Qoç (21 mart-19 aprel). İstirahət haqqı qazandınız. Bundan öncəki “Həyat mübarizədir” devizi altında keçən iki çətin ildən sonra hər şey geridə qaldı. Zəhmətinizin bəhrəsini görmək zamanı gəldi. Hər şey heç də ayaq altına xalı kimi sərilməyəcək. İstədiyinizi almaq üçün səy göstərməlisiniz. Diqqətli olun!
Buğa (20 aprel-20 may). Həyatdan zövq almaq zamanı gəldi. Meymun ilinin uğursuzluqları geridə qaldı. Hər şey yağ kimi olmayacaq, amma çəkdiyiniz əziyyətlərin kompensasiyasını alacaqsınız. 3 il ardıcıl həyatdan keyf almaq şansınız var.
Əkizlər (21 may-20 iyun). Pozitiv zaman. Xoruz ili gözəl başlayacaq. Əkizlər üçün hər mənada pozitivlə dolu olacaq bu il. Onlar havada möcüzə hiss edəcəklər. Növbəti 4 il sizin iliniz olacaq.
Xərçəng (21 iyun-22 iyul). Qara zolağa əlvida.Fortuna sizi maraqlı insanlarla qarşılaşdıracaq. Sonun-da onlar sizin sadiq dostlarınız olacaq. Bu insanlar xərçənglərin şəxsiyyət kimi yetişməsində mühüm rol oynayacaq. Bəzi xərçənglər çiyinlərindəki ağır yükdən azad olmaq istəyəcəklər. Növbəti 3 il uğurlu olacaq.
Şirlər (23 iyul-22 avqust). Hər şey ovcunun içinə düşəcək. Şirlər hər şeyi həyatdan dişləri, dırnaqları ilə qazanmağa adət ediblər. Bu dəfə hər şeyin rahat-rahat ovuclarına düşməsinə heyrət edəcəklər. Tale şirlərə sonu gözəl bitən təsadüflər bəxş edəcək. 2017 uğur ili olacaq.
Qızlar (23 avqust-22 sentyabr). Qətiyyətli ol, sınaqlardan qalib çıx. İlin əvvəlindən qərarlı olmalısan. İl sənə çoxlu imtahanlar hazırlayıb. Bu imtahanlarla baş edə bilmək üçün hiyləgər taktika seçməlisən. Qətiyyətli ol və maneələri dəf et
Tərəzi (23 sentyabr-22 oktyabr). İstənilən tapşırığın öhdəsindən gələ bilərsiniz. Tale sizə bir çox şanslar bəxş edəcək. Yapışdığınız bir layihənin öhdəsindən qətiyyət sayəsində gələcəksiniz. Bu ildə sizi inanılmaz inkişaf gözləyir.
Əqrəb (23 oktyabr-21 noyabr). Böyük dəyişikliklərin ərəfəsindəsiniz. Bu ildən sonra həyatınızda əv-vəl və sonra deyə iki mərhələ yaranacaq. Əqrəblər sıxıcı işləri, köhnə həmkarları geridə qoymaq istəyəcəklər. Həyata baxışınız dəyişəcək. Növbəti 3 ildə böyük pullar gələcək.
Oxatanlar (22 noyabr-21 dekabr). Çoxlu perspektivlər ilidir. Bu bürcün nikbinliyi və güclü energetikası böyük perspektivlər yaradacaq. Onlar problemlərə kənardan baxa bilib, rahatca həll yolları tapacaqlar. Xoruz ili çoxlu şən anlar bəxş edəcək. Bunlar gələcəyinizi dəyişəcək.
Oğlaqlar (22 dekabr-19 yanvar). Özünüzlə məşğul olmaq zamanıdır. Əvvəlcə özünüzü təkmilləşdirin. Baxışlarınız dəyişdikcə dünya da dəyişəcək. Problemləriniz gözünüzdə kiçiləcək, ən kiçik şeylərdən xoşbəxt olmağı öyrənəcəksiniz. Bütün əngəlləri bir-bir aşmaq zamanıdır.
Dolça (20 yanvar-18 fevral). Bu sənin ilindir. Bu il dolçaların ilidir. Xoruz ili ruhən Dolçalara yaxındır. Dolçalar yaradıcı təbiətlidirlər, onlar özlələrini əziyyətə salmayan, çətinlikdən qaçan insanlardır. Dolça erasının ərəfəsində olduğumuz üçün özlərinin imkanlarını nümayiş etdirmək imkanı yaranacaq. Həyatınızın ən gözəl ili gəlir.
Balıqlar (19 fevral-20 mart) Bu il balıqlar üçün önəmli olacaq. Ömrünüzdə 10 il sürən durğunluq başa çatacaq. Balıqlar yeni enerji ilə həyata sarılacaqlar. İl ərzində hər şeyə sinə gərə biləcəksiniz.