Sentyabrın 1-i vəziyyətinə rayonda 12 min 412 hektar taxıl sahəsi (qarğıdalısız) biçilib döyülmüş və hər hektardan orta hesabla 34 sentner olmaqla bütövlükdə həmin sahələrdən 42 min 203 ton taxıl məhsulu götürülmüşdür. İstehsal olunan taxıl məhsullarının 29 min 586 tonu buğda, 11 min 647 tonu arpa olmuşdur. Hər hektardan orta məhsuldarlıq buğda üzrə 37,3 sentner, arpa üzrə 27,2 sentner olmuşdur. Bu dövrdə 153 hektar qarğıdalı sahəsindən qu-ru dənə çevirməklə 632 ton məhsul toplanmış, hər hektardan orta hesabla 47,2 sentner qarğıdalı dəni götürülmüşdür. 195 hektar lobya sahəsindən hər hektardan orta hesabla 49,6 sentner olmaqla bütövlükdə 967 ton lobya məhsulu toplanmışdır.
Mövsüm ərzində sahələrdən 2 min 148 ton dən üçün günəbaxan, 5 min 831 ton kartof, 11 min 416 ton tərəvəz, 77 ton bostan məhsulları, 5 min 299 ton meyvə, 309 ton üzüm toplanmışdır. Hektarın orta məhsuldarlığı günəbaxan üzrə 23,4 sentner, kartof üzrə 109,2 sentner, tərəvəz üzrə 127,5 sentner, bostan məhsul-ları üzrə 154,6 sentner olmuşdur. Məhsul toplantısı davam edir.
2016-cı ildə 1035 hektar sahədə pambıq, 1187 hektar sahədə şəkər çuğunduru əkilmişdir. Əvvəlki ilə nisbətən pambığın əkin sahəsi 88,2 faiz, şəkər çuğundurunun əkin sahəsi 64 faiz artmışdır. Rayonda pambıq yığımına başlanmışdır. Qəbul məntəqəsinə 13,2 ton məhsul təhvil verilmişdir. Yığım davam edir. Eyni zamanda cari ildə 271,7 hektar sahədə təkrar əkin aparılmışdır.
Təsərrüfatlarda payız-tarla işləri davam etdirilir. Təmiz herik şumu da daxil olmaqla cari ilin payızlıq əkinləri üçün 3 min 770 hektar sahə şumlanmışdır.
Tərtər Rayon
Statistika İdarəsi


Torpağı sevən, onu ürəklə becərən kənd əməkçilərimizin bir qismi taxıl biçini başa çatandan sonra ümumilikdə 18 hektar sahədə təkrar əkin keçirmişlər. Bunun 14 hektarı yerkökü (sarıkök), 4 hektarı isə mətbəx çuğundurudur ki, hasilə gələndən sonra hər iki məhsulu toplayıb bazarda satışa çıxaracaqlar.
Bu il ərazimizdə 25 hektar sahədə şəkər çuğunduru əkmişik. Bir fermer kimi onun 20 hektarını mən, qalan 5 hektarını Habil İbrahimovun rəhbərliyi ilə ailə-fermer təsərrüfatının üzvləri becərirlər.
Hüsənli kəndinin taxılçıları ötən ilin payızında 365 hektar sahəyə taxıl əkmişdilər. Fermer və ailə-fermer təsərrüfatlarının üzvləri bütün işləri yüksək aqrotexniki qaydalar əsasında yerinə yetirdiklərinə görə hər hektardan orta hesabla 40 sentner buğda götürdülər.
Yaşadığımız İsmayılbəyli kəndinin sakinləri torpağı sevib ona qayğı göstərdiklərinə görə həmişə torpaq da sevindirir onları.
Ötən ilin payızında kəndimizin ailə-fermer təsərrüfatlarının üzvləri 183 hektar sahədə taxıl becərdilər. Onun 106 hektarı buğda, 77 hektarı isə arpa idi. Zəmilərə qayğı ilə qulluq edildiyi üçün məhsuldarlıq yaxşı oldu. Taxıl zəmilərindən 523 ton məhsul götürdük. Buğda üzrə hər hektarın orta məhsuldarlığı 33,6 sentnerə, arpa üzrə isə 22,2 sentnerə çatdırıldı. Maarif Mehdiyev, Vəliyəddin Nəcəfov, Güloğlan Kərimov, Səfər Məhəmmədov və başqaları zəmilərdən daha çox məhsul götürdülər.
Yaxşı ki, o dünyada varlıya, kasıba fərq qoyulmur. Yoxsa axirət dünyasının da bir dadı-ləzzəti olmazdı. Bu dünyadakı kimi orada da təbəqələşmə getsəydi, yenə də kasıblar ağlar günə qalacaqdırlar. Niyə? Çünki varlılar cənnəti satın alacaqdılar və başlayacaqdılar huri-mələklərlə eyş-işrətə (bu dünyadakı kimi). Yazıq kasıbların yeri isə Cəhənnəmin ortası olacaqdı–gah qır qazanında yanacaqdılar, gah “Qıl körpüsü”ndən keçiriləcəkdilər, gah İnkirminkir sorğu-sual edəcəkdi, gah da alovu zəban çəkən tonqallara atacağıydılar onları. Bir sözlə, başlarına yüz oyun açacağıydılar (bu dünyadakı kimi). Yaxşı ki, orada vara-dövlətə görə ayrıseçkilik yoxdur. Bəs onda qəbiristanlıqlardakı bu dəbdəbə, bu təmtəraq kimə və nəyə lazımdır? Onların ölülərə bir xeyri var, ya yox? Bəlkə yerlərini isti saxlayır və yaxud qarınlarını doydurur? Kimlərisə qonaq da qəbul eləmirlər ki, qəbirlərinin üstündəki möhtəşəm baş və sinə daşlarını, bahalı qranit və mərmərləri göstərib öyünsünlər. Və yaxud bu dəm-dəstgahı o dünyadakılara nümayiş elətdirib desinlər ki, biz sizin tayınız deyilik.
Həmyerlimiz, şair, jurnalist, Qızıl Qələm mükafatı laureatı Qədir Tərtərlinin yenicə çapdan çıxmış “Mənim həyat romanım” kitabını son cümləsinədək böyük maraqla oxudum və əsər haqqında fikirlərimi qəzetimizin oxucuları ilə bölüşmək qərarına gəldim. Əvvəlcədən deyim ki, “Mənim həyat romanım” kitabı bir insanın taleyindən bəhs etsə də, burada biz Azərbaycanın ötən əsrin 30-cu illərindən başlayaraq və XXI əsrin əvvəllərinədək olan ictimai-siyasi mənzərəsini, xalqımızın yaşam tərzini, adət-ənənələrini, valideyn-övlad və övlad-valideyn münasibətlərini görürük. Balaca Qədirin doğulduğu Əksi-para kəndi ilə birlikdə böyüdüyünün, dəyişdiyinin, Böyük Vətən müharibəsi illərində keçirdiyi əzab-əziyyətlərin, sıxıntıların şahidi oluruq.
Qəhrəman oğullar diyarı Tərtər istər Qarabağ müharibəsi dövründə, istərsə də atəşkəs elan ediləndən sonrakı illərdə öz şanlı ənənələrinə sadiq qalaraq əsl fədakarlıq nümunəsi göstərmiş, qanlı döyüşlərdə olduğu kimi təsərrüfat, abadlıq, quruculuq sahəsində qazandıqları uğurlarla da düşmənlərimizə gerçək göz dağı vermişlər.
Rayon Mədəniyyət Mərkəzində ali təhsil və orta ixtisas məktəblərinə qəbul olmuş tələbələrlə görüş keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə mərkəzi meydanda Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir Mədəniyyət Mərkəzində davam etdirilmişdir. Tədbirdə Tərtər rayonundan Milli Məclisə deputat seçilmiş Sahib Alıyev, Milli Məclisin İqtisadi Siyasət-Sənaye və Sahibkarlıq Komitəsinin sədr müavini Ağalar Vəliyev də iştirak etmişlər.
Yeni ismarıclar