Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Apr

    TƏRTƏRLİ GƏNCLƏRİN İDMAN NAİLİYYƏTLƏRİ

    05-24.12.15-1Müasir gənclərin milli ruhda və sağlam böyüməsi ilə yanaşı, kiçik yaşlarından uşaqların idmana həvəsləndirilməsi qarşıda duran mühüm vəzifələrdəndir. Bu məqsədlə rayon gənclər və idman idarəsi də bir sıra tədbirlər həyata keçirir. Bunun nəticəsidir ki, idmançılarımız nəinki rayon miqyasında, eləcə də respublika üzrə keçirilən idman yarışlarında Tərtəri layiqincə təmsil edir və qələbə qazanırlar.
    Belə ki, cari ildə idmançılarımız Gənclər Günü münasibəti ilə Mədəniyyət Mərkəzində keçirilən yarışlarda, fevral ayında Bakı İdman Sarayında kikboksinq üzrə XXIII ölkə çempionatında, həmin ay Bakı şəhə-rində boks idman növü üzrə Azərbaycan birinciliyində, yeniyetmələr arasında kikboksinq və boks üzrə ölkə birinciliklərində, “Şahinlər” hərbi idman oyununun rayon mərhələsində yüksək nailiyyətlər əldə etmişlər.
    İdmançılardan Məhərrəm Məhərrəmzadə, Elşən Cəbizadə, Murad Allahverdiyev, Sənan Əhmədov bu yarışlar zamanı fəxri kürsünün I, II, III pillələrinə qalxmışlar.
    Rayonumuzda yeniyetmə və gənclərin idmanla məşğul olmalarına ciddi fikir verilir. Yaşayış binalarının qarşısında mini futbol meydançaları tikilib. Yeni, gözəl və yaraşıqlı “Şahmat məktəbi”nin açılışı isə bu idman növü ilə məşğul olanlar tərəfindən sevinclə qarşılanıb.
    Kənan Hüseynzadə

    Müəllif: Redaktor, 09:48

    Teqlər: ,

İsmarıclar bağlıdır.