Saytın ümumi statistikası:

Saytda məqalələrin sayı - 5,523
Saytda ismarıcların sayı - 0

Arxiv

  • 27Apr

    “ERMƏNİLƏRİN DAĞITDIĞI EVİMİZİ İLHAM ƏLİYEV
    ƏVVƏLKİNDƏN DƏ YÜKSƏK SƏVİYYƏDƏ YENİDƏN TİKDİRDİ”

    Tərtərlilər ölkə rəhbərinin və Birinci vitse-prezidentin qayğısından razıdırlar

    0103Ötən ilin aprelində qüdrətli ordumuz şanlı tarix yazdı. O zaman Ermənistan silahlı qüvvələrinin növbəti təxribatına layiqli cavab verən Azərbaycan əsgəri əks-həmlə ilə düşmənin başında ildırım kimi çaxdı. Ordumuzun uğurlu döyüş əməliyyatları düşmənin xeyli canlı qüvvə, döyüş texnikası itirməsi ilə nəticələndi. Cəmi bir neçə gün davam edən döyüşlərdə qəhrəman əsgərlərimiz xeyli ərazini, strateji yüksəklikləri işğaldan azad etdilər. Cocuq Mərcanlıdan başlayan, xalqda və orduda böyük ruh yüksəkliyi yaradan, qələbəyə inamı sarsılmaz edən doğma yurd yerlərinə böyük qayıdış məhz uğurlu aprel döyüşlərinin məntiqi davamıdır.
    0204Müharibə qansız-qadasız olmur. Aprel döyüşlərində biz də şəhid verdik. Çıxılmaz vəziyyətə düşən Ermənistan silahlı qüvvələri hirsininhikkəsinin əsirinə çevrilib mərmiləri dinc əhalinin yaşadığı cəbhə xətti boyu kəndlərə, şəhərlərə yağdırırdı. O zaman Tərtər şəhərində və kəndlərdə 256 yaşayış evinə, 4 məktəb binasına, 2 tibb məntəqəsinə, 1 körpələr evi-uşaq bağçasına, rayonun qaz, su və elektrik təsərrüfatına ciddi ziyan vurulmuş, 3 nəfər mülki vətəndaş həlak olmuşdu. Respublika Prezidenti İlham Əliyev böyük gərginlik yaşandığı o tarixi günlərdə öz xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə birlikdə Tərtərə səfər etdi. Ali Baş Komandan rayon ərazisindəki “N” saylı hərbi hissədə əsgər və zabitlərlə görüşdü. Tərtər şəhərində, düşmənlə təmas xəttinin 200 metrliyində yerləşən Qapanlı kəndində top mərmilərinin dağıtdığı evlərə baxan dövlət başçısı ev sakinlərinə təsəlli verdi. Rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə düşmən təxribatının nəticələrinin ən qısa zamanda aradan qaldırılacağına söz verdi. Hər 0506zaman sözü ilə əməli bir olan Prezident İlham Əliyev bir neçə gün sonra imzaladığı sərəncamla aprel döyüşləri zamanı Tərtər rayonuna vurulan zərərin aradan qaldırılması üçün Prezidentin Ehtiyat Fondundan 3 milyon manat vəsait ayırdı. Çətin gündə, bərk ayaqda dövlət başçısını yanında görə, vətəndaşı olduğu dövlətin qayğısından yetərincə bəhrələnən tərtərlilərin razılığı, minnətdarlığı sahilsiz idi. Ermənistan silahlı qüvvələrinin dağıtdığı evlər, məktəblər, digər sosial infrastrukturlar məhz dövlətin qayğısı sayəsində təmir və bərpa edilib əvvəlkindən də gözəl görkəmə qaytarıldı.
    Keçən il dekabrın 3-də Tərtərə bir ildə ikinci dəfə Heydər Əliyev Fondunun prezidenti xanım Mehriban Əliyeva ilə birlikdə yenidən səfər edən Prezident
    İlham Əliyev bölgədə ürək açan mənzərə ilə qarşılaşdı, dövlətin qayğısından güc alan tərtərlilərin yaratdıqları xarüqələrə şahid oldu. Dövlət başçısı bu tarixi səfər çərçivəsində də rayonun Sarıcalı və Zolgörən kəndləri arasında Tərtər çayı üzərində yeni inşa edilmiş körpünün açılış mərasi-mində, 26 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsini yaxşılaşdırmış “Tərtər şəhərinin içməli su təchizatı və kanalizasiya sis-temlərinin yenidən qurulması” layihəsinin başa çatması münasibəti ilə keçirilən tədbirdə, uşaq-gənclər şahmat məktəbinin, YAP Tərtər rayon təşkilatının inzibati binasının açılışlarında iştirak etdi. Hər zaman cəbhə bölgəsi Tərtərə, tərtərlilərə xüsusi qayğı və diqqət ayıran Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilmiş ümumi sahəsi 1200 kvadratmetr olan 100 yerlik körpələr evi-uşaq bağçasının açılışı rayonda hökm sürən yüksək əhvali-ruhiyyəyə yeni çalarlar qatdı. Son illər sürətlə dəyişib gözəlləşən Tərtərdə aparılan tikinti, abadlıq, quruculuq işləri ilə yaxından tanış olan Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə demişdir: “Tərtər rayonunun uğurlu inkişafı məni çox sevindirir. Tərtər şəhəri abadlaşıb, gözəlləşib. Mən 10 il bundan əvvəl Prezident kimi birinci dəfə Tərtər rayonunda olmuşam, bu yerdə vətəndaşlarla görüşmüşəm. O vaxt Tərtərin siması tam başqa idi. Bu gün Tərtər müasir, abad şəhərdir, rayon inkişaf edir, vətəndaşlar daha da yaxşı yaşayırlar… Tərtər rayonunda işlər düzgün qurulub. Mən rayonda dəfələrlə olmuşam. Xüsusilə, son vaxtlar burada gedən quruculuq-abadlıq işləri məni çox sevindirir. Əminəm ki, sizi də çox sevindirir. Keçən dəfə biz may ayında görüşmüşdük. O vaxt mən dağılmış evlərə baş çəkdim və bir daha əmin oldum ki, Tərtər sakinləri qəhrəmandırlar. Onlar burada döyüş bölgəsində düşmənlə üz-üzə möhkəm dayanıblar və atılan, evlərinə düşən mərmilər onların iradəsinə zərrə qədər təsir etməmişdir.”
    Dövlət başçısının səsləndirdiyi bu fikirlər tərtərlilərin əməyinə, fədakarlığına, qəhrəmanlığına verilən yüksək qiymətdir. Dövlətin gücünə, Prezidentin qayğısına arxalanan, bu isti münasibətdən ilhamlanan rayon sakinləri və-tənin hər qarış torpağını canlarından artıq sevməklə bərabər, onu min bir həvəslə əkib-becərir, istehsal etdikləri kənd təsərrüfatı məhsulları ilə maddi nemətlər bolluğu yaradır, ölkənin iqtisadi qüdrətinin artmasına sanballı töfhələr verirlər. Bu cəbhə bölgəsinə dövlətin qayğısı davamlı və sistemli xarakter daşıyır. Dövlət başçısının 6 dekabr 2016-cı il tarixli sərəncamı ilə Prezidentin Ehtiyat Fondundan Tərtər şəhərində 24 çoxmənzilli binanın əsaslı təmiri məqsədi ilə 3 milyon manat vəsait ayrıldı. Bu gün Tərtərdə təsərrüfat, abadlıq-quruculuq işləri zərbəçi ahənglə davam etdirilir. Dövlətin qayğısından güc alan rayon sakinləri göz bəbəyi kimi qoruduqları torpağın hər qarışını cənnətə döndərmək həvəsi ilə çalışır və buna uğurla nail olurlar. Prezident İlham Əliyevin Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva ilə birlikdə keçən il Tərtərə iki dəfə səfər etməsini rayon sakinləri unudulmaz tarix kimi xatırlayır, dövlətin xalq üçün çalışdığını özlərinin yaşadıqları firavan həyat timsalında dönə-dönə minnətdarlıqla vurğulayırlar. Tərtər şəhəri, Fikrət Əmirov küçəsinin sakini Elmira İbrahimovanın dedikləri:
    –Keçən ilin aprel döyüşlərində ermənilərin atdıqları top mərmisi halal zəhmətimizlə tikib-qurduğumuz yuvamızı dağıtdı. Evimiz yararsız vəziyyətə düşmüşdü. Onu təmir etməyə isə gücümüz, imkanımız yox idi. Doğrusu, həyatdan küsüb, ümidsiz olmuşdum. Ailəmizin böyük sarsıntılar keçirdiyi bir məqamda Prezident İlham Əliyevin öz xanımı Mehriban Əliyeva ilə bizə gəlişi ailəmizin üstünə günəş kimi doğdu. Mehriban xanım mənimlə doğma bacı kimi görüşdü. Təsəlli verib dedi ki, narahat olma, eviniz təmir edilib əvvəlkindən də yaxşı vəziyyətə gətiriləcək. Telefon nömrəsi verib tapşırdı ki, bir çətinliklə üzləşsən, çəkinmədən zəng vur. Ali qonaqlarımız ev təmir olunandan sonra da gəlmişdilər. Bir süfrə arxasında əyləşib çay içdik. Oradakı səmimi söhbəti heç vaxt unutmaram. Biz həqiqətən, xoşbəxt xalqıq ki, belə humanist Prezidentimiz, belə qayğıkeş birinci xanımımız var. Mehriban xanımın Birinci vitse-prezident təyin olunduğu xəbərini eşidəndə inanın ki, bütün Qarabağda, xüsusən də qaçqın və məcburi köçkünlərdə gerçək bir bayram ovqatı yaşandı. Çünki Mehriban Əliyeva bizim böyük himayədarımız, dayağımızdır. Rayon təhsil şöbəsində işləyirəm. Rayonun ictimai-siyasi həyatından hər zaman xəbərdar oluram. Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçən il rayonumuzda uşaq-gənclər şahmat məktəbinin, 100 yerlik körpələr evi-uşaq bağçasının istifadəyə verilməsi tərtərlilərin Mehriban xanıma olan məhəbbət və ehtiramını daha da artırmışdır. Xeyirxahlıq mücəssəməsi olan o böyük ürəkli zərif xanımın qayğı və diqqətindən hər kəs minnətdarlıqla danışır. Biz inanırıq ki, Mehriban xanım yüksək dövlət postunda Tərtərə və tərtərlilərə bundan sonra daha böyük qayğı və diqqət göstərəcəkdir.
    Dövlət qayğısının hədəfinə çevrilən Tərtərdə həyata keçirilən genişmiqyaslı təmir-tikinti, abadlıq-quruculuq işləri fərəh doğurur. Keçən ilin aprel ayında erməni silahlı birləşmələrinin növbəti təxribatı nəticəsində Tərtər şəhəri də daxil olmaqla 17 yaşayış məntəqəsində evlərə, sosial obyektlərə ciddi zərər vurulmuşdur. Prezidentin sərəncamı ilə ayrılmış vəsait hesabına bir ev yenidən tikilmiş, 8 ev bərpa edilmişdir. 18 ev isə yüksək səviyyədə əsaslı təmir olunmuşdur. Qismən zərərçəkmiş evlərin təmiri məqsədi ilə ev sahiblərinə tikinti materialları paylanmışdır.
    Atəşkəsin demək olar ki, hər gün pozulduğu bu cəbhə bölgəsində yaşamaq və işləmək sözün həqiqi mənasında, gerçək qəhrəmanlıqdır. Dövlətin zəruri qayğısı ilə əhatə olunan tərtərlilər ələbaxımlıqdan, süfrələrinin çörəyi üçün kiməsə əl açmaqdan çox uzaqdırlar. Öz halal zəhmətlərinə güvənən bu əməksevər insanların firavan yaşamaq haqqı böyükdür. Burada toplar gurlasa da, güllələr vıyıltıyla sağa-sola ötüşsə də, onların bolluq həvəsi öləzimir, əlləri işdən soyumur. Bu da hünərin, əmək fədakarlığının rəqəmlərdə əks olunan aydın göstəricisi-2016-cı ildə ümumi məhsul buraxılışının həcmi əvvəlki illə müqayisədə 46,4 faiz artmışdır. Dövlət başçısının kənd təsərrüfatında ənənəvi sahələrin inkişafı istiqamətində verdiyi tapşırıqlar burada da uğurla icra edilir. Pambıqçılıq, baramaçılıq, fındıqçılıq və xurma istehsalının inkişafı istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Vaxtilə Tərtərdə pambıqçılıq sahəsində böyük uğurlar qazanılmış, 11 min hektar sahədən 43 min tondan çox “ağ qızıl” istehsal olunmuşdur. Pambıqçılıqda əvvəlki şöhrəti qaytarmaq məqsədilə atılan addımlar, görülən tədbirlər böyük ümidlər doğurur. Keçən il 1035 hektar sahədə pambıq əkən Tərtər kəndlisi 2332 ton məhsul istehsal etmişdir. Məhsul istehsalı əvvəlki illə müqayisədə 2,6 dəfə artmışdır. Bu il pambıq əkini sahələrini genişləndirərək 3000 hektara çatdırmaq, 4 ton barama tədarük etmək nəzərdə tutulur. Baramaçılığın yem bazasını möhkəmləndirmək üçün 32 min ədəd tut tingi əkilmişdir.
    Qəhrəman diyarın hünərvər oğulları sabaha böyük ümidlərlə baxırlar. Onlar inanırlar ki, respublika Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
    İlham Əliyevin müdrik siyasəti sayəsində torpaqlarımız tezliklə işğaldan azad olunacaqdır. Bu inam Azərbaycanın gündən-günə artan beynəlxalq nüfuzundan, iqtisadi qüdrətindən, regionda super gücə çevrilən ordumuzun yüksək döyüş ruhundan və xalqla ordunun sarsılmaz birliyindən qaynaqlanır.

    Lazım Quliyev,
    “Azərbaycan”

    Müəllif: Redaktor, 14:54

    Teqlər:

İsmarıclar bağlıdır.