Əsaslı təmirdən sonra yeni istifadəyə verilmiş Tərtər Rayon Mədəniyyət Mərkəzində Azərbaycan Respublikasının Əməkdar artistləri Gülüstan Əliyeva və Teyyub Aslanın iştirakı ilə “Ey Vətən” adlı konsert oldu.
Əvvəlcə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, o cümlədən Tərtərdə gedən sosial-iqtisadi inkişafdan danışdı. Sonra incəsənət ustalarına öz təşəkkürünü bildirdi və tədbir iştirakçılarını 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları münasibəti ilə təbrik etdi.
Söz musiqiyə verildi. Maraqlı konsert proqramı tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.
-
27Dek
Müəllif: Redaktor, 15:24
Teqlər: Mədəniyyət