Bəli, özüm bu gün erməni separatçıları tərəfindən işğal altında olan Qarabağın Laçın rayonunda anadan olmuşam.
Həbib Hüseynov adına Mamırlı kənd tam orta məktəbində şagirdlər “Həyat bilgisi” dərslərinə xüsusi həvəs göstərirlər. Buna səbəb həmin dərslərin əyani surətdə, çox zaman isə təbiətin qoynunda keçirilməsidir.
Tale onun qismətini çoxdan Tərtərə bağlamışdı. El dilincə desək, telli-toqqalı gənclik illərində tərtərli qızı sevib onunla ailə həyatı qurmuşdu. İşğaldan əvvəl Ağdam şəhərində yaşayırdılar. Xoşbəxt idilər. Bu xoşbəxtliyin qarşılığında Uca Allah ailəyə beş oğul veribdi. Bu bəxtəvərliyə bəlkə həsəd aparanlar da olub. Lakin Tərtərdə yaşamasının başqa səbəbi vardı. Səbəb mənfur ermənilərin onun doğma yurdunu–Ağdamı işğal etməsi idi…
Yeni ismarıclar