SAKİNLƏR BU İŞDƏN RAZIDIRLAR

Həmsöhbətim Ağdərə rayonunun Kərəmli kənd sakini, 1991-ci ildən ailəlikcə məcburi köçkün düşən Qarayeva Rəbiyyə Abbas qızıdır. Rəbiyyə bacının danışdığını həyəcansız dinləmək olmur. Deyir ki, bizim kəndimiz başıqarlı Murov dağının ətəyində yerləşirdi. Uşaqlıqdan valideynlərimiz burada yaşayıblar. Sonra elə mən özüm də ailə həyatı qurdum. Gözəl güzəranımız, hər cür şəraiti olan ev-eşiyimiz vardı. Sanki, qəflətən bu gözəllikdən əsər-əlamət qalmadı. 1991-ci ilin sentyabrında mənfur ermənilər kəndimizi iriçaplı silahlardan, “Alazan” tipli raketlərdən atəşə tutdular. Hətta evlərə od vurub yandırdılar. Neçə-neçə insan evinin içində yanıb kül oldu. Belə vəhşilik heç zaman görünməyib. Həmin vaxt kəndə vertolyot endi. Uşaqları, qocaları vertolyotla Tərtərə yola saldıq. Qalan kənd sakinləri isə Murov yolu ilə Tərtərə gəldilər. Tərtərin Hüləbətli kəndində köhnə tanışlarımız vardı. Bir müddət orada yaşadıq. Sonra böyük qızım Fəxrəndə indiki Fikrət Əmirov küçəsində 9 nömrəli həyəti aldı. Orada iki otaq və geniş seyvandan ibarət ev tikdirdi. Onun 3 uşağı var. Daha ətraflı »



Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Tərtər şəhərində Heydər parkında Tərtər Rayon İcra Hakimiyyətinin və rayon təhsil şöbəsinin təşkilatçılığı ilə möhtəşəm bayram tədbiri keçirilmişdir.
Hamımız bilirik ki, havadan sonra insan həyatı üçün vacib olan əsas element sudur. Qida qəbul etmədən insan bir aydan artıq yaşaya bilər, amma susuz bir neçə gün dözmək mümkün deyil.
Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi və enerji mənbələrinin şaxələndirilməsinə mühüm töhfə verir. Qlobal transmilli layihələrin həyata keçirilməsində böyük təcrübə toplamış Azərbaycanın ciddi səyləri və liderliyi sayəsində müxtəlif ölkələrin təmsil olunduğu böyük komanda formalaşdırılıb, “XXI əsrin layihəsi” olan “Cənub” qaz dəhlizinin, onun tərkib hissəsi kimi “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşdırılmasına başlanıb və hazırda bu istiqamətdə işlər sürətlə davam etdirilir.
Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – icra katibi Əli Əhmədov, Milli Məclisin deputatları Hadı Rəcəbli, Eldar İbrahimov və Hüseynbala Mirələmov mayın 28-də Tərtər rayonunda olub, əsgər və zabitlərlə görüşüb, Ermənistan silahlı bölmələrinin şiddətli artilleriya atəşi nəti-cəsində dağılmış evlərə baş çəkiblər.
Heydər Əliyev Mərkəzində 28 May – Respublika Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilmişdir. Toplantı iştirakçıları əvvəlcə torpaqlarımız uğrunda canından keçmiş vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Türkiyə Respublikasının Gəncə baş konsulu Orxan İşıq rayonumuza səfəri zamanı Ermənistan silahlı bölmələrinin yaşayış məntəqələrimizi şiddətli artilleriya atəşinə tutması nəticəsində dinc əhaliyə dəymiş ziyanla tanış olub.
“Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm”,–deyən Prezident İlham Əliyev cəbhə bölgəsinə son səfəri ilə bunu bir daha təsdiq etdi. Onun Tərtərdə Maya nənə ilə görüşü, 80 yaşlı nənəyə doğru irəliləyərək əsl oğul məhəbbəti ilə ona əl verməsi öz səmimiliyi ilə hər kəsi həyəcanlandırdı.
Qarabağ savaşında bütün Azərbaycan xalqı ağır itkilərə məruz qaldı. Torpaq, yurd, övlad, qardaş itkisi ilə üzləşdik. 20 ildən çoxdur ki, bu ağrılarla yaşayırıq. Qardaşım, Azərbaycan Bayrağı ordenli Mehrac Mahmudov bu müharibədə böyük igidliklər göstərərək vətən, torpaq uğrunda şəhid olub.
Yeni ismarıclar